Məhkəmə qərarları › İş №2(010)-1453/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1453/2021

26.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1453/2021 26.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2019-cu il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək Cavabdeh əmək haqqısının ¼ hissəsi miqdarında alimentin tutulması, Cavabdeh 23 noyabr 2019-cu il təvəllüdlü X4 baxdığına görə və buna görə heç bir yerdə işləmədiyi üçün uşaq 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə ailə quraraq evlənmiş və onların rəsmi nikahlarından xx xxxxxx 2019-cu il təvəllüdlü X6 adlı övladları vardır. Hal-hazırda onlar faktiki olaraq ayrı yaşayırlar. Cavabdehdən ayrıldıqdan sonra azyaşlı uşağı onunla qalır və maddi cəhətdən uşağını saxlamaqda çətinlik çəkir. Cavabde Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında işləyir.o, işə uşağın 1 yaşı olduğu üçün heç bir yerdə işləmir. Ona görə də iddia tələbinin təmin edilməsi və xx xxxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh aylıq əmək haqqısının ¼ hissəsinin onun xeyrinə tutulması və heç bir yerdə işləmədiyi üçün uşaq 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 063669 №-li Nikah haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 qızı arasında nikah Samux rayon Qeydiyyat Şöbəsində xx xxxxxx 2018-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 13 №-si ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bəşirova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı 312071 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2019cu il təvəllüdlü X9 qızının - atası Cavabdeh, anası isə İddiaçıdır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 maddəsinəəsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, məhkəmə tərəfindən 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə hesab edir ki, Cavabdeh uşağın saxlanması üçün aliment iddia ərizəsində tələb olunduğu kimi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri nəzərə alınmaqla hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı aliment tələbini nikahın pozulması barədə iddia ərizəsi ilə birlikdə məhkəməyə xx xxxxxx 2021-ci ildə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Bununla belə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh “23 noyabr 2019-cu il təvəllüdlü X4 baxdığına görə və buna görə heç bir yerdə işləmədiyi üçün uşaq 3 yaşına çatanadək hər ay sabit pul məbləğində 100 manat alimentin tutularaq, iddiaçıya ödənilməsi” hissəsində iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən, ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi, qeyd olunan normanın tələbinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfdən aliment ödəməsini, yalnız həmin tərəfin aliment ödəməyə zəruri vəsaitə malik olduğu halda məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin, İddiaçı Cavabdeh qarşı “azyaşlı X4 baxdığına görə isə 100 manat alimentin alimentin tutulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, Cavabdeh həmin əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəməyuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrətədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 23 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir (1/4) hissəsi miqdarda aliment tutulmalı və alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılmasıüçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT ETDİ: İddia qismən təmin edilsin. 23 noyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh hər ay qazancının dörddə bir (1/4) hissəsi miqdarında aliment tutulsun. Aliment tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar