Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1448/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 və cavabdeh X5 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh X8 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh X8 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, cavabdeh X3 5000 manat sığorta ödənişi, 500 manat işlərin görülməsi xərcinin və 30 manat dövlət rüsumunun, cəmi 5530 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X6 arasında xx.xx.2018ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “BMW 5281” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Gasimov İlgar xx.xx.2019-ci il tarixdə “BMW 5281” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hövsan-Suraxanı yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Bcnz D320” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 5 000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Suraxanı RPİ DYPŞ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 096-1725- 1219 saylı Arayışa əsasən cavabdeh Gasimov ilgar yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sorğuya əsasən Cəmiyyətə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2647 saylı məktubunda qeyd olunur ki, cavabdeh İlgar Gasimova Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2021-ci il tarixədək daimi yaşama icazəsi verilmişdir və ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Cavabdeh Gasimov llgara məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, cavabdeh Gasimov ilgar “BMW 5281” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili Gürcüstan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. Cavabdeh Gasimov İlgar yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “BMW 5281” markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Cəmiyyət tərəfindən cavabdeh Gasimov İlqarın ünvanına xx.xx.2019-cu il tarixli, AS- 19/1713 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X7 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini, tələb edilən məbləğin cavabdehdən tutulmasını xahiş etdi və bildirdi ki, cavabdeh X9 avtomobili Gürcüstan Respublikasının sürücülük vəsiqəsi ilə idarə edib, daimi yaşayana kimi, yəni 1 ay idarə ed bilərdi. Cavabdeh müvəqqəti yaşamaq hüququ alıb. Bu isə ondan reqres qaydada pul tələb etmək hüququ verir. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək onun qəza baş verən anda sürücülük vəsiqəsinin olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İcbari sığorta müqaviləsinə dair elektron məlumatın çıxarışından görünür ki, sığortaçı “xxxx” ASC ilə sığortalı X6 arasında “BMW 5381 markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta olunması barədə xx.xx.2018-ci il tarixli, sığorta təminatının müddəti 1 il olan, PAA********** №-li sığorta müqaviləsi bağlanmışdır. - Gürcüstan Respublikası tərəfindən verilmiş AH4539943 nömrəli X8 məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, X8 B və B1 kateqoriyası üzrə xx.xx.2015-ci ildən xx.xx.2030-cu ilədək müddətə sürücülük hüququ verilmişdir. - Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2018-ci il tarixli, ƏN-Vİ № 398573 saylı etibarnamənin surətindən görünür ki, X6 1 il müddətinə, xx.xx.2019-cu il tarixədək ona məxsus buraxılış ili 1998-ci il olan, BMW 5381 markalı, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Qasımov İlqara etibarnamə vermişdir. - TP ******* saylı, xx.xx.2019-cu il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X13 xx.xx.2019-cu ildə ( qərarda texniki səhf olaraq 2018-ci il göstərilmişdir.) saat 17:00 da Dədə Qorqud qəsəbəsində BMW 5381 markalı, ** CM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmada manevr etmə nəticəsində qarşıdan gələn Mersedes D320 markalı, ** AS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. X1 İXM-nin 327.1-ci maddəsidə nəzərdə tutulmuş xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. - AUTOPRO MMC tərəfindən tərtib olunmuş qüsur aktından görünür ki, “Mercedes Benz D320” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 5940 manat lazımdır. - İddiaçı tərəfindən zərərin hesablanmasına dair sənəddən görünür ki, Əliyev və K.X4 Şirkətinə məxsus “Mercedes Benz D320” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün yekun məbləğ 5940 manat hesablanmışdır. - 19-01870/02 AA-1055/19 saylı Sığorta aktından və 003239 saylı ödəniş tapşırığından görünür ki, X14 oğluna sığorta ödənişi 5000 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli 25/2647 saylı məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İlqar Qasımova etibarlılıq müddəti xx.xx.2021-ci il tarixədək olan daimi yaşamaq üçün icazə verilmiş və ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, cavabdeh xarici ölkə vətəndaşıdır, o vətəndaşı olduğu ölkənin ona verdiyi sürücülük vəsiqəsi ilə və etibarnamə əsasında üçüncü şəxsə məxsus avtomobili idarə edərkən qəza törətmiş, həmin hadisəyə görə onun barəsində inzibati qərar tərtib edilmişdir. iddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, qəza baş verən vaxtı cavabdeh ölkə ərazisində oturum izni alsa da, müvafiq icra hakimiyyəti orqanında sürücülük vəsiqəsini yeniləməmiş və deməli qəza törədən zaman da həmin ana görə sürücülük vəsiqəsi olmayan şəxs kimi hesab edilməlidir. Bu hal da, subroqasiya hüququnu yaradan hallardan biridir. Cavabdehin etirazı ondan ibarətdir ki, onun sürücülük vəsiqəsi həm də latın hərfləri ilə yazılıb və 1968ci il Vyana Konvensiyasına görə də, beynəlxalq hüquqi qüvvəyə malikdir.Bundan başqa, o bu vəsiqə əsasında həmişə avtomobil idarə etmiş və yol polisi də ona hər hansı problem yaratmamışdır. Qanunun tələbindən göründüyü kimi, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh X5 yolnəqliyyat hadisəsi baş verən vaxtı sözügedən avtomobili idarə etmək üçün etibarnaməsi və idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, “xxxx” ASC-nin cavabdeh X8 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməməlidir. Yol hərəkəti haqqında qanunun Həmin Qanunun 35-1-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Hazırkı işdə cavabdeh qəza baş verəndən sonra İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati təmbeh edilib. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi, cavabdeh yol hərəkətini tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən sürücülük hüququ olmayan şəxs kimi qəbul edilməmiş, onun avtomobili malik olduğu sürücülük vəsiqəsi və onun əsasında verilmiş etibarnamə ilə idarə etməsi qanuni hesab edilmiş və yalnız yuxarıda qeyd edilən maddə üzrə inzibati məsuliyyətə cəlb edilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 25.1.3-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır Məhkəmə hesab edir ki, nə dəqər ki, qüvvədə olan inzibati qərarla cavabdehin hərəkətinə hüquqi qiymət verilib və onun cəlb olunduğu inzibati məsuliyyət növü subroqasiya hüququnu yaratmır, iddia tələbində qeyd edildiyi kimi cavabdehin qəza baş verən anda sürücülük hüququ olmayan şəxs kimi qəbul edilməsi qanuni və əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı iddia tələbində qeyd edilən əsasla subroqasiya hüququ yaranmamışdır, çünki cavabdeh X5 yol-nəqliyyat hadisəsi baş verən vaxtı sözügedən avtomobili idarə etmək üçün etibarnaməsi və idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, “xxxx” ASC-nin cavabdeh X8 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X8 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1448/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1448/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver