Məhkəmə qərarları › İş №2(010)-1501/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1501/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1501/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında xx xxxx 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı el adət-ənənəsinə uyğun olaraq Cavabdeh ilə ailə qurmuşlar və sonradan Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2011-ci ildə nikah bağlanmışdır. Birgə nikahdan iki uşaqları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü təvəllüdlü X6 doğulmuşdur. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında olan nikahın pozulması və uşaqların iddiaçının himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və uşaqların saxlanılması üçün alimentin ödənilməsini məhkəmədən xahiş etmişdir. Ailənin dağılmasına səbəb səkkiz il ailəli olduğu qadının iddiaçıya xəyanət etməsidir. Bu faktı təsdiq edən sübutlar nikahın pozulması zamanı məhkəməyə təqdim olunmuşdur. İddiaçı bu sözləri çox təəssüf hissi ilə qeyd edir. Cavabdehin xəyanəti ifşa olunduğu vaxt o, uşaqları iddiaçının yanında qoyaraq valideyinlərinin evinə getmişdir. Bir müddət sonra isə xx.xx.2014-cü təvəllüdlü X6 cavabdehlə qalsa da, xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçının yanında qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-733/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq cavabdehlə aralarında bağlanmış Nizami rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 840 saylı qeydə alınmış xx xxxx 2011-ci il tarixli nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5 atasına daha çox bağlılığı və hal-hazırda onun himayəsində yaşadığı nəzərə alaraq azyaşlının mənafeyi baxımından yetkinlik yaşına çatanadək iddiaçının himayəsində qalması, xx.xx.2014-cü təvəllüdlü X2 isə anası Cavabdeh himayəsində qalması qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat aliment tərəfindən hazırki iş üzrə cavabdehə ödənilməkdədir. Nikahın pozulması və uşaqların iddiaçının himayəsinə verilməsi barədə mülki iş birinci instansiya məhkəməsində icraata qəbul edildiyi xx.xx.2012-ci il təvəllüdlü X7 iddiaçının himayəsində olmuşdur. Bu səbəbdən xx.xx.2012-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün iş üzrə cavabdehdən hər ay 160 (yüz altmış) manat aliment tutulmalıdır. Bundan başqa X5 iddiaçının himayəsində olmasını nəzərə alaraq xx xxxxxx 2019-cu il tarixdən 2021-ci il yanvar ayınadək olan müddətdə hesablanaraq 160 manatdan 24 ay müddətinə (160*24=3840) ümumilikdə 3840 (üç min səkkiz yüz qırx) manat ödənilməmiş aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin iş yeri var və əmək haqqı alır. xx.xx.2012-ci il təvəllüdlü X5 iddiaçının himayəsində qalmasını nəzərə alaraq xx xxxxxx 2019-cu il tarixdən 2021-ci il yanvar ayınadək olan müddətdə hesablanaraq 160 manatdan 24 ay müddətinə (160*24=3840) ümumilikdə 3840 (üç min səkkiz yüz qırx) manat ödənilməmiş aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (yüz altımış) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında öz izahatına əsasən, tərəflərin ayrı yaşadıqlarını, oğlu İddiaçı digər uşağa görə aliment tutulduğuna görə, cavabdehdən aliment tutulmasının təyin edilməsi ədalətli olacağını qeyd edərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 (yüz altımış) manat sabit pul məbləğində alimentin tutulması məhkəmədən xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını və çıxışını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işin materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-733/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1403/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə xx.xx.2012ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsində qalmasının müəyyən edilməsi, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməklə, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməsinə xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Məhkəmə araşdırılması zaman müəyyən edilmişdir ki, İddiaçı el adət-ənənəsinə uyğun olaraq Cavabdeh ilə ailə qurmuşlar və sonradan Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2011-ci ildə nikah bağlanmışdır. Birgə nikahdan iki uşaqları xx.xx.2012ci il təvəllüdlü X7 və xx.xx.2014-cü təvəllüdlü X6 doğulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-733/2020 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin olunaraq cavabdehlə aralarında bağlanmış Nizami rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 840 saylı qeydə alınmış xx xxxx 2011-ci il tarixli nikah pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X5 atasına daha çox bağlılığı və hal-hazırda onun himayəsində yaşadığı nəzərə alaraq azyaşlının mənafeyi baxımından yetkinlik yaşına çatanadək iddiaçının himayəsində qalması, xx.xx.2014-cü təvəllüdlü X2 isə anası Cavabdeh himayəsində qalması qət olunmuşdur. Hal-hazırda iddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aliment tələb edir. İddiaçının nümayəndəsinin izahatına əsasən iddiaçının gəliri 700 manat təşkil edir, alimentin tutulmasına tələb olunan cavabdehin gəliri isə 500 manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunan ailə qanunvericiliyinin müddəalarını rəhbər tuturaq, hesab edir ki, iddiaçının və cavabdehin hər birinin himayəsində uşaqlar olduğundan, cavabdehin himayəsində artıq bir uşaq olduğundan, cavabdeh iddiaçıdan daha az təminatlı olduğundan, iddiaçı tərəfindən cavabdehdən aliment tutulması üçün hər hansı əsas verən sübut təqdim olunmadınğından, cavabdehdən alimentin tutulmasını məqsədəmüvafiq hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən əvvəlki məhkəmə araşdırılmalarında uşağın tələb edilməsinə dair iddia verilərkən, aliment tələb edilməmiş, özünün verdiyi izahatına əsasən hazırki iddianın verilməsinin məqsədi verdiyi alimentini tarazlaşdırılması və ya əvəzləşdirilməsindən ibarətdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar