Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1554/2021 09.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Şahvələdova (Şükürova) Ayşən Alı qızına qarşı “aliment" tələbinə dair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment" tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olmuş oğlu xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə rəsmi nikah bağlamış və birgə nikahdan üç övladı - xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. İddiaçı bildirdi ki, cavabdeh yüngül həyat tərzi keçirməklə, ona xəyanət edərək nüfuzuna xələl gətirmişdir, bu səbəblə də o, məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı nikahı ləğv etdirmişdir. İddiaçı qeyd etdi ki, məhkəmənin qərarı ilə tərəflər arasında nikah pozulmuş və xx.xx.2009-cu il təvəllüdlü X5 onun himayəsinə verilmiş, X3 və X7 isə anası Cavabdeh himayəsində qalmış və hər uşağa 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması müəyyən edilmişdir. Bundan sonra, tərəflərin birgə nikahdan anadan olmuş uşağı X5 onun himayəsində olduğundan o, alimentin miqdarının azaldılması ilə bağlı Qazax rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat, ümumilikdə 160 manat təyin edilmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdehin ona qarşı aliment miqdarının hər uşaq üçün 170 manat məbləğində artırılması tələbinə dair iddiası Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-5284/2020 saylı qətnaməsi ilə təmin olunmamışdır. Suraxanı rayon məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2641/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin müvafiq qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılaraq hər uşağın saxlanılması üçün ondan 100 manat sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. İddiaçı qeyd etdi ki, uşaqların saxlanılması üçün o, cavabdehə aliment ödəyir. Alimentdən əlavə o, uşaqlarının qayğısına qalır və onların hazırlıq və idman pullarını ödəyir, cavabdeh isə onun yanında qalan övladı X5 ilə maraqlanmır, onun saxlanilmasına heç bir köməklik göstərmir. İddiaçı bildirdi ki, cavabdeh işləyir, yüksək gəliri var, özünə maşın və ev almışdır, gəliri onun gəlirindən çoxdur. İddiaçı hesab edir ki, uşağın saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan övladları X1 üçün hər ay cavabdehdən 170 manat miqdarında aliment tutulmalıdır. Hazırda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, özü kirayədə yaşayır və salonda işçi kimi işləyir, idarə etdiyi avtomaşın isə qardaşına məxsusdur və qardaşı ona həmin avtomaşınla uşaqları aparıb-gətirməyə icazə vermişdir. Odur ki, o, iddianın təmin edilməsinə etiraz edir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: - Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X5 xx.xx.2009-cu il tarixdə doğulmuş və valideynləri İddiaçı və X6r. - Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı ilə X9 arasında nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. - Suraxanı rayon Məhkəməsinin 2(010)-5284/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(010)-2194/2018 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 atasının himayəsinə verilmiş, X3, X7 isə anasının himayəsində qalmış və hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bundan sonra uşaqlardan biri iddiaçıda olduğu üçün o, aliment miqdarının azaldılması ilə bağlı Qazax rayon Məhkəməsinə müraciət etmiş və alimentin miqdarı azaldılaraq hər uşağa görə 80 manat, ümumilikdə 160 manat təyin edilmişdir. - Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-5284/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "alimentin miqdarının artırılması" (170 manat miqdarında müəyyən edilməsi) tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2641/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-5284/2020 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılaraq hər uşağın saxlanılması üçün ondan 100 manat sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin üç övladının olması, övladları X3 və X4 analarının yanında qalması, X2 atasının yanında qalması, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 80 manat, ümumilikdə 160 manat alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Eləcə də, AR AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçı yeni iddia vermək yolu ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirməyi və ya aliment ödəməkdən azad edilməyi tələb etməmişdir. İddiaçı öz izahatında cavabdehin maddi vəziyyətinin ondan daha üstün olmasını bildirsə də, buna dair sübutlar təqdim etməmişdir. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AR AM) 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanılması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AR AM-in 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. AR AM-in 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını müəyyən etmişdir. Lakin, bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. AR AM-in 78.3-cü maddəsi rəhbər tutularaq, İddiaçı cavabdehin xeyrinə alimentin tutulmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutsa da, Qazax rayon məhkəməsinin İddiaçı maddi vəziyyətini və tərəflərin birgə nikahlarından olan X2 atasının himayəsində olmasını əsas götürərək Cavabdeh xeyrinə tutulan alimentin miqdarını ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan aşağı məbləğdə (hər uşağa görə 80 manat) təyin etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, aliment tələbinə uşağın haqlı mənafeyi ilə bağlı olduğu üçün 1 ay müddətində baxılmalı olması zərurətini və eləcə də, aliment ödəmələrinin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, qüvvədə olan qanunvericiliklə tərəfin yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etmək imkanını nəzərə alaraq məhkəmə digər aidiyyəti iş həll edilənədək cari mübahisə üzrə icraatı dayandırmamış və işə mahiyyəti üzrə baxmışdır. AR MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Şahvələdova (Şükürova) Ayşən Alı qızına qarşı “aliment" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1554/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1554/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver