Məhkəmə qərarları › İş №2(010)-1865/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1865/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1865/2021 19.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 xx xxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin, onun maddi ehtiyaclarının ödənilməsi üçün xx xxxx 2018-ci il təvəllüdlü X8 3 yaşına çatana qədər Cavabdeh onun xeyrinə hər ay 150 (yüz əlli) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyindən mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha girərək ailə qurmuşdur. Cavabdehlə faktiki nikahından xx.xx.2018-ci ildə X8 anadan olmuşdur. Cavabdehlə aralarındakı faktiki nikah rəsmi qaydada qeydiyyatdan keçmədiyindən xx.xx.2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən cavabdeh azyaşlının atası hesab edilmiş və bu barədə şəhadətnamə verilmişdir. O, cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailəsi dağılmışdır. Bu səbəbdən o, cavabdehlə ayrılmış və qızı ilə birlikdə yaşayır. Cavabdeh azyaşlı qızının saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. İddiaçı cavabdehlə faktiki olaraq ayrıldığı müddətdən qızının saxlanılması üçün lazımi xərcləri təkbaşına ödəyir. Bu da onun üçün bir sıra problemlər yaradır. Belə ki, uşağının saxlanılmasına ayda 300 manata qədər vəsait lazım olur ki, həmin vəsaitin iddiaçı tərəfindən təkbaşına ödənilməsi qeyri mümkündür. Cavabdehin kifayət qədər gəliri olmasına baxmayaraq o, uşağının saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Cavabdehlə bir ailə kimi yaşadıqları dövrdə uşağının təminatı yüksək olmuşdur. Cavabdehin qazancı qeyri-müntəzəm və dəyişən olduğundan hesab edir ki, ondan uşağının saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı bildirmişdir ki, ər-arvadın bir-birinə maddi cəhətdən kömək etməyə borclu olması və himayəsində 3 yaşına çatmamış uşağının olması, maddi yardıma ehtiyacının olması uşağı 3 yaşına çatana qədər onun maddi ehtiyaclarının ödənilməsi üçün Cavabdeh aliment tələb etmək hüququnu yaradır. İddiaçı hesab edir ki, onun maddi ehtiyaclarının ödənilməsi üçün qızı 3 yaşına çatana qədər cavabdehdən onun xeyrinə hər ay 150 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş və birgə yaşayış dövründə bir uşağı anadan olmuşdur. Cavabdeh xx.xx.2009-cu il tarixdə X11 adlı xanımla rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan uşaqları anadan olmuşdur. Sonradan Cavabdeh ilə X11 arasında nikah ləğv edilmiş və birgə nikahlarından anadan olmuş uşaqları X4 himayəsində saxlanılmaqla həmin uşaqların saxlanılması üçün Cavabdeh cəmi 260 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmuşdur. Cavabdeh hazırda heç yerdə işləmir, əsəb xəstəsi olmaqla ayaqları tutulub. Qardaşının xəstəliyi ilə bağlı əlillik arayışı yoxdur. Cavabdeh uşaqlarının saxlanılması üçün alimenti atasının aldığı pensiya ilə ödəyir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı "Asan Xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2018-ci ildə doğulmuş və valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-406/2016 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə X11 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X9 anası X4 himayəsinə verilmiş, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Beləliklə, aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Tərəflərin birgə yaşayış dövründə xx xxxx 2018-cı il təvəllüdlü X8 adlı uşağı anadan olmuşdur. Tərəflər arasında münasibətlər pozulduqdan sonra iddiaçı azyaşlı uşağı ilə birlikdə yaşayır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia “xx xxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin tutulması” hissəsində qismən təmin olunmalıdır. Belə ki: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AR AM): 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən isə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində deyilir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, həmin Qərarın 8.7-ci bəndində vurğulanır ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın qayğısına qalmaq, onu saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməsini, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə cavabdehdən xx xxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğdə aliment qət edilməsini məqsədəmüvafiq hesab edir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə cavabdehin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər iki uşağının olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay 135 (yüz otuz beş) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilməlidir. AR AM-in 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbini nikahın pozulması barədə iddia ərizəsi ilə birlikdə məhkəməyə xx xxxxxx 2021-ci ildə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Bununla belə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi “tərəflərin birgə yaşayış dövründə doğulmuş xx xxxx 2018-ci il təvəllüdlü X8 3 yaşına çatana qədər iddiaçının maddi ehtiyaclarının ödənilməsi üçün cavabdehdən hər ay 150 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, AR AM-in 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, qeyd olunan normanın tələbinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfdən aliment ödəməsini, yalnız keçmiş ərdən həmin tərəfin aliment ödəməyə zəruri vəsaitə malik olduğu halda məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olmamışlar. Eləcə də, iddiaçı cavabdehə qarşı sözügedən tələblə məhkəməyə müraciət etsə də, cavabdehin həmin əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. AR MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda isə iddiaçının iddia ərizəsini məhkəməyə təqdim edərkən, dövlət rüsumu ödənilməsindən azad olunması nəzərə alınmaqla məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və AR MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 135 (yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tələbi hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar