Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1694/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəsbəsi 5 ünvanında yerləşəm yaşayış evindən cavabdehə məxsus Divan –künc -1 ədədə, Mətbəx mebeli -1 ədəd, Paltar yuyan maşın -1 ədəd, Yorğan -Döşək -2 ədəd, Hekə (suvinir )- 1 ədəd, Şkaf qabqacaq üçün - 1 ədəd, Pərdə- 4 ədəd, Uşaq yataq dəsti- 1 ədədə, Gül qabı -1 ədəd, Divar saatı- 1 ədəd, Lüstr -1 ədəd, Meyvə qabı- 1 ədəd, Dibçək- 1 ədəd, Nahar dəsti – 1 ədəd, Su qrafinkası -1 ədəd, Xörək dəsti – 1 ədəd Tefal çaynik- 1 ədəd, Tava- lədəd, Qrafinka-1 ədəd, Sok çəkən- 1 ədəd, Daş qazan- lədəd Çörək qabı- 1 ədəd, Tava - balaca- 1 ədəd, Su aparatı -1 ədəd, Ləpə doğrayan – 1 ədəd , Çay dəsti-1 ədəd, Çemodan- 1 ədəd, Xonça- 1 ədəd, Termos -1 ədəd, Balış -2 ədəd, Əl dəsmalı- 4 ədəd, Can dəsmalı- 2 ədəd, Duxovka - 1 ədəd, Gül səbəti- 1 ədəd, Ləyən (aliminum)- 2 ədəd, 3 kq. Şüşə qab-25 ədəd, 0.7 kq. Şuşə qab-30 ədəd, Ləyən, şirəli – 1 ədəd, Sürməli şkaf- 1 ədəd, Stol -1 ədəd, Stul - 4 ədəp doğrayan - 1 ədəd əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi 5 saylı ev onun xususi mülkiyyətindədir və bu barədə ona AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Reyestr Xidməti tərəfidən ********** qeydiyyat nömrəsi xx.xx.2021-ci ildə Çıxarış verilmişdir. Onun övladı X19 xx.xx.2008-ci ildə X11 ilə nikaha daxil olmuş və onların birgə nikahından iki övladları olmuşdur xx.xx.2014-cü ildə X8 və X12 anadan olmuşdur. Övladı evləndikdən sonra ilk vaxtlar onun ünvanında yaşamış və cavabdehi də o, öz yaşadığı evə qeydiyyata götüzdürmüşdür. Lakin onun evi darısqal olduğu üçün, o zaman övladının ailəsinin yaşamaları üçün onun xususi mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi 5 saylı evdə yaşamalarına icazə vermişdir. Həmçinin cavabdeh X16 özünə məxsus cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Lakin sonradan onların arasında münasibətlər kəskinləşmiş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsini e-2 (005)- 653/2024 saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə nikah pozulmuş və X11 birgə nikahdan olmuş ik övladını götürərək evdən çıxmışdır. X18 evdən çıxmasına baxmayaraq, ona məxsus əşyaları onun evində qalmışdır. Bir neçə dəfə cavabdehə ismarıc göndərərək ona məxsus əşyalarını evdən çıxarılmasını xahiş etməsinə baxmayaraq, cavabdeh onun xahişinə əhəmiyyət verməmişdir. Ona görə hesab edir ki, cavabdeh bir halda kı, onun oğlu ilə nikah münasibətlərinə xitam vermiş və köçüb başqa ünvana getdiyi üçün, onun xususi mülkiyyətində qalmış əşyalarını çıxarmalıdır. Evdə olan əşyaların siyahısını tərtib etmişdir və hesab edir ki, aşağıdakı əşyaları cavabdeh onun evindən çıxarmalıdır. Cavabdeh X5 onun xususi mülkiyyətində olan evdə aşağıdakı əşyaları vardır: Divan -künc- 1 ədədə, Mətbəx mebeli -1 ədəd, Paltar yuyan maşın -1 ədəd, Yorğan -Döşək - 2 ədəd, Hekə (suvinir )- 1 ədəd, Şkaf qabqacaq üçün - 1 ədəd, Pərdə- 4 ədəd, Uşaq yataq dəsti- 1 ədədə, Gül qabı -1 ədəd, Divar saatı- 1 ədəd , Lüstr -1 ədəd, Meyvə qabı- 1 ədəd, Dibçək- 1 ədəd, Nahar dəsti – 1 ədəd, Su qrafinkası -1 ədəd, Xörək dəsti – 1 ədəd Tefal çaynik1 ədəd, Tava- lədəd, Qrafinka-1 ədəd, Sok çəkən- 1 ədəd, Daş qazan- lədəd Çörək qabı- 1 ədəd, Tava - balaca- l ədəd, Su aparatı -1 ədəd, Ləpə doğrayan – 1 ədəd ,Çay dəsti-1 ədəd, Çemodan- 1 ədəd , Xonça- 1 ədəd, Termos -1 ədəd, Balış -2 ədəd, Əl dəsmalı- 4 ədəd, Can dəsmalı- 2 ədəd, Duxovka - l ədəd, Gül səbəti- 1 ədəd, Ləyən (aliminum)- 2 ədəd , 3 kq. Şüşə qab- 25 ədəd, 0.7 kq. Şuşə qab- 30 ədəd, Ləyən, şirəli – 1 ədəd , Sürməli şkaf – 1 ədəd, Stol-1 ədəd, Stul -4 ədəd, doğrayan -1 əd. Hesab edir ki, mənzildə (evin otağında) əşyalar cavabadeh X6 məxsus olmuş və hazırda tam yararsız vəziyyətdə olan əşyalarını çıxarılmalıdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatına əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd olunan əşyaların hamısını cavabdeh gəlin köçəndə gətirib. Odur ki, məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları.
5. AR Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. X19, X13, X8, X9, X14, X20, X1 qeydiyyatda olan digər şəxslərdir.
6. AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X23 **********14-10301 qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 5 ünvanında yerləşən və ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
7. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 653/2024 saylı qətnaməsindən görünür ki, X19 ilə X14 arasında xx.xx.2008-ci ildə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 2008 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 (anaları) İsmayılova (Allahverdiyeva) Kəmalə Əli qızının yanında saxlanılmış və cavabdeh X10 xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul miqdarında alimentin X4 xeyrinə tutulmuşdur.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5079/2025 saylı qərarından görünür ki, Üçüncü şəxslər- X4 və onun övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilmişdir.
İşin faktiki halları.
9. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 5 ünvanında yerləşən və ümumi sahəsi 109.0 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçının oğlu ilə cavabdeh xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar, onların nikahları xx.xx.2024-cü ildə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı tələbində ona əsaslanır ki, ev onun mülkiyyətində olmasına baxmayaraq keçmiş gəlini qeyd edilən evdə özünə məxsus əşyalarını saxlamaqda davam edir. Tələbin hüquqi əsasını mülkiyyət hüququ təşkil edir. Cavabdeh tərəfindən iddiaya etiraz və ya mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ – Əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə , onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ: 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
12.Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı. Qərarda qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
13. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
14. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
16. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk öncə cavabdehin iddianın obyekti olan mənzilə istifadə hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. X4 qızının mübahisəli mənzilə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi. Cavabdeh iddiaçının oğlunun həyat yoldaşı olub, onlar 2008-ci ildə nikaha daxil olmuşlar. Deməli, tərəflərin münasibətləri 2008-ci ildən yaranıb, 2024-cü ildə nikahın pozulması ilə tərəflərin münasibətləri də pozulub. Məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli evə iddiaçının mülkiyyət hüququ 2021-ci ildə qeydə alınıb, iddiaçının da həmin evə münasibətdə istifadə hüququnun həmin ildə yaranıb-yaranmamasına Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından aydınlıq gətirilməli və bundan sonra cavabdehə məxsus əşyaların həmin evdə qalmasının qanuni olub-olmamasına hüquqi qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30-cu maddəsi maddəsi baxımından cavabdeh K.İddiaçının mübahisəli mənzilə istifadə hüququ yoxdur. Çünki, həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (Maddə 30.2) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü deyildir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə notarial qaydada mübahisəli evə istifadə hüququ verilməsi halı müəyyən edilmir. Deməli, cavabdehə məxsus əşyaların iddiaçıya məxsus evdə qalmasını şərtləndirən hüquqi əsaslar yoxdur. Həmin əşyaların iddiaçıya məxsus evdə qalması iddiaçının mülkiyyət hüquqlarının əsassız şəkildə məhdudlaşdırılması anlamına gəlir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq hazırkı iddia tələbini qaldırmışdır. Cavabdeh tərəf məlumatlandırılmasına baxmayaraq, iddia tələbinə dair etiraz və ya mülahizə verməmişdir. Ona görə də, məhkəmə cavabdehə məxsus, məhz iddia tələbində qeyd edilən siyahıda olan əşyaların iddiaçıya məxsus evdən çıxarılmalı olmasını əsaslı hesab edir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. İddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi 5 saylı evdən Divan-künc-1 ədəd, Mətbəx mebeli -1 ədəd, Paltaryuyan maşın -1 ədəd, Yorğan-Döşək -2 ədəd, Hekə (suvinir ) -1 ədəd, Şkaf qabqacaq üçün -1 ədəd, Pərdə -4 ədəd, Uşaq yataq dəsti -1 ədəd, Gül qabı -1 ədəd, Divar saatı -1 ədəd, Lüstr -1 ədəd, Meyvə qabı -1 ədəd, Dibçək -1 ədəd, Nahar dəsti -1 ədəd, Su qrafinkası -1 ədəd, Xörək dəsti -1 ədəd, Tefal çaynik -1 ədəd, Tava -1ədəd, Qrafinka -1 ədəd, Şirə çəkən -1 ədəd, Daş qazan -1 ədəd Çörək qabı -1 ədəd, Tava -1 ədəd, Su aparatı -1 ədəd, Ləpə doğrayan -1 ədəd, Çay dəsti -1 ədəd, Çemodan -1 ədəd, Xonça -1 ədəd, Termos -1 ədəd, Balış -2 ədəd, Əl dəsmalı -4 ədəd, Can dəsmalı -2 ədəd, Duxovka -1 ədəd, Gül səbəti -1 ədəd, Ləyən (aliminum) -2 ədəd, 3 kq. Şüşə qab -25 ədəd, 0.7 kq. Şuşə qab -30 ədəd, Ləyən, şirəli -1 ədəd, Sürməli şkaf -1 ədəd, Stol -1 ədəd, Stul -4 ədəd doğrayan -1 ədəd olmaqla cavabdehə məxsus əşyalar çıxarılmalıdır.
qət etdi : İddia təmin edilsin. Divan-künc-1 ədəd, Mətbəx mebeli -1 ədəd, Paltaryuyan maşın -1 ədəd, Yorğan- Döşək -2 ədəd, Hekə (suvinir ) -1 ədəd, Şkaf qabqacaq üçün -1 ədəd, Pərdə -4 ədəd, Uşaq yataq dəsti -1 ədəd, Gül qabı -1 ədəd, Divar saatı -1 ədəd, Lüstr -1 ədəd, Meyvə qabı -1 ədəd, Dibçək -1 ədəd, Nahar dəsti -1 ədəd, Su qrafinkası -1 ədəd, Xörək dəsti -1 ədəd, Tefal çaynik -1 ədəd, Tava -1ədəd, Qrafinka -1 ədəd, Şirə çəkən -1 ədəd, Daş qazan -1 ədəd Çörək qabı -1 ədəd, Tava -1 ədəd, Su aparatı -1 ədəd, Ləpə doğrayan -1 ədəd, Çay dəsti -1 ədəd, Çemodan -1 ədəd, Xonça -1 ədəd, Termos -1 ədəd, Balış -2 ədəd, Əl dəsmalı -4 ədəd, Can dəsmalı -2 ədəd, Duxovka -1 ədəd, Gül səbəti -1 ədəd, Ləyən (aliminum) -2 ədəd, 3 kq. Şüşə qab -25 ədəd, 0.7 kq. Şuşə qab -30 ədəd, Ləyən, şirəli -1 ədəd, Sürməli şkaf -1 ədəd, Stol -1 ədəd, Stul -4 ədəd doğrayan -1 ədəd olmaqla Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəsbəsi 5 ünvanında yerləşən yaşayış evindən cavabdehə məxsus əşyalar çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov