Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1357/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onunla Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 50 nömrəli notariat ofisində təsdiq edilmiş, xx.xx.2020-ci il tarixli, 3M-505 nömrəli reyestrlə qeydə alınmış kredit və ipoteka müqavilələrinin və xx.xx.2020-ci il tarixli, 3M-859 nömrəli reyestrlə qeydə alınmış kredit və sonrakı ipoteka müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəməyə təqdim edilərkən ərazi aidiyyəti və iddia ərizəsinin forması və məzmunu ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələbləri pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə cavabdehin qeydiyyat yeri barədə DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayış, yaxud cavabdehin qeydiyyat yerini müəyyən etməyə imkan verən hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, cavabdehin qeydiyyat yeri barədə DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışın əslinin iddia ərizəsinə əlavə edilməsi cavabdehin qeydiyyat yerinin, dolayısı ilə də işin ərazi aidiyyətinin müəyyən edilməsi baxımından vacibdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemində Cavabdeh barəsində axtarış edilsə də sistemdə bu vətəndaşla bağlı nəinki yaşayış yeri, yaxud əlaqə nömrəsi barəsində, ümumiyyətlə şəxsiyyəti barədə heç bir məlumat aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin poçt ünvanı barədə heç bir məlumat olmaması məhkəmə bildiriş və qərarlarının cavabdehə çatmaması, cavabdehin məhkəmə prosesindən məlumatlı olmaması ilə nəticələnə bilər ki, bu da mülki mühakimə icraatının çəkişmə prinsipinin kobud pozuntusu deməkdir. Beləliklə, müvafiq sənədin məhkəməyə təqdim edilməməsi iddia ərizəsinin forma və məzmunu ilə bağlı MPM-in 149-cu maddəsinin tələbinin pozulması deməkdir. Azərbaycan Respublikasının MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “kredit və ipoteka müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1357/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1357/2021
26.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver