Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1879/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin davam etməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin davam etməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, atası Cavabdeh hər ay qazancının dörddə biri miqdarında xeyrinə alimentin davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(010)-1726/2019 saylı qətnaməsi ilə valideynləri, atası Cavabdeh və anası X10 arasında xx.xx.2004-cü ildə Bakı şəhəri Suraxanı rayon VVAQD şöbəsində qeydə alınmış və 373 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahlarından doğulmuş iddiaçı – xx.xx.2007-ci il təvəllüdlü İddiaçı və qardaşı – xx.xx.2005-ci il təvəllüdlü X1 anası X3 himayəsində qalmağı, habelə normal həyat şəraitinin yaradılması üçün atası Cavabdeh 2019cu ilin fevralın 05-dən başlayaraq onların yetkinlik yaşma çatanadək saxlanılmağı üçün hər ay qazancının üçdə biri miqdarında alimentin tutulması qət edilmişdir. Hal-hazırda o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin bakalavriat səviyyəsində Turizm işinin təşkili ixtisası üzrə əyani təhsil alır. Təhsil haqqı xərclərini ödəməkdə çətinlik çəkdiyindən, onun üçün aliment ödənişlərinin davam etdirilməsi zərurəti yaranmışdır. O, artıq yetkinlik yaşına çatmağına baxmayaraq, ali təhsil almağa davam etməkdə və müvafiq təhsil haqqını ödəməkdə çətinliklərə rast gəlir. Buna görə də, təhsil xərclərinin qarşılanması məqsədilə, müvafiq aliment ödənişlərinin davam etdirilməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etmək qərarına gəldi. Tərəfindən Cavabdeh Mediasiya təklifi barədə məktub göndərilmiş, cavabdehdən bu təklifə heç bir cavab gəlmədikdə Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş M.Ə. Şahbazova xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyasını təyin etsə də, cavabdeh tərəf iştirak etməmişdir. Bu haqda Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/8/2024-02497 nömrəli 18.11,2024-cü il tarixli X5 iştirak edilməməsi barədə Arayış tərtib edilmişdir. İddiaçı tərəfi olaraq X5 iştirak etmiş, mediasiya xərci kimi 60 manat məbləğində ödəniş etmişdirlər. Odur ki, hesab edilir ki, onun ali təhsil xərclərini ödəməkdə çətinlikləri nəzərə alınaraq, atası Cavabdeh qarşı alimentin davam etdirilməsi barədə müvafiq qərar qəbul olunmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, universitetdə oxuduğu müddətdə alimentin ödənilməsinin uzadılmasını istəyir. Qeyd edir ki, Universitetdə oxuduğuna görə işləyə bilmir, yanvarda 18 yaşı olub, xəstəliyi yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən K/031 saylı xx.xx.2024-cü il tarixdə verilmiş arayışa əsasən İddiaçı həmin universitetin Kulturologiya fakültəsinin bakalavriat səviyyəsində Turizm işinin təşkili ixtisası üzrə əyani təhsil alır. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 aprel 2007-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 926579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (atası Cavabdeh, anası X10) xx.xx.2007-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20 aprel 2007-ci il tarixdə 881 nömrə ilə qeyd edilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞB/8/2024- 02497 nömrəli “X9 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında mediasiya işi açılmış, xx.xx.2024-cü il tarixə təyin edilmiş X5 X10 iştirak etmiş, Cavabdeh isə X5 iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı X10 tərəfindən 50 manat məbləğində ilkin mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1726/2025 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X6 ilə cavabdeh X10 arasında xx.xx.2004-cü ildə Bakı şəhəri Suraxanı rayon VVAQD şöbəsində qeydə alınmış və 373 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, iddiaçı X6 ilə cavabdeh X3 birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2007-ci il təvəllüdlü X2 cavabdeh X3 yanında saxlanılması, Cavabdeh 2019-cu il fevralın 05-dən başlayaraq Fərman və Nurlan adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının üçdə biri miqdarında alimentin tutulub X4 verilməsi və s. qət edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin (ailə, uşaqlar və dövlət) İİ-ci bəndi: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 80. Əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanunu: Maddə 1. Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür (m .9.4). “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarından çıxarış: “...yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi).... ...Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.” Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İşin hallarından göründüyü kimi, Cavabdeh ilə X3 rəsmi nikah münasibətlərdən iki uşaq – xx.xx.2007-ci il təvəllüdlü İddiaçı (iddiaçı) və xx.xx.2005-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdeh ilə X3 arasında bağlanmış nikah rəsmi olaraq xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə xx.xx.2007-ci il təvəllüdlü İddiaçı (iddiaçı) və xx.xx.2005-ci il təvəllüdlü X1 ananın himayəsində saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının üçdə biri miqdarında alimentin tutulması qət edilmişdir. Uşaqlar yetkinlik yaşına çatdığından onların saxlanılması üçün təyin olunmuş alimentin ödənilməsi başa çatmışdır. İddiaçı ali təhsil almaq və müvafiq təhsil haqqını ödəməkdə çətinlik çəkməsini əsas kimi göstərərək, cavabdehdən alimentin tutulmasının davam etdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması halları ayrı-ayrılıqda deyil, birlikdə mövcud olmalıdır. İddiaçı isə əmək qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə iclasında izahat verərək, xəstəliyinin olmadığını bildirmişdir. Eyni zamanda, yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenumuna əsasən, yetkinlik yaşına çatmış övladın ali təhsil almaqla bağlı xərcləri valideyndən tələb etmə hüququ yoxdur. Belə olan halda, cavabdehdən aliment tutulmasının davam etdirilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı “Cavabdeh hər ay qazancının dörddə biri miqdarında alimentin tutulmasının davam etdirilməsi”-nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərci. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Məhkəmə iddianı təmin etməmək qənaətinə gəldiyindən, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən, iddia tələbi üzrə dövlət rüsumu ödənilməməlidir. Bununla da, məhkəmə xərclərini aid etməyə şəxsin olmadığı görünür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Cavabdeh hər ay qazancının dörddə biri miqdarında alimentin tutulmasının davam etdirilməsi”-nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1879/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1879/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver