Məhkəmə qərarları › İş №2(010)-193/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-193/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-193/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərcdən azad edilmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “əlavə xərcdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4964/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 manat məbləğində vəsaiti ödəməkdən azad edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Seyidova X2 Məhəmməd Sadıx oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi və cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 üçün zəruri olan əlavə xərclərə cəlb edilərək, ondan əlavə olaraq uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün 150 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4964/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ondan xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 manat məbləğində vəsaitin ondan tutularaq, Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. O, hal-hazırda məhkəmə tərəfindən ödənilməsi qət edilmiş aliment məbləğini ödəyə bilmir və qeyd edilən məbləğin ödənilməsi onun üçün artıq mümkün deyildir. Belə ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X10 adlı üç uşaqları anadan olmuşdur. O, cavabdehlə həmişə mehriban yaşamış, lakin cavabdeh onunla birgə nikahı dövründə götürdüyü borcların olmasını görüb, aliment tələbi ilə məhkəməyə müraciət edərək, ondan uşağın saxlanması üçün aliment tələb etmişdir. Həmin zaman onlar mehriban yaşayırdılar. Cavabdeh ona nikahlarının ləğv ediləcəyini deməmişdir. Onlar heç bir zaman boşanmayacaqları barədə danışmışlar, çünki onların ortancıl uşağı ağır xəstədir. Onun heç bir zaman öz uşaqlarını çətinliyə atmaq fikri olmamışdır. O, Neft Kəmərləri İdarəsində elektrik montyoru vəzifəsində işləyir və 790 manat əmək haqqı alsa da, zərərli iş yerində işlədiyinə görə ümumilikdə 1000-1200 manat məbləğində əmək haqqı alır. Cavabdeh elə bilirdi ki, o, daha çox əmək haqqı alır, ancaq ondan gizlədir. O da iddiaçıya əgər ona inanmırsa, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsini söyləmiş və ona hər ay verdiyi pulu aliment kimi almağını bildirmişdir ki, ürəyi rahat olsun. Ona görə də cavabdeh onu məhkəməyə vermişdir ki, əmək haqqının bir qismini özü alsın və nə qədər əmək haqqı almağı barədə məlumatlı olsun. Məhkəmədə o, cavabdehin iddiasını qəbul etmişdir. Çünki onlar birgə yaşayır, öz xərclərini və borclarını birgə ödəyirdilər. Çətinlikləri olduqda da birgə çətinlik çəkirdilər. Onsuz da o, aldığı əmək haqqının hamısını öz ailəsinə və bir qoca anasının saxlanılması üçün xərcləmişdir. Lakin məhkəmə qətnaməsinə əsasən, ondan tutulan aliment məbləği əmək haqqının yarısı və 150 manat da əlavə xərcə görə olmaqla, ümumilikdə hər ay ondan təxminən 780-890 manat məbləğində cavabdehin xeyrinə aliment tutulur. Bundan əlavə isə ortancıl oğlu onkoloji xəstədir və cavabdeh onun üçün hər ay 200 manat məbləğində sosial müavinət və 100 manat məbləğində prezident təqaüdü alır ki, ümumilikdə cavabdeh uşaqların saxlanılması üçün 1100-1200 manat məbləğində pul vəsaiti alır. Bu məbləğdə pul vəsaiti 2023-cü ilin yanvar ayından başlayaraq cavabdehin kartına vurulan kimi, cavabdeh ailəni unutmuş, özü ayrı yaşamaq qərarına gəlmişdir. Belə ki, 2023-cü ilin aprel ayında cavabdeh anasının evinə gedərək, qısa müddət orada qalacağını ona demiş, lakin cavabdeh ona ayrılacaqları barədə heç nə deməmişdir. Onların ayrılmaqlarına, aralarında olan münasibətlərin korlanmasına heç bir səbəb olmamışdır. Lakin 2023-cü ilin iyun ayının ortalarında cavabdeh artıq onunla birlikdə yaşamaq istəməməsini, bir daha evə qayıtmayacağını bildirmiş və onunla ailə münasibətlərini də pozmuşdur. Hətta o, cavabdehi mediasiyaya dəvət etsə də, o mediasiya prosesinə də gəlməmişdir. İndi hər ay o, demək olar ki, aldığı əmək haqqının 80%-ni cavabdehə aliment kimi ödəyir. Özü isə acınacaqlı vəziyyətdə yaşayır. Demək olar ki, cavabdehə ödədiyi aliment miqdarı onun ailəsinin dağılmasına səbəb olmuşdur. Cavabdeh artıq hər ay 1200 manat pul almasını görüb, özü tək yaşamaq qərarına gəlmişdir. Onun himayəsində yaşlı anası da var, evinin kommunal xərcləri, onun öz aylıq xərci, anasının saxlanılması üçün çəkməli olduğu xərclər, birgə nikah dövründə götürdükləri borcların qaytarılması onun maddi vəziyyətini dözülməz həddə çatdırmışdır. Cavabdeh isə xəstə uşağı üçün dövlət tərəfindən 200 manat sosial müavinət və özü üçün 100 manat təqaüd alsa da, qətnaməyə əsasən uşağın əlavə xərcləri qismində ondan 150 manat da pul alır. Halbuki onların uşağının müalicəsi üçün əlavə heç bir xərc tələb edilmir. Uşaq dövlət xəstəxanasında dövlət hesabına müalicə alır. Göründüyü kimi, məhkəmə ondan əmək haqqının yarısını və əlavə 150 manat məbləğində aliment tutulmasını qət etdikdən sonra cavabdeh evdən getdiyinə görə onun xərci daha da artmış, o, əmək haqqının 80%-ni cavabdehə ayrıca ödəməli, qalan məbləğlə isə özü ayrıca yaşamalı olmuş, bu hal isə alimentin müəyyən olunmuş alimentin miqdarına yenidən baxılması zərurətini yaratmışdır. Belə ki, məhkəmə tərəfindən xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı xərclərə görə hər ay tutulan 150 manat məbləğində aliment ləğv edilərsə, bu daha ədalətli olar. O, bu halda məbləği ödəyə biləcəyini hesab edir. Çünki halhazırda məhkəmə tərəfindən ödənilməsi qət edilmiş aliment məbləği onun əmək haqqından tam tutulur ki, bu onun himayəsində olan yaşlı anasının saxlanılmasında da ona maddi problemlər yaradır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etdi ki, uşaq xəstəlikdən sağalmışdır. Belə ki, onun müalicə xərclərini dövlət qarşılamış, uşaq tam sağalmışdır. Hesab edir ki, artıq ondan həmin uşağa görə əlavə xərc tutulmasına zərurət yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən 16 02.2024-cü il tarixli, 3-xx-xx-9636/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan sağlamlıq imkanları məhdud övladı X5 (FİN 70S77F9) görə 200 (iki yüz) manat məbləğində sosial müavinət, 100 (bir yüz) manat məbləğində sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdü alır. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı X5 görə 220 (iki yüz iyirmi) manat məbləğində sosial müavinət, 100 (bir yüz) manat məbləğində sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdü təyin edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4964/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə bağlı xərclərə görə hər ay 150 (yüz əlli) manat məbləğində vəsaitin tutularaq iddiaçı Ümmileylaxanım Heydər qızının xeyrinə ödənilməsi və qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 575957 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 152 nömrə ilə qeyd edilmişdir.

8. 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İV seriyalı, 598209 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2519 nömrə ilə qeydiyyat aparılmışdır.

9. 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 385617 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 (atası İddiaçı, anası Cavabdeh) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 3238 nömrə ilə qeydiyyat aparılmışdır.

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 876/KEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 2013-cü il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun olaraq ekspert komissiyası Milli Onkologiya Mərkəzində Sadiq Qurbanovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə aparılmış müvafiq müayinələrdən sonra ona “Hepatoblastoma” diaqnozunun təyin edilməsi və dinamiki müşahidə tövsiyə olunması nəticəsinə gəlmişdir. İşin faktiki halları.

11. İddiaçı və Cavabdeh birgə nikahından üç uşaq - xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X10 doğulmuşdur.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş üç uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ata İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması, bundan əlavə, İddiaçı uşaqlardan xx.xx.2013-cü il təvəllüdlü Sadiq Qurbanovun müalicəsi ilə əlaqədar hər ay 150 manat məbləğində əlavə xərcə cəlb edilməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş məlumatdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan sağlamlıq imkanları məhdud övladı X5 görə 220 manat məbləğində sosial müavinət, 100 manat məbləğində sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdü alır.

Tətbiq edilən hüquq.

14. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.

Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olanhəyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyatşəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

20. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Sadiq Qurbanov anası Cavabdeh yanında qalır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ata İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında (birgə nikahdan doğulmuş digər uşaqlar da nəzərə alınaraq) aliment tutulması ilə yanaşı, onun uşağın müalicəsi ilə bağlı əlavə xərclərə cəlb edilməsi, bu təyinatla İddiaçı hər ay 150 manat məbləğində əlavə xərc tutulması qət edilmişdir.

21. Hazırda İddiaçı iddia edir ki, uşaq sağalmışdır, həmçinin cavabdeh uşağın müalicəsi ilə əlaqədar sosial yardım alır. Bundan əlavə, ondan tutulan alimentlə birlikdə əlavə xərc maddi imkanına uyğun deyil. Belə ki, əmək haqqının yarısından çoxunu cavabdehə ödəməli olur. Bu səbəblərdən iddiaçı hesab etmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü Sadiq Qurbanova münasibətdə ödədiyi əlavə xərcdən azad edilməlidir.

22. Məhkəmə tərəfindən uşağın sağalması ilə bağlı halın araşdırılması məqsədilə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsinin həvalə olunduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X14 ekspert komissiyası, Milli Onkologiya Mərkəzində xx.xx.2013-cü il təvəllüdlü Sadiq Qurbanovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2023-cü il tarixdə aparılmış müayinələrdən sonra ona “Hepatoblastoma” (bəd xassəli qaraciyər şişi) diaqnozunun təyin edilməsi və dinamiki müşahidə tövsiyə olunması nəticəsinə gəlmişdir.

23. Həmçinin iş materiallarında olan müvafiq icra hakimiyyəti orqanının verdiyi məlumatdan görünür ki, uşağın anası Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək orqanizm funksiyalarının 61-80 % pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı X5 görə 220 manat məbləğində sosial müavinət, 100 manat məbləğində sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdü təyin edilmişdir.

24. Göründüyü kimi, xx.xx.2013-cü il təvəllüdlü Sadiq Qurbanov həm ekspert komissiyası, həm də müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlam hesab edilməmiş, əksinə sağlamlıq imkanları məhdud uşaq hesab olunduğuna görə onun özünə 220 manat məbləğində sosial müavinət, anasına isə xəstə uşağa qulluq etdiyinə 100 manat məbləğində təqaüd təyin edilmişdir.

25. Bu vəziyyətdə məhkəmə hesab edir ki, uşağın xəstəlikdən tam sağalması, bu əsasla iddiaçının uşağa görə ödədiyi əlavə xərcdən tam azad edilməsi nəticəsinə gəlmək mümkün deyil.

26. Bununla belə məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə qətnaməsindən görünür ki, uşağın müalicəsi üçün hazırkı iş üzrə İddiaçı hər ay 150 manat məbləğində əlavə xərc tutulması hissəsində iş üzrə iddiaçı Cavabdeh iddiasının təmin edilməsinin yeganə əsası iddianın həmin hissədə iş üzrə cavabdeh İddiaçı tərəfindən etiraf edilməsi olmuşdur. Belə ki, məhkəmə iddianın həmin hissədə etiraf edilməsini nəzərə alaraq, tələb/etiraf edilən əlavə xərc məbləğinin tərəflərin və uşağın ailə və maddi vəziyyətinə uyğunluğu məsələsinə münasibət bildirməmiş, iddianı etiraf olunan hissədə təmin etmişdir. Qətnamənin mətnindən görünür ki, xəstəliyi ilə əlaqədar uşağa hər ay sosial müavinət, anasına isə hər ay müvafiq təqaüd verilməsi barədə nə iş materiallarında qeyd edilməmiş, nə də tərəflər izahatlarında bu hallardan bəhs etməmişdir. Halbuki hazırkı iş materiallarında olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş məlumatdan görünür ki, həmin uşağa görə sosial müavinət 2017-ci ildən, ona qulluq etdiyinə görə anasına təqaüd isə 2019-cu ildən təyin edilmişdir. Yəni uşağın müalicəsi üçün atasından əlavə xərc tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdə uşağın müvafiq sosial təminatları olmuşdur. Buna baxmayaraq, həmin hal işə baxan məhkəməyə məlum olmadığından və iddia etiraf edildiyindən, bu uşağa görə ödənilən sosial müavinət və təqaüd məbləği nəzərə alınmadan, atadan hər ay 150 manat məbləğində əlavə xərc tutulması nəticəsinə gəlinmişdir.

27. Belə olan halda məhkəmə xx.xx.2013-cü il təvəllüdlü Sadiq Qurbanovun xəstəliyinə görə 220 manat məbləğində sosial müavinət və ona qulluq etdiyinə görə anasına 100 manat məbləğində təqaüd təyin edilməsini bu uşağın müalicəsi üçün atasından əlavə xərc tutulduğu vaxtla müqayisədə cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik kimi qiymətləndirir və hesab edir ki, uşağın müalicəsinə görə ata İddiaçı tutulan əlavə xərc məbləği azaldılaraq, hər ay 75 manat məbləğində müəyyən edilməlidir.

28. Məhkəmə müvafiq nəticəyə gələrkən, uşağın xəstəliyinə görə cavabdehin hər ay ümumilikdə 320 manat məbləğində sosial müavinət və təqaüdlə təmin olunduğunu, iddiaçıdan hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulduğunu, bu alimentin həm də uşağın ümumi sağlamlıq xərclərinin qarşılanması üçün nəzərdə tutulduğunu, uşaqlara baxmağın, onların sağlamlığının qayğısına qalmağın, müalicə xərclərini qarşılamağın valideynlərdən hər ikisinin vəzifəsi olduğunu nəzərə almışdır.

Məhkəmə xərci.

29 . İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddianın təmin edilmiş hissəsinə (75x12=900 manat) mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4964/2022 nömrəli qətnaməsi əsasında xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə əlaqədar İddiaçı tutulan əlavə xərc məbləği azaldılaraq hər ay 75 manat məbləğində müəyyən edilməli və İddiaçı tutularaq Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 4964/2022 nömrəli qətnaməsi əsasında xx.xx.2013-cü il təvəllüdlü X4 müalicəsi ilə əlaqədar İddiaçı tutulan əlavə xərc məbləği azaldılaraq hər ay 75 (yetmiş beş) manat məbləğində müəyyən edilsin və İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu cavabdehdən Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar