Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1243/2021 20.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh "xxxx Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin etibarnamə üzrə nümayəndəsi X3 və vəkili X1 iştirakı ilə, İddiaçı Aliyeva Vüsalə Rəhı̇ m qızının cavabdeh "xxxx Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı mənəvi zərərin ödənilməsi tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Aliyeva Vüsalə Rəhı̇ m qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.000.000 (iki milyon) manat mənəvi ziyana görə kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandımışdır ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli,1(007)- 315/2019 saylı hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin əsas halları ondan ibarətdir ki, X4 idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X9 ölümünə zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, hökmdən görünür ki, X4,13 dekabr 2018-ciil tarixdə, saat 17:44-də texniki cəhətdən saz vəziyyətdə olan, yol vərəqəsi əsasında idarə etdiyi 173 saylı marşrut xətti üzrə işləyən “DAEWOO BC 212MA BC 212MA” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 1029 ünvanında yerləşən metronun “Koroğlu” stansiyasımı arxa hissəsindəki avtobusların son dayanacağı olan yerdə, saatda 20 km sürətlə dairəyə doğru hərəkət etdirib sola dönmə hərəkəti edən zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət elməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etmədən, yolun hərəkət hissəsini soldan sağa doğru çəpinə keçən piyada X10 avtobusun arxa sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncunu sağyan tərəfdə dayanacaqda dayanmış avtobusa doğru sıxması nəticəsində, H.C.Əliyeva hər iki avtobusun arasında qalaraq ağciyərlərin kontuziyası, dalağın travmatik cırılması, periton arxası sahənin hematoması, hər iki qasıq və oturaq sümüklərinin qapalı qəlpəli yerdəyişmiş sınıqları, sol qalça tini nahiyəsinin qançırı ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə insanda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alrmş, həmin xəsarətlərdən H.C.Əliyeva 13 dekabr 2018-ci il tarixdə, saat 19:10 radələrinə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. X2 13 dekabr 2018-ci il tarixdə saat 17:44 radələrində idarə etdiyi xxxx MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “DAEWOO BC 212MA” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Nizami rayonu ərazisində metronun “Koroğlu” stansiyasının arxa hissəsində yol nəqliyyat hadisəsi törətməsini təsdiq edən ittihamedici hökm çıxarmışdır. Həmçinin hökmlə təsdiq edilmişdir ki, X5 xxxx MMC-nin sürücü olmuşdur. Qəza nəticəsində vəfat edən şəxs X11 iddiaçının anasıdır. O, metropolitendə işləyirdi. Ailəni dolandıran X11 iddiaçının anası olmuşdur. Anası işinə məsuliyyətsiz şəxslərin qurbanı olmüş və çox faciəli surətdə vəfat etmişdir. Göründüyü kimi hadisənin baş verməsi xxxx MMC-nin sürücüsünün- əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvə minmiş Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli hökmü ilə təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. O, bunlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, iddiaçı anasının cavabdehin məsuliyyətsizliyinə görə öldüyünü qeyd etsə də, Nizami Rayon Məhkəməsinin 1(007)-315/2019 nömrəli preyudisial əhəmiyyətli hökmündən görünür ki, cavabdeh daşıyıcı kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək sürücü X4 işə başlayarkən onu qanunamüvafiq qaydada tibbi müayinədən keçirtmişdir. Yol-nəqliyyat hadisəsinin törədilməsində vasitə olmuş və cavabdehin mülkiyyətindəki **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun texniki cəhətdən saz vəziyyətdə olmuşdur. İddia tələbi bir tərəfdən cavabdehin məsuliyyətsizlik etməsi ilə əsaslandırılsa da, digər tərəfdən cavabdehin daşıyıcı kimi konkret hansı pozuntulara yol veridiyi haqda hər hansı fikir bildirilməmiş, beləliklə də iddianın əsaslandırılmasında ziddiyyətə yol verilmişdir. “xxxx" MMC-nin işçisinin hüquq pozuntusuna görə mənəvi ziyanla bağlı kompensasiya ödəməsi məsələsinə baxılarkən həm də nəzərə alınmalıdır ki, cavabdeh qanunla üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirmiş və cinayət hadisəsinin qarşısını almaq üçün hər hansı imkanı olmamışdır, eləcə də cinayət hadisəsi ehtiyatsızlıqla törədilmişdir, təqsirkar şəxs zərərçəkənə tibbi yardımın göstərilməsi üçün bütün lazımi işləri görmüşdür. Cavabdehin maddi imkanları qiymətləndirilərkən onun payları tam şəkildə dövlətə məxsus şirkət olduğu, öz ehtiyaclarını məhdud imkanlar şəraitində təsərrüfat gəlirləri hesabına təmin etdiyi, 89 nəfər şəxs üçün daimi iş yeri olduğu, daşıyıcılıq fəaliyyətinin isə sərnişin axınının zəif olduğu Zirə, Türkan kəndləri və Pirallahı qəsəbəsi ilə Bakı arasındakı müntəzəm marşrutlar üzrə olduğu nəzərə alınmalıdır. Cavabdeh yeni növ koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə, yanacağın qiymətinin artmasına, istismar etdiyi marşrutların rentabelliliyinin aşağı olmasına görə yaranan zərərin aradan qaldırlması ilə bağlı müxtəlif dövlət orqanlarına (qurumlarına) müraciətlər etmişdir (müraciətlərin surətləri əlavə olunur). “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008- ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən iztirab dedikdə şəxsin sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Qərarın 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı yə iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı iddia ərizəsində anasının ölməsinin ona sarsıntılar yaşatdığını ümumi ifadələrlə qeyd etsə də, bu sarsıntıların nədə ifadə olunması, anası ilə arasındakı emosional bağlılıq, eləcə də anasının ölməsi ilə əlaqədar konkret hansı iztirablar keçirtməsi barədə hər hansı sübutlar təqdim etməmişdir. O,iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X6 cavabdehin nümayəndəsinin dedikləri ilə razı olduğunu və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə baxışı ilə müəyyən edilmişdir ki, “xxxx” MMC-nin sürücüsü X4 idarə etdiyi “DAEWOO BC 212MA" markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan X8 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Nizami Rayon Məhkəməsinin 1(007)-315/2019 saylı, 29 oktyabr 2019-cü il tarixli hökmünə əsasən, X4, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinərək, 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırkı iddiaçı yol-nəqliyyat hadisəsi zamanı ölən X11in anasıdır və cinayət işi üzrə zərərşəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Qeyd edilənlər Nizami Rayon Məhkəməsinin 1(007)-315/2019 saylı, 29 oktyabr 2019-cü il tarixli hökmü və AZ-İ seryalı, 985698 nömrəli, 04 yanvar 2019-cu il tarixli ölüm haqqında şəhadətnamə, 04 yanvar 2019-cu il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanımaq haqqında qərarı ilə təsdiqlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-cı maddəsinə əsasən avtomobil nəqliyyatı ilə daşımalar yerinə yetirilərkən sərnişinlərin həyatına və ya sağlamlığına vurulmuş zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri nəticəsində baş verdiyini sübut edə bilmədikdə, daşıyıcı vurulmuş zərərə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq maddi məsuliyyət daşıyır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında hesab etmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin mübahisəssiz halı ondan ibarətdir ki, “xxxx” MMC-nin sürücüsü X2 idarə etdiyi “DAEWOO BC 212MA" markalı, Az ** TE *** dövlət qeydiyyat nişanlı avtobusla yol hərəkəti qaydalarını pozması nəticəsində iddiaçının anası X11 ölmüşdür. Heç şübhəsiz ki, iddiaçı anasının ölməsi, yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Lakin, tələb üzrə mənəvi zərərə görə pul kompensasiyasının 2.000.000 manat məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən məbləğ cavabdehin əmlak vəziyyətinə uyğun deyil. Məhkəmə onu da vurğulayır ki, mənəvi zərərin təmin edilməsi, iddiaçının anasının vəfat etməsi nəticəsində çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə iddiaçıya təsəlli ola bilməsi üçün müəyyən edilir. Hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsi də nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən “xxxx” MMC-dən İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində mənəvi zərərə görə pul kompensasiyasının tutulmasını ağlabatan hesab edir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi baröəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul tutulsun. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1243/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1243/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver