Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1980/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh qarşı alimentin hesablanması və dəqiqləşdirilməsi tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin hesablanması və dəqiqləşdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə olan aliment borcunun, birgə yaşadıqları dövrdə ailəyə xərclədiyilə dəqiqləşdirilərək hesablanması və hesablanan məbləğlə bundan sonrakı alimentin ödənilməsinə pensiyasından hər ay 50 faiz tutulmasını” xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməklə tərtib edilməmişdir. Belə ki, iddia ərizəsində iddiaçının tələbi konkret olmamaqla qeyri-müəyyən şəkildə öz əksini tapmışdır və ərizənin qeyd olunan qaydada tərtib olunması yolverilməzdir. İddia ərizəsinin məzmunu daha çox əvvəl qəbul edilmiş məhkəmə qətnaməsindən şikayət xarakterlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliyin iddia ərizəsinin tərtibi, forma və məzmunu ilə bağlı müəyyənləşdirilmiş tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd edilən maddəsindən görünür ki, iddia ərizəsində göstərilən tərəflər haqqında məlumatların doğruluğu iddiaçı tərəfindən təmin olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin hesablanması və dəqiqləşdirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1980/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1980/2023
31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver