Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-115/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi olan və eyni zamanda İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi olan və eyni zamanda İddiaçı2 ərzə təqdim edərək, mülki işin baxılmamış saxlanılaraq iddi ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixində keçirdiyi məhkəmə iclasında cavabdeh iştirak etməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi olan və eyni zamanda İddiaçı2 ərizəsi təmin edilməli, iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən məhkəmə həmin ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi olan və eyni zamanda İddiaçı2 hazırki iş üzrə cavabdehə qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanması barədə məhkəməyə ərizə təqdim etdiyindən ərizə təmin edilməli, həmin ərizə baxılmamış saxlanılmalı və dövlət rüsümü olaraq ödənilmiş 10 (on) manat məbləğində vəsait iddiaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümü olaraq ödənilmiş 10 (on) manat məbləğində vəsait iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-115/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-115/2022
06.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver