Məhkəmə qərarları › İş №2(010)-1148/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1148/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1148/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən bu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il tarixdə anadan olmuş X8, xx.xx.2009-cu ildə anadan olmuş X10 və xx.xx.2016-cı il tarixdə anadan olan X3 üçün onlar yetkinlik yaşına çatanadək Cavabdeh qazancının 1/2 hissəsi, rəsmi qazancı (başqa gəlirləri) olmadıqda hər uşağa 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğində aliment tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh ilə aramızda bağlanan nikah xx.xx.2012-ci il tarixli, 2(009)-1649/2012 saylı Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Məhkəmə həmin qətnamə ilə iki uşağın – xx.xx.2007-ci ildə anadan olmuş X8 və xx.xx.2009-cu ildə anadan olmuş X5 mənim – anaları X7 himayəsində və tərbiyəsində saxlanılmaqla yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə xx.xx.2012-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh qazancının 1/3 hissəsi məbləğində xeyrimə pul tutulmalı olub. Nikaha xitam veriləndən bir müddət sonra qarşı tərəfin təkidi ilə barışıb yenidən ailə kimi qeyri-rəsmi nikahda yaşamağa davam etdik. Bu müddət ərzində üçüncü övladımız dünyaya gəldi. xx.xx.2016cı il tarixdə Cəsur adlı oğlumuz anadan olub. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində 5 mart 2016-cı il tarixli, AZ-İ 294647 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilib, xx.xx.2016-cı il tarixli, AZ-İİİ 720972 nömrəli X12 adına doğum haqqında şəhadətnamə verilib. Lakin davam edən ailədaxili münaqişələrdən sonra yenidən birgə yaşamağımız mümkün olmadı və 2018-ci ildə ayrıldıq. O gündən qızlara görə ödəməli olduğu alimenti vaxtlı-vaxtında ödəmir və sonuncu övladın saxlanması üçün heç bir maddi köməklik göstərmir. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Onu da qeyd etmək istərdim ki, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtlı-vaxtında ödəməmişdir. Uşaqların bütün qayğısı, ehtiyacı tamamilə mənim üzərimdədir. Böyüdükcə ehtiyacları və tələbatları artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Cavabdehə aliment ödəməsi və uşaqlara maddi yardım etməsi barədə müraciətlərimə baxmayaraq o, bundan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə göndərdiyim təklifə və xx.xx.2023-cü il tarixdə Bakı 8 saylı Mediasiya Təşkilatında baş tutan ilkin mediasiya sessiyasında aramızda razılıq əldə olunmayıb. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə MŞB/8/2023-00002 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilib. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldım”.

İddianın dəyişdirilməsi.

3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək məhkəmədən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1649/2012 saylı iş üzrə xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu ildə anadan olmuş X5 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh tutulan qazancın 1/3 miqdarında alimentin dəyişdirilərək hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulması və xx.xx.2016-cı il tarixdə anadan olan X6 himayəsində saxlanılmaqla yetkinlik yaşına çatana qədər hər ay Cavabdeh 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh üç uşağın saxlanması üçün hər ay 550 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirmişdir. Odur ki, məhkəməyə ərizə təqdim edərək cavabdehdən üç uşağa görə hər ay 550 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmədiklərini bildirdi.

5. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, o, mediasiya prosesində də iddiaçıya təklif etmişdir ki, üç uşağa görə 550 manat aliment ödəsin. Lakin iddiaçı bununla razılaşmamış, məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillə təmsil olunmaq istəyir.

6. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. “Mircalal Mammadov” adına olan elektron poçtdan Məhkəmənin elektron poçtuna daxil olmuş elektron müraciətdə iş üzrə Cavabdeh adından qeyd edilmişdir ki, atasının səhhətində yaranan problemlərə görə Ağstafa rayonuna yola düşməli olduğundan məhkəmə iclasında iştirak edə bilmir və bunun üzrlü səbəb kimi nəzərə alınması xahiş edilir.

İş materialları.

7. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 961689 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (atası Cavabdeh, anası X13) xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 1707 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 363990 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 (atası Cavabdeh, anası X13) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 3032 nömrə ilə qeyd edilmişdir.

9. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 720972 doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2016-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 1430 nömrə ilə qeyd edilmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1649/2012 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X13 ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə Ağstafa rayon İcra Hakimiyyəti başçısının Xılxına kəndi üzrə nümayəndəliyində bağlanaraq 09 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 anaları X7 himayəsində və tərbiyəsində saxlanılması, yetkinlik yaşına çatanadək onların saxlanılması məqsədilə xx.xx.2012-ci il tarixdən hesablanmaqla hər ay Cavabdeh qazancının 1/3 hissəsi məbləğində pulun tutularaq X9 verilməsi, iddiaçının ödəməkdən azad olduğu 5 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

İşin faktiki halları.

11. İddiaçı və Cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar.

12. Bu nikahdan iki uşaq – xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X10 doğulmuşdur.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş iki uşağın analarının yanında qalmaları müəyyən edilmiş, bu uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan hər ay qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq anaya ödənilməsi qət edilmişdir.

14. Aralarında olan nikahın pozulmasından sonra tərəflər arasında bir daha rəsmi nikah bağlanmasa da, onların faktiki nikahından xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur.

15. Hazırda İddiaçı həm iki uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə tutulan aliment miqdarının dəyişdirilməsini, həm də nikah pozulduqdan sonra doğulmuş bir uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını, ümumilikdə üç uşağın hər birinə görə cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə verərək cavabdehdən üç uşağa görə cəmi 500 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmədiklərini bildirmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

21. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmənin mövqeyi.

24. İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən aliment tutulmasını və tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.

25. Belə ki, uşaqlar daimi olaraq iddiaçının yanında qaldığından onlara qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir.

26. Bununla belə uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz.

27. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) də məhkəməyə ərizə verərək cavabdehdən üç uşağa görə cəmi 550 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmədiklərini bildirmişdir.

28. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş iki uşağın xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 – saxlanılmaları üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1649/2012 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək cavabdehdən hər uşağa görə 183 manat sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin faktiki nikahından doğulmuş digər uşaq - xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün də cavabdehdən hər ay 183 manat sabit pul məbləğində aliment tutulmalıdır.

29. Alimentin tutulmasına nə vaxtdan başlanması ilə bağlı məhkəmə qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan xx.xx.2016-cı il təvəllüdlü X16 saxlanılması üçün aliment tutulmasına bu iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Miqdarı artırılmış alimentin tutulmasına isə qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlandığından xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün bu qətnamə ilə müəyyən edilmiş məbləğdə aliment tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.

Məhkəmə xərcləri.

30. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (183x3x12=6588 manat) mütənasib olan 85.88 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, iddiа qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)-1649/2012 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 183 (yüz səksən üç) manat olmaqla, cəmi 366 (üç yüz altmış altı) manat sabit pul məbləğində aliment Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1148/2023 saylı qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 183 (yüz səksən üç) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 85.88 (səksən beş manat səksən səkkiz qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə xx.xx.2016-cı il təvəllüdlü X2 üçün aliment tutulması hissəsində dərhal icra edilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiа qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X5 yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)- 1649/2012 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 183 (yüz səksən üç) manat olmaqla, cəmi 366 (üç yüz altmış altı) manat sabit pul məbləğində aliment Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1148/2023 saylı qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilsin. xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 183 (yüz səksən üç) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 85.88 (səksən beş manat səksən səkkiz qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə xx.xx.2016-cı il təvəllüdlü X2 üçün aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar