Məhkəmə qərarları › İş №2(010)-2035/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2035/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2035/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X9 oğluna qarşı “alimentin tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X9 oğluna qarşı “alimentin tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 14 noyabr 2014-cü il təvəllüdlü X1 üçün 2020ci ilin fevral ayından başlayaraq hər ay pul məbləğində 193 manat alimentin cavabdeh X3 tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, cavabdehlə 2013-cü ilin 06 avqust tarixdə ailə həyatı qurmuşdur. Bu nikahdan 14 noyabr 2014-cü il tarixdə X4 adında övladları anadan olmuşdur. Bakı şəhəri Suraxanı rayonu məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh ona uşağın saxlanması üçün heç bir maddi dəstək göstərməmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, iddiaçı ilə birgə nikahdan anadan olmuş uşağının saxlanılması üçün qanunla müəyyən edilmiş miqdarda aliment ödəməyə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İşin materiallarından müəyyən olunur ki, 14 noyabr 2014-ci il təvəllüdlü X2 atası X6, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən,valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, cabadehin ərizəsini və iş materiallarını araşdırıb, tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə almaqla hesab edir ki, uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün X9 oğlundan hər ay 193 manat miqdarında sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır. Bununla belə cavabdehdən alimenti 2020-ci ilin fevral ayından başlayaraq hesablanması barədə iddia tələbini məhkəmə əsassız hesab edir və qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmədə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək onun aliment almaq üçün hansı tədbirlər gördüyünü, tədbir görülməsinə baxmayaraq cavabdehin alimenti verməkdən boyun qaçırdığını və bunun nəticəsində iddiaçının aliment ala bilməməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyini nəzərə alaraq hesab edir ki, işin materialları ilə iddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə 30.03.2022-ci il tarixdə müraciət etdiyindən, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X3 İddiaçı xeyrinə 14 noyabr 2014-cü il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 30.03.2022-ci il tarixdən başlayaraq hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X3 İddiaçı xeyrinə 14 noyabr 2014-cü il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanması yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli 30.03.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar