Məhkəmə qərarları › İş №2(010)-152/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-152/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-152/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ödədiyi alimentdən əlavə olaraq xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək onların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 anadan olmuşdur. Cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müracət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan xx.xx.2011-ci il tarixli nikah pozulmuş, iki azyaşlı uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavadehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində aliment tutuması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1276 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hər iki uşaq uzun müddətli xəstəlikdən əziyyət çəkir və müntəzəm müalicə alırlar. Cavabdeh xəstə uşaqlarının maddi təminatı üçün əlavə köməklik göstərmir, buna görə də məcbur qalıb uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərin ödənilməsi barədə məhkəməyə müraciət edir. Hazırda 400 manat məbləğində aliment uşaqların təminatı üçün yetərli deyildir. Cavabdeh müəyyən edilmiş aliment məbləğindən başqa xəstə uşaqların saxlanmasında əlavə heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. O, uşaqları ilə birlikdə valideynlərinin darısqal evində yaşayır. Hazırda mövcud olan qanunun tələbinə görə uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərin bölüşdürülməsi ilə əlaqədar ilkin olaraq Mediasiya Xidmətinə müraciət etmişdir. Mediasiya Xidmətində onun tələbi ilə əlaqədar cavabdehlə razılaşma əldə edilməmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 10:30-11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə bu barədə arayış tərtib edilmişdir. Uşaqların xəstəliyi ilə bağlı “Bakı Baş Səhiyyə Mərkəzi” X20 tərəfindən təqdim olunmuş tibbi arayışdan da uşaqların bir sıra xəstəliklərin daşıyıcısı kimi mütəmadi olaraq müalicə olunmaları göstəriş və həmçinin əməliyyat olunmalarının məsləhət olunduğu qeyd olunur. Bütün bunları etmək onun imkanı xaricindədir. O özü işləmir və valideynlərinin təqaüdü ilə birtəhər dolanır. İşsizlik və istehlak qiymətlərinin artımı onun və uşaqlarının maddi vəziyyətini kəskin şədildə pisləşdirmişdir. Cavabdeh isə bir hərbçi kimi yüksək əmək haqqı alır və eyni zamanda sahibkarlıq fəaliyyətindən də kifayət qədər gəlir əldə edir. Hesab edir ki, cavabdeh uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərə cəlb edilməlidir, hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat əlavə xərc ödəməlidir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh əmək haqqı məhkəməyə bildirdiyi 936 manatdan çoxdur. Hesab edir ki, uşaqların müalicəsi ilə əlaqədar cavabdehin əmək haqqından tələb edilən məbləğdə əlavə xərc tutulmalıdır. Belə ki, ödənilən aliment uşaqların təlabatlarını ödəməyə kifayət etmir. Onlar məcbur olub əlavə xərclər çəkərək uşaqlara dəftər, qələm və s. almalı olurlar ki, bu da iddiaçı üçün əlavə maddi yük deməkdir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, hərbçidir və döyüş bölgəsində olur. Hər ay onun əmək haqqından və digər gəlirlərindən 1/3 hissədə, eyni zamanda əlavə olaraq hər ay hər uşağa 50 manat olmaqla 100 manat sabit pul məbləğində aliment tutulur. Bundan başqa onun himayəsində arvadı və azyaşlı uşağı da var ki, onlara da o özü tək baxır. İddiaçı ilə birgə nikahından doğulmuş uşaqların ciddi xəstəlikləri yoxdur.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh onun oğludur. Oğlu Cavabdeh təcrübəli və savadlı hərbçidir. Belə ki, o, raket hücumuna qarşı müdafiə mütəxəssisidir və İsraildə kurs keçmişdir. Təxminən bir ilə yaxındır ki, döyüş bölgəsində olduğu üçün ona verilən əmək haqqı məbləği iki dəfə artıq hesablanır. Uşaqlar üçün ödənilən aliment əmək haqqından tutulduğu üçün alimentin miqdarı da avtomatik olaraq artır. Yalnız cari il üçün arayış ala bildiyindən 2023-cü il üçün əmək haqqı barədə arayışı təqdim edə bilmişdir. Əgər məhkəmə tərəfindən vaxt verilərsə, əvvəlki aylar üçün də əmək haqqı barədə arayış təqdim edə bilər. Təqdim edilən arayışdan görünür ki, bu ilin ilk üç ayı ərzində cavabdehin əmək haqqından 2589.4 manat aliment tutulmuşdur. Əlavə olaraq qeyd etdi ki, uşaqlarda hər hansı ağır xəstəlik yoxdur və bu hal ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Hər bir halda oğlunun ödədiyi aliment uşaqların bütün lazımi xərclərini ödəmək üçün artıqlaması ilə kifayət edir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.

İş materialları.

6. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 929706 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X15 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1503 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 257165 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 191 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 1276/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. “Bakı Baş Səhiyyə Mərkəzi” X20 30 saylı ambulatoriya tərəfindən təqdim olunmuş tibbi arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 qastrit diaqnozu qoyulmuş, uşağın mütəmadi olaraq müayinə və müalicə aldığı qeyd edilmişdir.

10. “Bakı Baş Səhiyyə Mərkəzi” X20 30 saylı ambulatoriya tərəfindən təqdim olunmuş tibbi arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 bronxit diaqnozu qoyumuş, uşağın mütəmadi olaraq müayinə və müalicə aldığı qeyd edilmişdir.

11. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********36 saylı arayışdan görünür ki, İddiaçı aid əmək müqaviləsi aşkar edilməmişdir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 17/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2012-ci il təvəllüdlü X8 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən onda “Kəskin qastrit və kəskin bronxit. Hər iki gözdə refraksion dəqiqləşdirilməmiş pozğunluq” kimi xəstəliklərin olduğu qeyd edilmiş, qeyd olunan xəstəliklərin xroniki gedişli olub, bununla əlaqədar onun həkim nəzarətində olmasına ehtiyac olduğu və lazım gəldikdə adekvat müayinə və müalicəyə cəlb oluna biləcəyi qeyd edilmişdir. Uşaqda digər hər hansı bir ağır xəstəliklər müəyyən edilməmişdir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 17.1/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2014-cü il təvəllüdlü X6 “Hər iki gözdə miopiya. Xroniki tonzillit” kimi xəstəliklərin olduğu qeyd edilmiş, qeyd olunan xəstəliklərin xroniki gedişli olub, bununla əlaqədar onun həkim nəzarətində olmasına ehtiyac olduğu və lazım gəldikdə adekvat müayinə və müalicəyə cəlb oluna biləcəyi qeyd edilmişdir. Uşaqda digər hər hansı bir ağır xəstəliklər müəyyən edilməmişdir.

14. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 62 nömrəli arayışdan görünür ki, N saylı hərbi hissədə xidmət edən mayor Cavabdeh 2023-cü ilin yanvar, fevral, mart aylarında ümumi olaraq 2589.40 manat aliment ödəmişdir. Yanvar ayı - 698.04 manat, fevral ayı - 1098 manat, mart ayı - 739.36 manat.

Ekspertin izahatı.

15. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X21 komisiyon ekspertizalar şəbəsinin rəisi və məhkəmə tibb eksperti X10 verilmiş ekspert rəyi üzrə izahat verərək bildirdi ki, xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X2 ekspertizalar şöbəsində müayinə olunmuş, uşaqların adına tərtib edilmiş tibbi sənədlərə və uşaqların məhkəmə-tibbi ekspertizası müayinəsinə əsasən onlarda hər hansı ciddi və ağır xəstəliklər aşkar olunmamışdır. Tərtib edilmiş ekspert rəylərinin nəticə hissələrində qeyd olunan xəstəliklər tez-tez rast gəlinən, müalicəyə tabe olan bronxit, qastrit kimi xəstəliklərdir ki, bu xəstəliklər əgər düzgün müalicə edilərsə, tam sağalan xəstəliklərdəndir. Hər iki rəyin nəticə hissəsində “Uşaqda digər hər hansı bir ağır xəstəliklər müəyyən edilmədi” qeydi ümumiyyətlə uşaqlarda hər hansı bir ağır xəstəliklərin müəyyən edilməməsi kimi başa düşülməlidir.

İşin faktiki halları.

16. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 doğulmuşdur.

17. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların analarının yanında qalmaları müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1276/2019 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa görə 50 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.

18. Hazırda İddiaçı iddia edir ki, uşaqların xəstəliklərinin müayinə və müalicəsi ilə əlaqədar alimentdən əlavə xərcə ehtiyac olduğundan cavabdehdən hər ay hər uşağa görə 100 manat məbləğində əlavə xərc tutulmalıdır. Cavabdeh isə uşaqlarda ağır xəstəlik olmadığını, ondan yüksək məbləğdə aliment tutulduğunu və bu alimentin uşaqların bütün xərclərini qarşılamağa kifayət etdiyini bildirərək iddianı qəbul etməmişdir.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.

Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

22. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

24. Ailə qanunvericiliyinin yuxarıda istinad edilmiş normalarından görünür ki, valideyn uşaq üçün əlavə xərclərin ödənilməsinə o halda cəlb edilir ki, uşaq ağır xəstə və ya əlilliyi müəyyən edilmiş olsun, bu vəziyyətinə görə ona kənar xidmətlərin göstərilməsi zəruri olsun. Yəni uşağın xəstəliyi və ya əlilliyi ilə əlaqədar onun saxlanılması adi saxlanma xərclərindən (alimentdən) əlavə xərc tələb etsin ki, bu xərclərin qarşılanması üçün uşağı yanında saxlayan valideyn digər valideyndən müəyyən vəsait tələb etməli olsun.

25. Hazırkı işdən görünür ki, İddiaçı Cavabdehla birgə nikahından doğulmuş hər iki uşağın uzunmüddətli xəstəlikdən əziyyət çəkdiyini, davamlı müalicə aldığını, müalicənin kifayət qədər yüksək məbləğdə xərc tələb etdiyini iddia edərək cavabdehin bu xərclərə cəlb edilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, uşaqlarda heç bir ağır xəstəlik olmadığını iddia etmişdir.

26. İddia tələbinin əsasını təşkil edən halın – uşaqlarda hər hansı ağır xəstəlik olmasının – müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X17 Komisyon ekspertizalar şöbəsində hər iki uşaq məhkəmə-tibbi ekspertlərin müayinəsindən keçmiş, hər iki uşağa münasibətdə ekspert rəyi verilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X9 verilmiş rəydə uşaqda “Kəskin qastrit və kəskin bronxit. Hər iki gözdə refraksion dəqiqləşdirilməmiş pozğunluq” kimi xəstəliklərin olduğu, qeyd olunan xəstəliklərin xroniki gedişli olduğu, bununla əlaqədar həkim nəzarətində olmağa ehtiyac olduğu və lazım gəldikdə adekvat müayinə və müalicəyə cəlb oluna biləcəyi, uşaqda digər hər hansı ağır xəstəliklərin müəyyən edilmədiyi qeyd edilmişdir. xx.xx.2014-cü il təvəllüdlü X7 verilmiş rəydə uşaqda “Hər iki gözdə miopiya. Xroniki tonzillit” kimi xəstəliklərin olduğu, qeyd olunan xəstəliklərin xroniki gedişli olduğu, bununla əlaqədar həkim nəzarətində olmağa ehtiyac olduğu və lazım gəldikdə adekvat müayinə və müalicəyə cəlb oluna biləcəyi, uşaqda digər hər hansı ağır xəstəliklər müəyyən edilmədiyi qeyd edilmişdir.

27. Məhkəmə iclasında müvafiq ekspertiza tədqiqatını aparmış Komisyon ekspertizalar şöbəsinin rəisinin verilmiş rəylə bağlı izahatı dinlənilmiş, ekspert hər iki uşağın tibbi müayinədən keçirildiyini, onların adlarına tərtib edilmiş tibbi sənədlərə baxıldığını və uşaqların heç birində hər hansı ciddi və ağır xəstəliklərin aşkar edilmədiyini, uşaqlarda olan qastrit, bronxit kimi xəstəliklərin tez-tez rast gəlinən və müalicəyə tabe olan xəstəliklər olduğunu, rəydə “Uşaqda digər hər hansı bir ağır xəstəliklər müəyyən edilmədi” yazılarkən uşaqlarda heç bir ağır xəstəliyin müəyyən edilmədiyinin nəzərdə tutulduğunu bildirmişdir.

28. Belə olan halda məhkəmə hesab edir ki, uşaqların heç birində cavabdehdən əlavə xərc tutulmasını zəruri edəcək ağır xəstəlik və ya əlillik yoxdur. Belə ki, iddiaçı bu barədə iddiasını təsdiq edən dəlil kimi məhkəməyə “Bakı Baş Səhiyyə Mərkəzi” X20 30 saylı ambulatoriya tərəfindən təqdim olunmuş tibbi arayışları təqdim etmişdir ki, həmin arayışlarda uşaqlardan birinə kəskin qastrit, digərinə isə kəskin bronxit diaqnozu qoyulduğu, onların mütəmadi müalicə və müayinəyə ehtiyacı olduğu qeyd edilmişdir.

29. Məhkəmə qeyd edir ki, uşaqlarda hansısa xəstəlik olması, bu xəstəliyə görə onların mütəmadi müalicə və müayinəyə ehtiyaclarının olması təklikdə digər valideynin əlavə xərcə cəlb edilməsi üçün əsas təşkil etmir. Ona görə ki, uşaqların saxlanılması üçün tutulan aliment həm də uşaqların ümumi sağlamlıq qayğılarının çəkilməsinə, səhhətləri ilə bağlı adi xərclərinin qarşılanmasına yönəlir. Xüsusən bu iş üzrə tərəflərin birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin kifayət qədər yüksək məbləğdə olduğu nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan cavabdehin iş yerindən arayışdan görünür ki, Cavabdeh təkcə 2023-cü ilin ilk üç ayı üçün 2589.4 manat məbləğində aliment ödəmişdir. Cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 220 manat məbləğində olduğu nəzərə alınsa, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün ödənilən alimentin yaşayış minimumundan təxminən iki dəfəyə yaxın çox olduğu müəyyən olunur. Bu vəziyyətdə cavabdehin uşaqların saxlanılması üçün ödədiyi aliment uşaqların adi sağlamlıq xərclərini qarşılamağa kifayət etməlidir.

30. Buna baxmayaraq məhkəmə iclasında iddianı müdafiə edən iddiaçının nümayəndəsi cavabdehdən tutulan alimentin uşaqların “dəftər-qələm” xərclərini qarşılmadığını bildirmiş, cavabdehin əlavə xərclərə cəlb edilməsinin həm də bu səbəbdən zəruri olduğunu iddia etmişdir. Məhkəmə qeyd edir ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakının əsasları Ailə Məcəlləsinin 81-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədən görünür ki, valideynlər uşaqlar üçün əlavə xərclərə yalnız onların sağlamlığı ilə bağlı müstəsna xərclərin qarşılanması üçün cəlb edilir. Bu baxımdan uşaqların “dəftər-qələm” xərclərinin qarşılanması üçün cavabdehin əlavə xərclərə cəlb edilməsi istisna edilir. Belə ki, bu xərclər uşaqların saxlanılması üçün ödənilən aliment hesabına qarşılanmalı, istənilən halda uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğu unudulmamalıdır.

31. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd edir ki, iddiaçı cavabdehdən yalnız o halda alimentdən əlavə xərc tələb edə bilər ki, uşaqlarda olan hansısa ağır xəstəlik(lər)ə görə çəkilən xərclər onların sağlamlıqları ilə bağlı adi qayğılar üçün çəkilən xərclərin dairəsindən kənara çıxsın, həmin xəstəliyə bağlı olaraq uşağın saxlanılması, yaxud xəstəliyin müalicəsi müstəsna xərc tələb etsin. Hazırkı işdə isə bu halların heç biri müəyyən edilməmişdir. Əksinə, iş üzrə verilmiş ekspert rəyində uşaqların həkim nəzarətində olmalı olduğu, lazım gələrsə müayinə və müalicəyə cəlb oluna biləcəkləri, digər bir ağır xəstəlikləri olmadığı qeyd edilmişdir. Məhkəmə iclasında verilmiş rəylə bağlı izahatı dinlənilən ekspert də uşaqlarda heç bir ağır xəstəlik olmadığını bir daha təsdiqləmişdir.

32. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlara görə cavabdehin əlavə xərclərə cəlb edilməsinə dair iddia əsassızdır və təmin edilməməlidir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiаçı İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dаir iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar