Məhkəmə qərarları › İş №2(010)-1726/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1726/2021

13.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1726/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Övladı - xx xxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün, onun xeyrinə, cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o cavabdeh X5 ilə rəsmi nikaha girdiyi üçün, həmin nikahdan xx xxxx 2017-ci il təvəllüdlü X6 doğulmuşdur, bu fakt uşağın doğum haqqında şəhadətnaməsində də öz təsdiqini tapır. Cavabdeh uşağın atası olsada, uşağa baxmır və onunla maraqlanmır. O, azyaşlı övladının saxlanılmasında çox çətinlik çəkir. Hal-hazırkı dövrədək aliment almasada, hazırda övladının ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkdiyini bildirir. Uşaq böyüdükcə onun tələbatları da, artır. Odur ki, 1 uşağa görə cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı ilə ailə qurmuş və. onların birgə nikahından xx xxxx 2017-ci il təvəllüdlü X6 övladları vardır. Hal-hazırda onların münasibəti pozulmuşdur. Onlar faktiki olaraq ayrıldıqları vaxtdan övladları iddiaçının yanında yaşayır və cavabdeh uşağı ilə görüşməsinə maneə törədir. İddiaçının tələbinə gəldikdə isə övladının saxlanması üçün iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqların saxlanması üçün cavabdehdən aliment tutulması barədə iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdi olunmuş surətlərindən müəyyən olunur ki, X5 İddiaçı doğulmuş xx xxxx 2017-ci il təvəllüdlü X3 atasıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında valideynlərindən aliment məhkəmə tərəfindən tutulur. Məhkəmə hesab edir ki, cavabdeh X1 uşağın saxlanması üçün aliment iddia ərizəsində tələb olunduğu kimi və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin tələbləri nəzərə alınmaqla hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı aliment tələbini barədə iddia ərizəsi məhkəməyə xx xxxxxx 2021-ci ildə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, cavabdeh X1 İddiaçı xeyrinə xx xxxx 2017-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxxxx 2021-ci il tarixdən başlayaraq X2 hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. xx xxxx 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün X1 hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar