Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1959/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında 15 aprel 2021-ci il tarixdə acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir ki, cavabdehlə birgə nikahdan anadan olmuş 28.09.2020-ci il təvəllüdlü X2 üçün hər ay cavabdehdən onun aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və uşağın doğulduğu gündən 3 il ərzində uşağa baxmağa görə hər ay 100 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09.03.2019-cu il tarixdə nikahı bağlayaraq ailə qurmuşdur. Nikah dövründə 28.09.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. İlk vaxtlar ailə münasibətləri yaxşı olsa da, sonralar cavabdehin qeyri-adekvat hərəkətləri iddiaçının onun psixoloji vəziyyətinə dair şübhələr yaratmağa başladı və bu zəmnində aralarında yaranan anlaşılmazlıqlar nəticəsində mütəmadi mübahisələr, cavabdehin iddiaçıya qarşı zor tətbiq etməsi münasibətlərini korlamışdır. Hazırda nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək ərəfəsindədir. Lakin cavabdehlə yaşadığı evdən çıxarkən, övladın doğum, cavabdehlə nikahları haqqında şəhadətnamələri və digər zəruri sənədlər evdə qaldığından və cavabdeh həmin sənədləri vermədiyindən, iddia ərizəsinin verilməsində çətinlik çəkir. 2021-ci ilin yanvar ayının əvvəlindən iddiaçı, cavabdehlə birgə yaşadığı evdən çıxmaq məcburiyyətində qaldı və hazırda körpə uşağı ilə valideynlərinin evində yaşamaq məcburiyyətindədir. Ayrı yaşadıqları vaxtdan cavabdeh birgə nikahdan olan uşaqların saxlanması üçün heç bir vəsait ödəmir, uşağa baxmaq məcburiyyətində qalaraq işləmədiyindən isə özü müstəqil qazanc əldə edə bilmir, faktiki olaraq təqaüdçü anasının himayəsində yaşayır. Hazırda birgə nikahdan anadan olmuş 28.09.2020-ci il təvəllüdlü Adil Qərəhməzli iddiaçının himayəsində olduğundan və cavabdeh könüllü şəkildə uşağın saxlanılması üçün hər hansı bir vəsait ödəmədiyindən, hesab edir ki, cavabdehdən uşağın saxlanılması üçün aliment məhkəmə qaydasında tutulmalıdır. Cavabdeh rəsmi olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işləsə də, onun əmək haqqısı barədə heç bir məlumatı yoxdur. Buna baxmayaraq, cavabdehin iş yeri olduğundan, birgə nikahdan anadan olmuş 28.09.2020-ci il təvəllüdlü Adil Qərəhməzlinin saxlanması üçün cavabdehdən aylıq əmək haqqısının və digər gəlirlərinin 1/4 hissəsi aliment kimi tutulmalıdır. Bundan başqa, uşağın azyaşlı olması səbəbindən iddiaçı işləyə bilmir və uşağa baxmağa məcburiyyətindədir. Bu səbəbdən hesab edir ki, cavabdeh uşağın doğulduğu gündən 3 il ərzində uşağa baxmağına görə iddiaçıya hər ay 100 manat sabit pul məbləğində aliment ödəməlidir. İddianı təmin etməklə, cavabdehlə birgə nikahdan anadan olmuş 28.09.2020-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehdən onun aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin və uşağın doğulduğu gündən 3 il ərzində uşağa baxmağa görə hər ay 100 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya qismən etiraz edərək, şifahi və məhkəməyə təqdim edilmiş yazılı izahatında bildirmişdir ki, cavabdehlə bir müddət mehriban yaşasa da, cavabdehin anası Zinaida və bacısı Zarina evlərinə gələrək ailə işlərinə qarışıb müdaxilə edərək, heç bir səbəb olmadan evdə dava-dalaş salmışlar. İddiaçı hal-hazırda anasının evində yaşayır, cavabdeh onu evə gətirmək istəsə də, ona qapı açılmamış, onu təhqir etmiş və polis çağıracaqları ilə cavabdehi hədələmişlər. Cavabdeh bir aydan artıq müddətdir ki azyaşlı oğlu Adili görmür. Cavabdehin uşağının sağlam böyüb boya başa çatması üçün evində hər çür şərait var. Lakin cavabdehin hazırda qaldığı evdə uşağın sağlam böyüməsi üçün heç bir şərait yoxdur. Cavabdehin evində oğlu Adilin yaşaması üçün hər çür şəraiti var. Cavabdeh onu vaxtı-vaxtında həkim müayinəsinə aparmağa və onun qayğısına çəkməyə hazırdır. Lakin artıq 1 ay 15 gündən artıq bir müddətdir ki, uşağın nə ilə qidalanması, hansı həkimə aparılmasından çox narahatdır. Bir ata kimi üzərinə düşən vəzifələri yerinə yetirməyinə baxmayaraq, cavabdeh öz uşağı ilə münasibətdə olan valideynlik hüquqlarını həyata keçirməyinə maneçilik törədir, uşağını cavabdehlə ünsiyyətdə olmasına razılıq vermir. İddia tələbini qismən qəbul edir. Belə ki, uşağın saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Həqiqətən Azərbaycan Dövlət Neft Şirkətində mütəxəssis vəzifəsində işləməsini təsdiq edərək, iddiaçının maaşının ¼ hissəsinə qədər aliment tutulmasına razıdır, lakin uşağın doğulduğu gündən 3 il ərzində uşağa baxmağa görə hər ay 100 manat məbləğində aliment tutulmasına etiraz edir. İddiaçı evini ipoteka yolu ilə aldığından, hər ay maaşından ipoteka ödəyir, anaya olan alimenti ödəməyə imkanı yoxdur. Bu səbəbdən də uşağın 3 yaşına çatana kimi 100 manat pul vəsaitinin ödənilməsi hissəsində iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 2 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 519138 nömrəli, 17.10.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 28.09.2020-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 oktyabr 2020-ci il tarixdə 5795 sayla qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş, AZ-İİ seriyalı 303765 nömrəli, 09.03.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X4 09.03.2019-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09 mart 2019-cu il tarixdə 144 sayla qeyd edilmişdir. Ərə Qərəhməzli, arvada isə Qərəhməzli soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar/ “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı BMT-nin Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsinə və 12.11.1989-cu il tarixli Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 3, 20 və 26-cı maddələrinə əsasən uşaqlar barəsində görülən bütün tədbirlərdə ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın rifahı üçün zəruri olan təminat, müdafiə və qayğı məqsədilə bütün qanunvericilik tədbirlərini həyata keçirir, hər bir uşağın sosial, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyıb Milli qanunvericiliklərində bu hüququn həyata keçirilməsi üçün lazımi tədbirlər görməlidirlər. Belə ki, iddiaçı 28.09.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancın ( başqa gəlirlərin) 1/4 hissə miqdarında alimentin tutulmasını tələb edir. Cavabdehin etirafedici izahatına əsasən müəyyən edilmişdir ki, cavabdehin rəsmi iş yeri mövcuddur. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcldərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını, tərəflərin alimentin tutulmasına dair qarşılıqlı mövqeyini və qanunvericiliyin göstərilən müddəalarına rəhbər tutaraq məhkəmə iddianı təmin edilərək, Cavabdeh hər ay rəsmi gəlirlərindən alimentin tutulmasına dair qarşılıqlı mövqeyini və qanunvericiliyin göstərilən müddəalarına rəhbər tutaraq məhkəmə iddianı təmin edilərək, Cavabdeh uşağın saxlanılması üçün qazancın və ya başqa gəlirlərin 1/4 hissəsində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı aliment tutulmasına dair ilkin müraciəti 04 mart 2021-ci il tarixdə olduğundan məhkəmə hesab edir ki, məhz həmin tarixdən alimentin tutulması hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 28.09.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 mart 2021-ci il tarixdən hesablanaraq hər ay üçün qazancın və (və ya) cavabdehin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment və 28.09.2020-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi 50 manat olmaqla pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin birgə nikahdan olan uşaqlarını yetkinlik yaşına çatana kimi saxlanması və uşaq 3 yaşına çatana kimi saxlanması üçün daha artıq məbləğdə aliment ödəmək üçün maddi gəlirlərə sahib olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 28.09.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçun 04 mart 2021-ci il tarixdən hesablanaraq hər ay qazancın və ya başqa gəlirlərin 1/4 hissəsi miqdarında aliment və 28.09.2020-ci il təvəllüdlü X5 3 yaşına çatana kimi 50 manat olmaqla pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1959/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1959/2021
15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver