Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1143/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment”in təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahdan doğulmuş 03.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 24.12.2021-ci il tarixdən hesablanmaqla hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikaha daxil olmuş və birgə nikahdan üç övladları dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2(010)-1421/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 29.01.2013-cü il təvəllüdlü X3 və 07.09.2014-cü il təvəllüdlü X2 anaları - Cavabdeh, 03.09.2010-cu il təvəllüdlü X1 isə onun yanında qalması, 29.01.2013-cü il təvəllüdlü X3 və 07.09.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Lakin onun yanında qalan qızı - X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməmişdir. Bu səbəbdəndə hazırki məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2(010)- 1421/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş 29.01.2013-cü il təvəllüdlü X3 və 07.09.2014-cü il təvəllüdlü X2 anaları - Cavabdeh, 03.09.2010-cu il təvəllüdlü X1 isə atası- İddiaçı yanında qalması, 29.01.2013cü il təvəllüdlü X3 və 07.09.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7874/2021 saylı, 14.12.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 2(010)-1421/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından üç uşaqları doğulmuşdur. Hazırda, məhkəmə qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş 29.01.2013-cü il təvəllüdlü X3 və 07.09.2014-cü il təvəllüdlü X2 anaları - Cavabdeh, 03.09.2010-cu il təvəllüdlü X1 isə atası- İddiaçı yanında qalması, 29.01.2013-cü il təvəllüdlü X3 və 07.09.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi müəyyən edilmişdir. İddiaçı qızı - 03.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat məbləğində aliment tələb edir. Cavabdeh tələbə etiraz edərək tələbin əsassız olduğunu bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, maddi hüquq normalarının tələbləri baxımından iddiaçının cavabdehə qarşı aliment tələbi əsaslıdır. Çünki, uşaqları saxlamaq hər iki valideynin həm hüququ, həm də borcudur. Bu baxımdan iddiaçı onun himayəsində saxlanılan, birgə nikahdan anadan olmuş azyaşlının maddi təminatlarını qarşılamaq üçün cavabdehdən aliment tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı özünün də digər iki azyaşlının saxlanılması üçün Cavabdeh aliment ödəməsi halı hazırkı tələbin təmin edilməsi üçün əngəl deyildir. Belə ki, artıq qeyd edildiyi kimi, valideynlik vəzifələri qarşılıqlı olaraq bölünməlidir. Tutulacaq alimentin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan aliment məbləğinin ödənilməsi üçün cavabdehin zəruri vəsaitinin olması iş materialları ilə sübut edilmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün minimum yaşayış həddinə uyğun məbləğ seçilməlidir. Tərəflərin birgə nikahından doğulmuş 03.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 25.01.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Zeynalov Elvı̇ n Əkbər oğlu ilə Cavabdeḣ qızının birgə nikahından doğulmuş 03.09.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeḣ qızından 25.01.2022-ci il tarixdən hesablanmaqla hər ay 193 manat məbləğində aliment tutularaq iddiaçı Zeynalov Elvı̇ n Əkbər oğluna ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1143/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1143/2022
10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver