Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1465/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair mülki işə Bakı şəhərində Suraxanı Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 (bir yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh X6 ilə xx xxxxxx 2006-cı il tarixində rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair X6 ilə İddiaçı arasında xx xxxxxx 2006-cı il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1421 saylı nikah akt qeydi pozulmaqla, xx.xx.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmiş, xx.xx.2007-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilmiş, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən hesablanaraq hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmişdir. Azyaşlı uşağın saxlanılması üçün lazım olan xərci iddiaçı tək başına çəkməli olur. Cavabdeh isə uşağın saxlanılması üçün iddiaçıya heç bir kömək etmir. Bu isə iddiaçının üçün bir sıra maddi problemlər yaradır. Çünki uşağın saxlanılmasına ayda 300 manata qədər vəsait lazım olur ki, həmin vəsaiti iddiaçının tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh X6 uşağın saxlanılmasında iddiaçıya heç bir maddi yardım etmir. Həmişə yüksək təminatlı bir ailə kimi yaşamış, həmişə uşaqların təminatı yüksək olmuşdur. Lakin son vaxtlar uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Uşağın saxlanılması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü oğlu X11 üçün hər ay cavabdehdən 170 manat miqdarda aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, hal-hazırda işləmir, işləsə də, aylıq qazancı 300 manat təşkil edir. Həmin aliment təyin edilməsi məqsədi ondan cavabdehin xeyrinə tutulan alimentin əvəzləşdirilməsidir. O təkbaşına aliment verməməlidir, cavabdeh də uşaqların saxlanılmasına iştirak etməlidir. Əvvəlki məhkəmə araşdırılmasında aliment tələb etməmiş, həmin an ona ehtiyac olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, ümumiyyətlə işləmir, hahazırda valideynləri ilə işləyir, həmçinin himayəsində olan digər uşaqları xx.xx.2007-ci il təvəllüdlü X5 qayğısına da qalır. Belə ki, mülki işə əlavə edilmiş Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxx 2015-ci il tarixli AZ-İİ seriyalı, 007916 saylı nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X4 xx xxxxxx 2006-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2006-cı il tarixinə 1421 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əzimzadə, arvada Əzimzadə soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 473027 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X11 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 1654 sayla qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında X6 qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair X6 ilə İddiaçı arasında xx xxxxxx 2006-cı il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1421 saylı nikah akt qeydi pozulmaqla, xx.xx.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmiş, xx.xx.2007-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilmiş, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən hesablanaraq hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə araşdırılması zaman müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X6 ilə xx xxxxxx 2006-cı il tarixində rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, azyaşlı uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair X6 ilə İddiaçı arasında xx xxxxxx 2006-cı il tarixdə Suraxanı Rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1421 saylı nikah akt qeydi pozulmaqla, xx.xx.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmiş, xx.xx.2007-ci il təvəllüdlü X7 anası X2 himayəsinə verilmiş, İddiaçı xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən hesablanaraq hər ay bir uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilmişdir. Hal-hazırda iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 aliment tələb edir. İddiaçının nümayəndəsinin izahatına əsasən iddiaçının gəliri 300 manat təşkil edir, alimentin tutulmasına tələb olunan cavabdeh isə işləmir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X11 atası İddiaçı himayəsinə verilərkən İddiaçı tərəfindən aliment tələb edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan ailə qanunvericiliyinin müddəalarını rəhbər tuturaq, hesab edir ki, iddiaçının və cavabdehin hər biri ilə uşaqlar qaldığından, cavabdehin himayəsində artıq bir uşaq olduğundan, cavabdeh iddiaçıdan daha az təminatlı olduğundan, cavabdeh işləmədiyindən, iddiaçı tərəfindən cavabdehdən aliment tutulması üçün hər hansı əsas verən sübut təqdim olunmadığından, cavabdehdən alimentin tutulmasını məqsədəmüvafiq hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əvvəlki məhkəmə araşdırılmalarında uşağın tələb edilməsinə dair iddia verilərkən, aliment tələb edilməmiş, özünün verdiyi izahatına əsasən hazırki iddianın verilməsinin məqsədi verdiyi alimentini tarazlaşdırılması və ya əvəzləşdirilməsindən ibarətdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1465/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1465/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver