Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5351/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Yumanqulova (Drujinina) Aliyə Həbibullayevnaya qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Açar sözlər:(mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Tərcüməçi Bağırova (Yəhyayeva) Günay Akif qızının iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(010)-1340/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı, X2 və Cavabdeh1 məxsusdur. 2.Hazırda İddiaçı cavabdehlər tərəfindən mülkiyyət hüuququnun həyata keçirilməsinə maneələr yaradıldığından hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh1 və Yumanqulova (Drujinina) Aliyə Həbibullayevnaya qarşı “evə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsi, cavabdehlərlə paylı mülkiyyətlərində olan ünvan 3 saylı, 6 otaqlı, 94.2 kv.m yaşayış sahəli, 23.2 kv.m köməkçi sahəli evə köçürülməsi, həmin evin yerləşdiyi 1962-ci ildə tərtib edilmiş texniki pasportda göstərilmiş 410 kv.m torpaq sahəsində istifadəyə yararsız vəziyyətə salınmış tikililərin cavabdehlərin hesabına bərpa edilməsi, qanunsuz inşa edilmiş kürsülü, mansarlı evin və mebel istehsalı üçün inşa edilmiş qeyri-yaşayış sahəsinin (sexin) sökülməsi, torpaq sahəsinin istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı tərəflərin mülkiyyətində olan ünvan 3 saylı, 6 otaqlı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissə payın mülkiyyətçisi iddiaçıdır. Onun mənzilə dair hüquqları Dövlət Reyestri Xidmətindən qeydiyyatdan keçib və reyestrdən çıxarış olmasına baxmayaraq uzun müddətdir ki, paylı mülkiyyətində olan evə gedib daxil ola bilmir. 6.Cavabdeh1 nümayəndəsi Nümayəndə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, mənzil paylı mülkiyyətdədir və 1/2 hissəsi iddiaçıya məxsusdur. İddiaçının mənzilə köçməyinə etirazları yoxdur, sadəcə olaraq ev qəzalı vəziyyətdədir və bununla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Hazırda mənzil qəzalı vəziyyətdə olduğu üçün orada heç kim yaşamır. 7.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 iyun 2023-cü il tarixli, 2(010)-1340/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Təranə Mahmudova) iddia təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. 8.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li “Çıxarış”ın surətindən göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində istifadədə olan 0.01889 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 94.2 kv.m yaşayış, 23.2 kv.m köməkçi sahədən ibarət 277 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı-1/2 hissə, Nümayəndə, X1 və Cavabdeh1 – 1/2 hissə adlarına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3870 nömrəli vərəqində qeydiyyata alınmışdır. 9.İş materiallarında olan ASAN 2 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “yaşayış yeri üzə qeydiyyat haqqında” arayışdan göstərilmişdir ki, İddiaçı və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. 10.İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan göstərilmişdir ki, ünvan 1 ünvanı Suraxanı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən miras mülkün 1/2 hissəsi X3, yerdə qalan 1/2 hissəsi isə Ravilya Yumanqulovanın (sənəddə olduğu kimi), Aliyə Yumanqulovanın və Nümayəndə adlarına qeydiyyata alınmışdır və həmin ünvan ilə bağlı X4 adına ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il tarixli çıxarış tərtib olunmuşdur. 4 saylı Bakı “Asan xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2020-ci il tarixli, 4Ə-1098 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Nümayəndə 1/2 hissədən ona məxsus olan hissəni Cavabdeh1 bağışlamışdır. ünvan 3 ünvanı hazırda aşağıda göstərilən şəxslərin mülkiyyətlərindədir. 1) İddiaçı-1/2hissə; 2) X6-1/6hissə; 3) Cavabdeh1 ldrisovna-2/6hissə. 11.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı – 1/2 hissə (xx.xx.2007), X1 – 1/6 hissə və Cavabdeh1 2/6 hissə (xx.xx.2020) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 12.Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə mübahisəli ev tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdehlər onu mənzilə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaradır. Belə olan halda iddiaçı, cavabdehlərə qarşı mübahisəli evə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir. 13.İddiaçının mübahisəli fərdi yaşayış evinə paylı mülkiyyət hüququna malik olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”la təsdiq edilib və mübahisələndirilmir. Onun mülkiyyətindəki əmlakdan istifadəsinə mülkiyyətdən məhrum edilmə olmadan, paylı mülkiyyətin digər iştirakçıları tərəfindən maneə yaradılıb. Belə olan halda, yuxarıda qeyd edilən normalar əsasında iddiaçının əmlakından öz istəyinə uyğun istifadəsinə mane olan şəxlərdən bu maneəni aradan qaldırmağı məhkəmə qaydasında tələb etmək hüququ yaranıb. 14.Belə ki, iddiaçı onun hazırki fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisi (evin paylı mülkiyyətçisi) hesab edildiyindən, onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, onun həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir. 15.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. 16.Məhkəmə, həmçinin qeyd etmişdir ki, MPM-in 119.1-ci maddəsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cü maddəsinin l, ll. lll hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.9, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 215.1, 215.2, 215.4-cü; İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 88, 217.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işə baxan məhkəmə mülkiyyət hüququ ilə bağlı AR Mülki Məcəlləsinin normalarını cavabdehə münasibətdə tətbiq etməmişdir. Halbuki həmin mənzillər üzərində cavabdehlərin mülkiyyət hüququ var. İşə baxan məhkəmə qətnamə qəbul edərkən bu hüquqları nəzərə almamışdır. Məhkəmə tərəfindən iddianın təmin edilməsi cavabdehlərin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İşə baxan məhkəmə Mülki Məcəllənin 157.1ci maddəsini iş üzrə düzgün tətbiq etməmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, mənzil paylı mülkiyyətdədi 1/2 hissəsi iddiaçıya məxsusdur. İddiaçının mənzilə köçmələrinə etirazları yoxdur, sadəcə olaraq ev qəzalı vəziyyətdədir və bununla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilmişdir. Hazırda mənzil qəzalı vəziyyətdə olduğu üçün orada heç kim yaşamır. İşə baxan məhkəmə bu faktları araşdırmamış, evin qəzalı vəziyyətdə olduğunu müəyyənləşdirmək üçün ekspertiza təyin etməmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının şəhərin mərkəzində yaxşı şəraitli mənzilinin olduğunu, bu iddianı qaldırmaqda məqsədinin cavabdehlərin mülkiyyət hüquqlarını məhdudlaşdırmaq olduğunu bildirsə də, işə baxan məhkəmə bu faktları araşdırmamışdır. İşə baxan məhkəmə qərar qəbul edərkən çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. İşə baxan məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinin də tələblərini pozmuşdur. Cavabdeh həmin ünvanda başqa şəxsin yaşadığını, iki ünvanın olduğunu, iddiaçının köçmək istədiyi ünvandakı mənzilin yaşamaq üçün yararsız olduğunu sübuta yetirsə də, iddiaçı bunun əksini sübuta yetirə bilməmişdir. İşə baxan məhkəmə qətnamə qəbul edərkən bunları nəzərə almamışdır. Məhkəmənin qəbul etdiyi qətnamədən görünür ki, işə baxan məhkəmə mübahisəni həll edərkən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam baxmamış və təqdim edilmiş sübutlara uyğun hüquq normalarını tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş və gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29. Mülkiyyət hüququ İ.Hər kəsin mülkiyyət hüququ vardır. İİ.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 25.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 26.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 27.Maddə 152.6.Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 28.Maddə 152.9.Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. 29.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 30.Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 31.Maddə 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 32.Maddə 213.3.Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 33.Maddə 215.1.Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 34.Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 37.Maddə 217.4.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 40.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41.Kollegiya iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(010)-1340/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. 42.Belə ki, işin araşdırılmış və tədqiq olunmuş halları ilə müəyyən olunur ki, ev tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər iddiaçını mənzilə buraxmamaqla onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaradır. 43.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində istifadədə olan 0.01889 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 94.2 kv.m yaşayış, 23.2 kv.m köməkçi sahədən ibarət 277 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1) İddiaçı-1/2 hissə; 2) X6- 1/6 hissə; 3) Cavabdeh1-2/6 hissə ilə mənsubdur. 44.Belə olan halda kollegiya hesab edir ki, iddiaçı cavabdehlərə qarşı mübahisəli evə köçürülmə barədə iddia qaldırmaqda haqlı olmuşdur. 45.Yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətindəki əmlakdan istifadəsinə mülkiyyətdən məhrum edilmə olmadan, paylı mülkiyyətin digər iştirakçıları-cavabdehlər tərəfindən maneə yaradıldığından, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməklə iddiaçının həmin fərdi yaşayış evinə köçürülmə ilə bağlı iddiası qanuni və əsaslı olduğundan təmin edilməlidir. 46.Belə ki, iddiaçı hazırki fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisi (evin paylı mülkiyyətçisi) hesab edildiyindən, onun həmin mübahisəli mənzildə sahiblik və istifadə hüququ, öz payı üzərində sərəncam vermək hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, onun həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir. 47.Kollegiya evin qəzalı vəziyyətdə olması ilə bağlı cavabdehin dəlilini əsassız hesab edərək, qeyd edir ki, evin qəzalı vəziyyətdə olması iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun cavabdehlər tərəfindən məhdudlaşdırılmasına hər hansı bir qanuni əsas vermir. 48.Kollegiya apellyatorun ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması halında, heç bir əsası olmayan ekspertizanın təyin edilməsinə zərurət yoxdur. 49.Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 50.Kollegiya apellyatorun MM-nin 157.1-ci maddənin düzgün tətbiq edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə MM-nin 157.1-ci maddəsinə istinad olunmamışdır. 51.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 52.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 53.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(010)-1340/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov