Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1138/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas kаtibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə faktiki nikahlarından anadan olmuş uşaqları 30.11.2016-cı il təvəllüdlü X3 və 12.01.2020-ci il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər birinə hər ay 193 manat sabit pul məbləğində alimentin, həmçinin 12.01.2020-ci il təvəllüdlü X1 üç yaşına çatana kimi qulluğa görə ona hər ay 210 manat pulun və mediasiya işinə görə ödəmiş olduğu 50 manat mediasiya rüsumunun tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq, qeyd etdi ki, İddiaçı Ağdaş rayonunda, Cavabdeh isə Bakı şəhəri, Xətai rayonunda qeydiyyatdadır. Odur ki, işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri, Xətai rayonunda qeydiyyatdadır və işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Ağdaş rayonunda, Cavabdeh isə Bakı şəhəri, Xətai rayonunda qeydiyyatdadır. Yəni, tərəflərdən heç biri Bakı şəhəri, Suraxanı rayonunda yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia tələbi uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı olduğundan iddiaçının seçməsinə görə aidiyyətin tətbiqi ümumən istisna edilməsə də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarından görünür ki, İddiaçı Ağdaş rayonunda qeydiyyatdadır və iddia ərizəsində qeyd edildiyinə görə Bakı şəhəri, Binəqədi rayonunda (bununla bağlı iddia ərizəsinə sübut əlavə edilməmişdir) yaşayır. Belə olan halda iddiaçının seçməsinə görə aidiyyət qaydasında da bu işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə nə ümumi (cavabdehin rəsmi qeydə alındığı yerə görə), nə də iddiaçının seçməsinə görə aidiyyət qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cavabdeh qeydiyyat yeri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1138/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1138/2022
01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver