Məhkəmə qərarları › İş №2(010)-1187/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1187/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1187/2021 12.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 400,00 manat sığorta ödənişi məbləğinin, 1600,00 manat işlərin görülməsi xərclərinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 2030,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə X2 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Howo Yük” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Howo Yük” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Nissan Tiida” markalı, ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün «xxxx» ASC 400,00 (dörd yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Suraxanı DYPŞ-nin “xxxx” ASC-nə təqdim olunmuş xx.xx.2019cu il tarixli, 096-23461-1219 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN BDYP-dən daxil olmuş xx.xx.2019-cu il tarixli, 016-117285-1219 saylı sorğuya cavab məktubuna əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “Howo Yük” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 tərəfindən Cavabdeh etibarnamə yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixdən sonra, yəni xx.xx.2019-cu il tarixdə verilmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Howo Yük” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi T.Ə.Fərzullayev ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən bu Qanununun 79-80-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və ya mülki-hüquqi məsuliyyət daşıyır. İş materiallarında sığorta aktından görünür ki, X1 məxsus olan “Howo Yük” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən PAA********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortalandığından, müvafiq qaydada tərtib edilmiş qiymətləndirmə aktına əsasən baş vermiş sığorta hadisəsi nəticəsində həmin avtomobilə 400,00 manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmiş və 400,00 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Howo Yük” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil 5000 manat məbləğində bədbəxt hadisələrdən sığortalamışdır. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli inzibati Tənbeh vermə haqqında qərarın surətindən görünür ki, inzibati xəta törətmiş Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan ödəniş tağşırığının surətindən görünür ki, «xxxx» ASC tərəfindən xx.xx.2020-cı il tarixdə X4 400,00 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş YNH-də Cavabdeh zərər vuran qismində iştirak etmiş və “Howo Yük” markalı, ** NF *** dövlət nömrə nişanlı avtomobilə ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Musabəyov küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törədərək «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış avtomobili vuraraq maddi ziyan yetirmiş və 400,00 manat məbləğində dəymiş ziyan sığorta təşkilatı tərəfindən sığortalıya ödənilmişdir. Məhkəmə hesab edir ki, hadisə baş verən gün Cavabdeh oğlunun avtomobili idarə etmək hüququ olmadığından vurulmuş zərəri ödəmək vəzifəsi Cavabdeh oğlunun üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında «xxxx» ASC-yə keçdiyindən 400 manat məbləğində vurulmuş zərər və 20 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı «xxxx» ASCnin xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehdən 1600 manat pulun tutulmasını tələb etsə də, bununla bağlı olaraq mötəbər sübut təqdim olunmadığından bu hissədə iddia tələbi təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş ziyana görə 400 manat və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 420 (dörd yüz iyirmi) manat tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar