Məhkəmə qərarları › İş №2(010)-1305/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1305/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1305/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı1 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu mənəvi zərər qismində 3500 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 35030 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 izahatında göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin icraatında olan hər iki mülki iş bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilib baxılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, Suraxanı Rayon Məhkəməsinin icraatında olan hər iki mülki iş bir-biri ilə əlaqəli olduğundan bir icraatda birləşdirilib baxılmasına etiraz etmir. Məhkəmə iş materiallarını və “icraatın birləşdirilməsi” barədə ərizəni nəzərdən keçirib, hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin icraatında olan hər iki mülki işlər birbiri ilə əlaqəlidir və bir icraatda baxılması məqsədəmuvafiq olduğundan iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Odur ki, Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı1 Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə 2(010)-1305/2021 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mənəvi zərərin ödənilməsi” barədə 2(010)-852/2021 saylı mülki iş bir icraatda birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 43, 169 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi barədə 2(010)- 1305/2021 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mənəvi zərərin ödənilməsi” barədə 2(010)-852/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin və mülki işə 2(010)- 852/2021 nömrəsi verilsin. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar