Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1640/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı ölən günədək hər ay 500 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, el adət-ənənəsi ilə X4 ilə 1982-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh dünyaya gəlmişdir. O, artıq çox yaşlanmışdır. Yaşı ilə əlaqədar tez-tez xəstələnir və bu səbəbdən daimi olaraq işləyə bilmir. Bundan əlavə yaşının çox olması və həqiqətən də ağır fiziki işlər görə bilməməsi səbəbindən tez yorulur və bu səbəbdən də onu heç kim işə qəbul etmir. Övladı Cavabdeh işləyib yaxşı əmək haqqı almasına baxmayaraq, onunla heç maraqlanmır və ümumiyyətlə ona heç bir maddi yardım göstərmir. Belə ki, o, orta yük daşıma şirkətində işləməklə iş saatlarına uyğun olaraq hər ay 1000-1700 manat arasında əmək haqqı alır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona 300 (üç yüz) manat məbləğində alimentin ödənilməsinə etiraz etmədiyini və məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
4. Məhkəmə hazırlıq iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, iddianı qismən qəbul edir və ayda 300 (üç yüz) manat məbləğində aliment ödəməyə etiraz etmir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları.
6. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş, İİ – JQ seriyalı, 337262 nömrəli boşanma haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 və İddiaçı arasında olan nikah pozulmuş, bu barədə xx.xx.1999-cu il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeyd edilmişdir
7. Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş, 16 – JQ seriyalı, 381113 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh (atası X5, anası İddiaçı) xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.1991-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında 797 nömrə ilə qeyd edilmişdir.
8. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəsifəsində işləyir və əmək haqqı 613 manat məbləğindədir.
İşin faktiki halları.
9. İddiaçı və X2 birgə nikahından xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh doğulmuşdur.
10. Cavabdeh sürücü işləyir və əmək haqqı 613 manat məbləğindədir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi. 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Cavabdeh valideynidir. Maddi yardıma ehtiyacı olduğunu iddia edən iddiaçı, cavabdeh oğlundan ölən günədək hər ay 300 manat sabit pul məbləğində aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir.
14. Öz növbəsində Cavabdeh iddianı qismən qəbul etmiş, valideyninin maddi yardıma ehtiyacları olduğunu, ona maddi yardım göstərməyə bir övlad kimi borclu olduğunu, tələb edilən alimenti ödəməyə maddi imkanı çatmadığı üçün hər ay 300 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Bu səbəbdən cavabdeh iddianın etiraf edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir.
15. Yuxarıda istinad edilmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
16. Məhkəmə, iddiaçının cavabdehin valideyni olduğunu, onun maddi yardıma ehtiyacı olmasını cavabdehin qismən qəbul etdiyini, həmçinin cavabdehin iddiaçının tələb etdikləri alimenti qismən ödəməyə aylıq gəlirinin kifayət etdiyini və bu gəlirin nədən ibarət olduğunu göstərdiyini, dolayısı ilə cavabdeh tərəfindən edilmiş etirafın yalnız bu iş üzrə tərəflərlə əlaqəli olduğunu, üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını, eləcə də qanuna zidd olmadığını nəzərə alaraq etirafı qəbul edir.
17. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
18. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə uyğun olaraq alimentin tutulmasına bu iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən başlanmalıdır.
Məhkəmə xərcləri.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
21. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
22. Belə olan halda hazırkı iş üzrə iddianın qiymətinin 56 manat (300x12=3600 manat) təşkil etdiyini nəzərə alaraq, cavabdehdən ödənilmiş 50 manat mediasiya xərci tutularaq iddiaçıya, ödənilməmiş 6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixindən hesablanmaqla, hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ödənilmiş 50 manat mediasiya xərci tutularaq iddiaçıya, ödənilməmiş 6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməlidir.
24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixindən hesablanmaqla, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci tutularaq Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 06 (altı) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva