Məhkəmə qərarları › İş №2(010)-1340/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1340/2023

16.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1340/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə, iddiaçı Kurquzova Sultanı̇ ya Həsənovnanın cavabdeh Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovna və Yumanqulova (Drujinina) Alı̇ yə Həbı̇ bullayevnaya qarşı "evə köçürülmə" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində istifadədə olan 0.01889 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 94.2 kv.m yaşayış, 23.2 kv.m köməkçi sahədən ibarət 277 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Kurquzova Sultanı̇ ya Həsənovnanın – ½ hissə, Nümayəndə, Yumanqulova Alı̇ yə Həbı̇ bullayevnanın və Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovnanın – ½ hissə adlarına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3870 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. ASAN 2 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “yaşayış yeri üzə qeydiyyat haqqında” arayışdan görünür ki, Kurquzova Sultanı̇ ya Həsənovna və Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovna ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 1 ünvanı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən miras mülkün 1/2 hissəsi X1, yerdə qalan 1/2 hissəsi isə Ravilya Yumanqulovanın (sənəddə olduğu kimi), Aliyə Yumanqulovanın və Nümayəndə adlarına qeydiyyata alınmışdır və həmin ünvan ilə bağlı X2 adına ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış tərtib olunmuşdur. 4 saylı Bakı “Asan xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2020-ci il tarixli, 4Ə-1098 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Nümayəndə 1/2 hissədən ona məxsus olan hissəni Cavabdeh1 bağışlamışdır. ünvan 3 ünvanı hazırda aşağıda göstərilən şəxslərin mülkiyyətlərindədir. 1) İddiaçı-1/2hissə; 2) X3-1/6hissə; 3) Cavabdeh1 ldrisovna-2/6hissə.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Kurquzova Sultanı̇ ya Həsənovnanın – ½ hissə (xx.xx.2007), Yumanqulova Alı̇ yə Həbı̇ bullayevnanın – 1/6 hissə və Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovnanın 2/6 hissə (xx.xx.2020) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İşin faktiki halları

5. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Kurquzova Sultanı̇ ya Həsənovnanın, Yumanqulova Alı̇ yə Həbı̇ bullayevnanın və Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovnaya məxsus olması və cavabdehlərin iddiaçını mənzilə buraxmamaqla, onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaratması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı Kurquzova Sultanı̇ ya Həsənovna cavabdeh Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovna və Yumanqulova (Drujinina) Alı̇ yə Həbı̇ bullayevnaya qarşı "evə köçürülmə və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsi, cavabdehlərlə paylı mülkiyyətlərində olan ünvan 3 saylı, 6 otaqlı, 94.2 kv.m yaşayış sahəli, 23.2 kv.m köməkçi sahəli evə köçürülməsi, həmin evin yerləşdiyi 1962-ci ildə tərtib edilmiş texniki pasportda göstərilmiş 410 kv.m torpaq sahəsində istifadəyə yararsız vəziyyətə salınmış tikililərin cavabdehlərin hesabına bərpa edilməsi, qanunsuz inşa edilmiş kürsülü, mansarlı evin və mebel istehsalı üçün inşa edilmiş qeyri-yaşayış sahəsinin (sexin) sökülməsi, torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, iddiaçı Kurquzova Sultanı̇ ya Həsənovnanın tərəflərin mülkiyyətində olan ünvan 3 saylı, 6 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdehlər Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovna və Yumanqulova (Drujinina) Alı̇ yə Həbı̇ bullayevna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ½ hissə payın mülkiyyətçisi iddiaçıdır. Onun mənzilə dair hüquqları Dövlət Reyestri Xidmətindən qeydiyyatdan keçib və reyestrdən çıxarış olmasına baxmayaraq uzun müddətdir ki, paylı mülkiyyətində olan evə gedib daxil ola bilmir.

11. Cavabdeh Yumanqulova Ravı̇ lə İ̇drı̇ sovnanın nümayəndəsi Nümayəndə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, mənzil paylı mülkiyyətdədir və ½ hissəsi iddiaçıya məxsusdur. İddiaçının mənzilə köçməyinə etirazları yoxdur, sadəcə olaraq ev qəzalı vəziyyətdədir və bununla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Hazırda mənzil qəzalı vəziyyətdə olduğu üçün orada heç kim yaşamır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

14. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokol Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir.

17. Göründüyü kimi, həm milli qanunvericilik, həm də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı beynəlxalq aktlar mülkiyyət hüququnun üç mühüm normasını müəyyənləşdirir: Öz mülkiyyətindən maneəsiz istifadə hüququ; Mülkiyyətdən məhrum edilmə; Mülkiyyətdən istifadəyə nəzarət.

18. Hazırkı işdə mübahisəli ev tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdehlər onu mənzilə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaradır.

19. Belə olan halda iddiaçı, cavabdehlərə qarşı mübahisəli evə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir.

20. İddiaçının mübahisəli fərdi yaşayış evinə paylı mülkiyyət hüququna malik olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”la təsdiq edilib və mübahisələndirilmir. Onun mülkiyyətindəki əmlakdan istifadəsinə mülkiyyətdən məhrum edilmə olmadan, paylı mülkiyyətin digər iştirakçıları tərəfindən maneə yaradılıb. Belə olan halda, yuxarıda qeyd edilən normalar əsasında iddiaçının əmlakından öz istəyinə uyğun istifadəsinə mane olan şəxlərdən bu maneəni aradan qaldırmağı məhkəmə qaydasında tələb etmək hüququ yaranıb.

21. Belə ki, iddiaçı onun hazırki fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisi (evin paylı mülkiyyətçisi) hesab edildiyindən, onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, onun həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.

Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

24. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar