Məhkəmə qərarları › İş №2(010)-1597/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1597/2021

10.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1597/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Kreditor ünvan 1 ünvanında yerləşən Kreditor MMC-nin borclu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5, mənzil 6 ünvanında qeydiyyatda olan, xx.xx.1993-cü ildə Gürcüstan Respublikasında doğulmuş X2 qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinə baxaraq, Müəyyən Etdim: Kreditor «Kreditor MMC borclu X2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş və hazırda ünvan 3 ünvanında qeydiyyatda olan borclu X1 1400 mant məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1420 manat pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən «Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər». Qanunvericiliyin qeyd olunan müddəasına əsasən əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən əlavə sübutlar cəlb edilib tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditorun tələbinin tam əsaslılığı ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün tam aşkar olması başa düşülməlidir. Kreditor MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tələb tam təsdiq olunmur. Belə ki, kreditorun məhkəmə əmrinin verilməsinə dair elektron ərizəsinə əlavə edilmiş müqaviləyə əsasən borcluya məişət avadanlığının verildiyi öz əksini tapsa da həmin məişət avadanlığının təhvil-təslim aktı və pritenziya məktubu ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 279.2.2.-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3, və 279.4-cü maddələrinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz», «Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 279, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq, Qərara Aldım: Kreditor MMC borclu X2 qarşı məhkəmə əmrinin verilməsi tələbinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar