Məhkəmə qərarları › İş №2(010)-1691/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1691/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1691/2020 14.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi ilə, iddiaçı «Xəzər İnşaat XXİ Əsr» Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankına və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri üzrə Ərazi İdarəsinə “mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair DƏDRX-nin Dövlət Reyestrindən çıxarışın və texniki pasportun ləğvi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Xəzər İnşaat XXİ Əsr» Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankına və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri üzrə Ərazi İdarəsinə “mənzilin bloşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair DƏDRX-nin Dövlət Reyestrindən çıxarışın və texniki pasportun ləğvi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş üzrə xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, iddiaçı «Xəzər İnşaat XXİ Əsr» Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə poçt vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyətiüzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı «Xəzər İnşaat XXİ Əsr» Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədəərizəsi təmin edilməli və həmin ərizə əsasında “payın dəyərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «Xəzər İnşaat XXİ Əsr» Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı «Xəzər İnşaat XXİ Əsr» Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankına və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri üzrə Ərazi İdarəsinə “mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair DƏDRX-nin Dövlət Reyestrindən çıxarışın və texniki pasportun ləğvi” tələbi barədəbarədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar