Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2051/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 2007-ci il təvəllüdlü X3, 10 aprel 2009-cu təvəllüdlü X1 və 07 oktyabr 2016-cı təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 175( yüz yetmiş beş) manat olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh oğlu ilə ailə qurmuş və onların rəsmi nikahı 25 noyabr 2006-ci ildə qeydə alınmışdır. Onların birgə nikahından 11 oktyabr 2007-ci il təvəllüdlü X3, 10 aprel 2009-cu təvəllüdlü X1 və 07 oktyabr 2016-cı təvəllüdlü X6 adlı üç övladları vardır. Onların münasibətləri pozulduqdan sonra nikah münasibətləri pozulmasa da, cavabdeh uşaqların saxlanmasında köməklik göstərmir. O isə, təkbaşına maddi cəhətdən uşaqlarını təmin etməkdə çətinlik çəkir. Ona görə də, iddianın təmin edilməsi və 11 oktyabr 2007-ci il təvəllüdlü X3, 10 aprel 2009-cu təvəllüdlü X1 və 07 oktyabr 2016-cı təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat olmaqla cəmi 525 (beş yüz iyirmi beş) alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qəbul etdiyini bildirərək göstərdi ki, İddiaçı ilə ailə qurmuş və onların rəsmi nikahı 25 noyabr 2006-ci -ci ildə qeydə alınmışdır. Onların birgə nikahından 11 oktyabr 2007-ci il təvəllüdlü X7, 10 aprel 2009-cu təvəllüdlü X5 və 07 oktyabr 2016-cı təvəllüdlü X6 adlı üç övladları vardır. O, övladlarını saxlamaqdan imtina etmir. Belə ki, o, hər uşaqa görə 175 manat, cəmi olaraq 525 manat aliment ödəyə bilər. Ona görə də iddia tələbinin təmin edilməsinə və övladları 11 oktyabr 2007-ci il təvəllüdlü X3, 10 aprel 2009-cu təvəllüdlü X2 və 07 oktyabr 2016-cı təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat miqdarında aliment olmaqla cəmi 525 manat aliment tutulmasına etiraz etmir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 11 oktyabr 2007-ci il təvəllüdlü X3, 10 aprel 2009-cu təvəllüdlü X2 və 07 oktyabr 2016-cı təvəllüdlü X4 atası Cavabdeh oğlu, anası İddiaçıdır. Məhkəmə baxışı zamanı Cavabdeh oğlu tərəfindən məhkəməyə təqdim edilmiş 07 may 2021-ci il tarixli ərizəsindən görünür ki, o, iddianı qismən qəbul edir və 11 oktyabr 2007-ci il təvəllüdlü X3, 10 aprel 2009-cu təvəllüdlü X2 və 07 oktyabr 2016-cı təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat olmaqla, cəmi 525 manat aliment ödəməyə hazırdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini, cavabdeh tərəfin ərizəsini və iş materiallarını araşdırıb, tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini əsas götürərək hesab edir ki, cavabdeh tərəfindən iddia tələbi tamamilə etiraf edildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini 10 mart 2021-ci ildə məhkəməyə vermişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh oğlundan dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh oğlundan İddiaçı xeyrinə 11 oktyabr 2007-ci il təvəllüdlü X3, 10 aprel 2009-cu təvəllüdlü X1 və 07 oktyabr 2016-cı təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 525 manat miqdarında aliment tutulsun. Aliment tutulmasının əvvəli 10 mart 2021-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh oğlundan dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2051/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2051/2021
06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver