Məhkəmə qərarları › İş №2(010)-1174/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1174/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1174/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikah qeydinin pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “nikah qeydinin pozulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddiasının qismən təmin edilərək hər uşağa 100 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, və cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx xxxxxx 2000-ci il tarixli 01 saylı nikah qeydinin pozulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddia tələbini isə qismən qəbul edərək bildirdi ki, o, xx.xx.2000-ci ildə Lənkəran rayonu, Separadi ərazi nümayəndəliyində 01 №-li qeydi ilə rəsmiləşən nikahla Cavabdeh ilə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2012-cı il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə ilk vaxtlar ər-arvad kimi münasibətləri normal olsa da, bir müddətdən sonra aralarında mübahisələr başlanmışdır. Cavabdehlə ər-arvad münasibətləri tam pozulmuş və 3 ildir ki, cavabdeh ilə ayrı ünvanlarda yaşayırlar. Faktiki nikahdan anadan olmuş azyaşlı uşaqlar da onunla yaşayır və onların bütün maddi ehtiyaclarını təkbaşına ödəyir. Qarşılıqlı iddia tələbini nikahın pozulması hissəsində qəbul etsə də, alimentlə bağlı hissə ilə razılaşmır. Cavabdeh uşaqlarının saxlanması üçün aliment ödəməlidir. Belə ki, cavabdeh briqadir kimi fəaliyyət göstərir və gəlirləri yaxşıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ilkin iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Vəkil ilkin iddia tələbini qismən qəbul, qarşılıqlı iddia tələbini isə müdafiə edərək bildirdi ki, cavabdeh İddiaçı ilə iddiaçı 1997-ci tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş və bu münasibətləri xx xxxxxx 2000-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Məryəm və xx xxxxxxx 2015-ci il tarixdə Rəsul adlı uşaqları doğulmuşdur. Belə ki, ailə qurarkən cavabdehlə bir birilərini yaxından tanımamışlar. Bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun olmadığından və cavabdehin ailə üzvlərinin, xsüsilə də, qardaşlarının müdaxiləsi nəticəsində aralarında olan səmimi ailə münasibətləri pozulmağa başlamışdır. Belə ki, mütəmadi olaraq cavabdehin qardaşları onların ailə işlərinə müdaxilə edib aralarında mübahisələr yaratmış və bunun nəticəsində ailələrində söz-söhbətlər və narazılıqlar baş vermişdir. Hazırda aralarında bağlanmış nikah qeydi formal xarakter daşıdığından qalmasının heç bir hüquqi əhəmiyyəti yoxdur. İlkin iddiaya qarşı isə məhkəmənin diqqətinə çatdırır ki, iddia ərizəsinə əlavə etdikləri arayışdan da göründüyü kimi hazırda cavabdeh heç bir yerdə işləmir və qazanc yeri yoxdur. Bununla belə o, həmişə övladlarına qarşı diqqətli olmuş, övladlarını sevmiş, onların qayğısına qalmış, bütün problemlərinin, çətinliklərinin, öhdəsindən gəlməyə çalışmışdır. Bundan sonra da uşaqlarının qayğısına qalmaqda davam edəcəkdir. Lakin iddiaçı ondan hər uşaq üçün ayda 200 manat aliment tələb edir, Uşağı saxlamaq hər iki valideynin borcu olsa da və ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, iddiaçı bu vəzifənin yerinə yetirilməsini bütövlükdə ondan tələb edir və faktiki olaraq özü bu vəzifənin icrasından kənarda qalır. Halbuki o, cavabdehdən fərqli olaraq kifayət qədər qazanc əldə edir. Hazırda övladlarının mənafeyini nəzərə alaraq onların saxlanması üçün hər ay bir uşağa görə 100 manat aliment ödəməyə razıdır və bu barədə qətnamə çıxarılmasına etiraz etmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin isə qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ №-li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx xxxxxx 2000-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2000-ci ilin yanvar ayının 03-ci günündə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Yamalo-Nenetsk muxtar dairəsi VVAQ xidmətinin Salexard şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş İ-ПК seriyalı 672855 №-li doğum haqqında şəhadətnamənin tərcümə olunaraq təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxx 2012-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin aprel ayının 05-ci günündə 248 nömrəli qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 655947 №-li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx xxxxxxx 2015-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin 11-ci ayının 14-cü günündə 7572 nömrəli qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 150 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi heç bir yerdə işləmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2000-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar və hal-hazırda onlar ailə münasibətlərinin pozulmasını, nikahın formal xarakter daşımasını və ailənin bərpasının qeyri-mümkünlüyünü əsas tutaraq nikahın pozulmasını xahiş edirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə isə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən məhkəməyə belə bir saziş təqdim edilməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq Hüquqları haqqında Qanunun 5-ci maddəsinə əsasən, Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Uşaq hüquqları haqqında» xx.xx.1959-cu il tarixli Bəyannamənin 6-a maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75-4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.3-cü maddəsində isə təsbit edilmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə, uşaqların kimin yanında qalmasına münasibət bildirərək qeyd edir ki, cavabdehin uşağın ananın himayəsində qalmasına heç bir etirazı olmadığından boşanmadan sonra analarının yanında qalmalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 175 manat məbləğində müəyyən edilib. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən onun aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması ağlabatan qiymət kimi qəbul edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment xx xxxxxx 2021-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyində xx xxxxxx 2000-ci il tarixdə 01 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X4 boşanmadan sonra anaları İddiaçı yanında qalmalı, Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Lənkəran rayonu Separadi kənd icra nümayəndəliyində xx xxxxxx 2000-ci il tarixdə 01 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X4 boşanmadan sonra anaları İddiaçı yanında qalsın. Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməsin. Alimentin tutulması müddəti xx xxxxxx 2021-ci il tarixdən müəyyən edilsin. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar