Məhkəmə qərarları › İş №2(010)-1549/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1549/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1549/2021 04.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh xx xxxxxx 2010cu il təvəllüdlü X3 və xx xxxxx 2014-cü il təvəllüdlü X1 üçün sabit məbləğdə hər ay 500 manat və onun (İddiaçı) saxlanılması üçün sabit məbləğdə hər ay 200 manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat məbləğində alimentin tutulmasına dair məhkəmə aktının qəbul edilməsini, tələb edilən 700 manat məbləğində alimentin cavabdehin əmək haqqısına yönəldilərək hər ay onun əmək haqqısından tutulmasının təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. 11 ildən artıq vaxtda o, cavabdehlə birgə nikahda olmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, bir-birlərini başa düşmüş, aralarında heç bir narazılıq olmamışdır. Son ildə ailə münasibətləri tədricən soyuyaraq aralarında olan nikah əlaqəsi faktiki olaraq dörd aydır tam kəsilib. Bu vaxtdan birgə yaşamır, təsərrüfat idarə etmirlər və ayrı yaşayırlar. Lakin heç biri nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdir. Birgə nikahları dövründə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Hazırda azyaşlı uşaqları onun yanında qalır. Bu barədə həyat yoldaşı ilə heç bir mübahisələri yoxdur. Həyat yoldaşı ilə münasibətləri pozulduğundan hazırda onunla uşaqların və onun maddi saxlanılması barədə razılaşma əldə etməmişdir. Hesab edir ki, həyat yoldaşı Cavabdeh övladının və onun xeyrinə aliment tutulmalıdı. Səbəbi odur ki, o, ilk öncə övladlarının gələcəyini və mənafeyini ana kimi müdafiə etməli, onların sağlam mühitdə, maddi cəhətdən tam təminatlı şəraitdə böyüyüb inkişaf etmələrini təmin etməlidir. O, gənc anadır, maddi vəziyyəti yaxşı deyil, işləmir və aylıq sabit maaşı yoxdur. Uşaqları və özünü maddi cəhətdən saxlamaqda çətinlik çəkir. O, işləməyib uşaqlara qulluq etməklə məşğul olduğundan, onun əmək fəaliyyəti, sabit maaşı olmadığından və maddi çətinlik çəkdiyindən ona da aliment ödənilməlidir. Cavabdeh SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı avtomobil dəstəsində sürücü vəzifəsində çalışır və hər ay sabit şəkildə 1068 manat maaş əldə edir. Valideyn kimi o, övladlarının sağlam mühitdə, maddi cəhətdən tam təminatlı şəraitdə böyüyüb inkişaf etmələrini təmin etməlidir. Bu, eyni zamanda onun vəzifəsidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, yoldaşı “SOCAR”da avtomobil sürücüsü işləyir və 1000 manatdan çox maaş alır. Bundan başqa, onun aylıq gəlir götürdüyü obyekti də var. Uşaqların saxlanılması üçün hər ay 700 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib məhkəməyə ərizə verərək bildirdi ki, o, tələb edilən 700 manat alimentin hər ay maaşından tutulmasına etiraz etmir. Əlavə etdi ki, uşaqlarını görə bildiyi təqdirdə onların saxlanılması üçün hər ay 700 manat məbləğində aliment ödəyə bilər. Odur ki, iddianın təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 528023 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X5 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2713 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Bağırova soyadı verilmişdir. AZE seriyalı, 11192446 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. AZE seriyalı, 11192495 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 14 nömrəli arayışdan görünür ki, Cavabdeh 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı avtomobil dəstəsində avtomobil sürücüsü işləyir və aylıq vəzifə maaşı 1068 manat təşkil edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından iki uşaq xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Yetkinlik yaşına çatmayan həmin uşaqlar hazırda analarının himayəsindədir və tərəflər arasında olan nikah pozulmamışdır. Hazırda iddiaçı məhkəmədən cavabdehlə birgə nikahlarından doğulmuş uşaqların yaşına çatana qədər saxlanılmaları üçün cəmi 500 manat, eləcə də özünün saxlanılması üçün 200 manat olmaqla, cəmi 700 manat məbləğində alimentin cavabdehin aylıq maaşından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul edərək iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaya etiraz etmədiyini bildirməsi və bununla bağlı məhkəməyə ərizə verməsi iddianın etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissədə, yəni tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Eləcə də etiraf edilən aliment məbləği həm uşaqların, həm də iddiaçının saxlanılmasını təmin edəcək miqdarda olduğundan uşaqların da mənafeyinə uyğundur. Ona görə də etiraf qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddia təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 və İddiaçı saxlanılmaları üçünCavabdeh hər ay qazancı və (və ya) başqa gəlirlərindən 700 manat məbləğində aliment İddiaçı xeyrinə tutulmаlı, alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən etibarən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Belə ki, Ailə Məcəlləsininn 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4 və İddiaçı saxlanılmaları üçün Cavabdeh hər ay qazancı və (və ya) başqa gəlirlərindən 700 manat məbləğində aliment xx.xx.2021-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçı xeyrinə tutulsun. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar