Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1402/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan, iddia ərizəsinin təsviri hissəsində qeyd olunan adda, təsvirdə və sayda olan cehiz əşyalarının onun öz hesabına (cavabdehin özü tərəfindən), ona (iddiaçıya) məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 30 nömrəli yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 Cavabdeh ilə xx.xx.2012ci il tarixdə Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsində 575 nömrəli aktla qeydə rəsmi nikaha daxil olub və nikahları 575 nömrəli aktla qeydə alınmışdır. Cavabdeh Bəhram qızı ilə oğlu X6 arasındakı nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 2333/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulmasından sonra Cavabdeh Bəhram qızı ona məxsus olan ünvan 1 ünvanını tərk etsə də, özünə məxsus olan cehiz əşyalarını aparmamışdır. Buda hazırkı vəziyyətlə əlaqədar olaraq yeni problem və çətinliklər yaradır. Belə ki, evdə Cavabdeh Bəhram qızına məxsus əşyaların qorunaraq saxlanılması onun üçün əlavə çətinlik və məsuliyyət yaradır. Bu səbəbdən də cavabdehin oğlu ilə nikahının pozulmasını və onun ünvanı tərk edərək yaşayış yerini dəyişməsini nəzərə alaraq ona məxsus əşyaların, ona (iddiaçıya) məxsus olan ünvan 2 ünvanından çıxarılmalı olduğunu düşünür. Çünki həmin evin mülkiyyət hüququ ona məxsusdur və bununla bağlı ona mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehə məxsus aşağıdakı adda, sayda və təsvirdə olan əşyalar Bakı şəhəri Suraxanı rayonu, Bül-bülə qəsəbəsi ev-30 ünvanında yerləşən mənzildən cavabdehin öz hesabına çıxarılmalıdır. Cehiz əşyalarının siyahısı aşağıdakı kimidir: yataq otağı dəsti- (Taxt, güzgülü termo, termo stulu, 2 dolabça, şifoner, paltar yığmaq üçün siyirməli dolab, balaca uşaq çarpayısı), divan və iki ədəd kreslo, metbex mebeli, şkaflar, qaz peçi, karnizlər (2 ədəd), çilçıraq 2 ədəd, çanaq (moyka və s.), qab-qacaq dəstləri servizlər (çəngəl, bıçaq, nəlbəki, kasa, boşqab, stəkan və s.) televizor və TV altlığı, DVD aparatı, 1 ədəd stol, 8 stul, 1 ədəd paltaryuyan maşın (Samsunq markalı), 1 ədəd tozsoran (samsunq markalı)- (işləmir), 1 ədəd buxarlı ütü (tefal markalı), 1 ədəd elektrikli soba, 1 ədəd uzun xalça, 3 ədəd qısa xalça, 1 ədəd ayaqaltına sərmək üçün xalça, 1 ədəd qab yığmaq üçün servant, 1 ədəd qab yığmaq üçün şkaf, 1 ədəd güzgülü böyük şkaf, cavabdehə məxsus paltar, geyim, şəxsi əşyalar, 1 ədəd ətçəkən (tefal markalı), 1 ədəd şirəçəkən( tefal markalı), 2 dəst pərdə, qızıl zinyət əşyaları (nişan üzüyü, bir cüt sırğa, üzük,klon). Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları.
5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 116038 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsindəki 30 saylı yaşayış evi İddiaçı, X7 və X2 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 04 saylı reyestr kitabında xx.xx.1996-ci il tarixində qeydiyyat aparılmışdır.
6. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-233/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, Cavabdeh və X6 arasında Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 575 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment X4 tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur.
İşin faktiki halları.
7. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 30 nömrəli yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçının oğlu X6 Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. Cavabdeh ilə X6 arasındakı nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-2333/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulmasından sonra Cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 30 nömrəli yaşayış evini tərk etsə də, özünə məxsus olan cehiz əşyalarını aparmamışdır.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
9. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
12. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
14. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 30 nömrəli yaşayış evi xx.xx.1996cı ildə İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının oğlu X6 ilə 2012-ci ildə ailə qurmuş və birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçının etirafına görə Cavabdeh ona məxsus mənzilə 2012-ci ildə gəlin köçərək mübahisəli mənzildə yaşasa da, sonradan həmin mənzildən çıxıb getmiş, lakin ona məxsus olan cehiz əmlakları həmin mənzildə qalmışdır.
15. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
16. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Məhkəmə xərcləri.
17. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus olan yataq otağı dəsti- (Taxt, güzgülü termo, termo stulu, 2 dolabça, şifoner, paltar yığmaq üçün siyirməli dolab, balaca uşaq çarpayısı), divan və iki ədəd kreslo, metbex mebeli, şkaflar, qaz peçi, karnizlər (2 ədəd), çilçıraq 2 ədəd, çanaq (moyka və s.), qab-qacaq dəstləri servizlər (çəngəl, bıçaq, nəlbəki, kasa, boşqab, stəkan və s.) televizor və TV altlığı, DVD aparatı, 1 ədəd stol, 8 stul, 1 ədəd paltaryuyan maşın (Samsunq markalı), 1 ədəd tozsoran (samsunq markalı)-(işləmir), 1 ədəd buxarlı ütü (tefal markalı), 1 ədəd elektrikli soba, 1 ədəd uzun xalça, 3 ədəd qısa xalça, 1 ədəd ayaqaltına sərmək üçün xalça, 1 ədəd qab yığmaq üçün servant, 1 ədəd qab yığmaq üçün şkaf, 1 ədəd güzgülü böyük şkaf, cavabdehə məxsus paltar, geyim, şəxsi əşyalar, 1 ədəd ətçəkən (tefal markalı), 1 ədəd şirəçəkən( tefal markalı), 2 dəst pərdə, qızıl zinyət əşyaları (1 ədəd nişan üzüyü, bir cüt sırğa,1 ədəd üzük, 1 ədəd klon) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 30 nömrəli yaşayış evindən Cavabdeh hesabına çıxarılmalıdır.
19. Məhkəmə hesab edir ki, məhkəmə xərci ödənilmiş – 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh məxsus olan yataq otağı dəsti- (Taxt, güzgülü termo, termo stulu, 2 dolabça, şifoner, paltar yığmaq üçün siyirməli dolab, balaca uşaq çarpayısı), divan və iki ədəd kreslo, metbex mebeli, şkaflar, qaz peçi, karnizlər (2 ədəd), çilçıraq 2 ədəd, çanaq (moyka və s.), qab-qacaq dəstləri servizlər (çəngəl, bıçaq, nəlbəki, kasa, boşqab, stəkan və s.) televizor və TV altlığı, DVD aparatı, 1 ədəd stol, 8 stul, 1 ədəd paltaryuyan maşın (Samsunq markalı), 1 ədəd tozsoran (samsunq markalı)-(işləmir), 1 ədəd buxarlı ütü (tefal markalı), 1 ədəd elektrikli soba, 1 ədəd uzun xalça, 3 ədəd qısa xalça, 1 ədəd ayaqaltına sərmək üçün xalça, 1 ədəd qab yığmaq üçün servant, 1 ədəd qab yığmaq üçün şkaf, 1 ədəd güzgülü böyük şkaf, cavabdehə məxsus paltar, geyim, şəxsi əşyalar, 1 ədəd ətçəkən (tefal markalı), 1 ədəd şirəçəkən( tefal markalı), 2 dəst pərdə, qızıl zinyət əşyaları (1 ədəd nişan üzüyü, bir cüt sırğa,1 ədəd üzük, 1 ədəd klon) adlı əşyalar Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Əzizbəyov küçəsi, 30 nömrəli yaşayış evindən Cavabdeh hesabına çıxarılsın. Məhkəmə xərci - ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova