Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1636/2024 16.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh* qarşı “aliment” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi *. İddiaçı Cavabdeh* qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* uşaqlarına, hər uşağa olmaqla, cəmi 470 manat alimentin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə *53. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina *53.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. *53.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. *53.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır.
4. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflər arasında alimentin müəyyən olunması barədə mediasiya prosesində barışıq sazişi qəbul edilmişdir. Hazırki iş üzrə cavabdeh barışıq sazişinə əməl etməyərək aliment ödəmədiyi üçün iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, tərəflər arasında qüvvədə olan barışıq sazişi olduğu üçün məhkəmə tərəfindən həmin tələbə yenidən baxıla bilməz. Odur ki, iddiaçı “aliment” tələbi ilə deyil, “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etməlidir.
5. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *53, 263-264, 266-268, maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdeh* qarşı “aliment” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.