Məhkəmə qərarları › İş №2(010)-2124/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2124/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2124/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2rşı aliment tələbinə dair ilkin iddiası üzrə və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X2rşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.02.2010-cu il təvəllüdlü X19 01.08.2017-ci ildən,06.02.2018-ci ilə qədər noyabr 2018-ci ildən bu günə kimi onun yanında yaşamasının müəyyən edilməsi, qeyd edilən müddətlər üçün ödənilmiş və ödənilməmiş öhdəliklərə xitam verilməsi, həmin müddət üçün ödənilmiş alimentin qaytarılması, uşağın saxlanması üçün 25.02.2021-ci ildən 175 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nikaha daxil olduqdan sonra 3 övladı olmuşdur. Nikahı məhkəmə qaydasında pozulmuşdur, uşaqlar ananın yanında saxlanılmasına görə aliment təyin edilmişdir. Lakin boşanmadan sonra faktiki barışıq olmuş, uşaqlarla birlikdə ailəliklə yaşamışdırla. 01 avqust 2017-ci ildənn -ci ildən brışıq oldu. Oğlu 05.02.2010-cu il təvəllüdlü olmaqla 01.08.2018-ci ilə kimi və noyabr 2018-ci ildən bu günə kimi onunla yaşayır. Suraxanı Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qətnaməsi ilə 05.02.2010cu il təvəllüdlü X5 onunla yaşaması qət edilmişdir. Bununla əlaqədar 05.02.2010-cu il təvəllüdlü X19 01.08.2017-ci ildən,06.02.2018-ci ilə qədər noyabr 2018-ci ildən bu günə kimi onun yanında yaşamasının müəyyən edilməsi, qeyd edilən müddətlər üçün ödənilmiş və ödənilməmiş öhdəliklərə xitam verilməsi, həmin müddət üçün ödənilmiş alimentin qaytarılması, uşağın saxlanması üçün 25.02.2021-ci ildən 175 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X8 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iki uşağın saxlanması üçün alimentin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı himayəsində olan iki qızı 10.06.2008-ci il təvəllüdlü X3 və 03.10.2011-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 350 (hər birinə 175) manat aliment tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X9rşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03 may 2007-ci il tarixdə o, İddiaçı ilə nikah bağlamışdır. Nikahda yaşadığı dövrdə üç övladı: 10.06.2008-ci il təvəllüdlü qızı X13, oğlu 05.02.2010-cu il təvəllüdlü X14 və qızı 03.10.2011-ci il təvəllüdlü X15 anadan olmuşdur. 01 avqust 2017-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahı pozulmuş, uşaqlar yanında qalmış və İddiaçı üç uşağın saxlanılması üçün hər birinə hər ay sabit pul məbləğində 136,60 (yüz otuz altı manat 60 qəpik) manat alimentin tutulması müəyyən edilmiş¬dir. Qeyd edilən vaxtda o, işləyirdi, maddi imkanı sabit idi. Ona görə də üşaqların saxlanılması üçün müəyyən olunmuş alimentdən imtina etmişdir. Eyni zamanda uşaqların atalarının daimi iş yeri olmadığını da nəzərə alaraq bu addımı atdı. 2021-ci ilin yanvar ayında o, İddiaçı 10.06.2008-ci il təvəllüdlü X7 və 03.10.2011-ci il təvəllüdlü X10 dair valideynlik hüququndan məhrum edilməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək oğlu 05.02.2010-cu il təvəllüdlü X5 atası yanı¬nda qalmasının müəyyən edilməsini və atasının himayəsinə verilməsini xahiş etmişdir. 10 yaşı oğlunun fikri nəzərə alınaraq, eləcə də Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 05 yanvar 2021-ci il tarixli 1/1518 saylı rəyinə əsasən, Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə o, atasının himayəsində saxlanılmışdır. Onun iddiası təmin edilməmişdir. Hazırda İddiaçı oğlunun saxlanılması üçün ondan sabit pul məbləğində 178 manat aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan respublikası MPM-nin 155ci maddəsinə əsasən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermək hüququ vardır. Qarşılıqlı iddianın ilk iddia ilə birlikdə baxılmasını xahiş edir. Yuxarıda qeyd etdiyi işin materiallarından görünür ki, onun himayəsində iki qızı qalmışdır. Hazırda elə vəziyyət yaranmışdır ki, onun sabit qazancı yoxdur. Qızları isə böyüyür və o, tək onların tələbatlarını ödəyə bilmir. Odur ki, İddiaçı himayəsində olan iki qızı 10.06.2008-ci il təvəllüdlü X3 və 03.10.2011-ci il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 350 (hər birinə 175) manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Prosesual məcəllənin 53-cü maddəsinə əsas götürərək və MPM-in 259-cu maddəsinə əsasən ilkin iddianın baxılmamış saxlanmasını xahiş etmiş, cavabdehin qarşılıqlı iddia üzrə tələb etdiyi alimenti miqdarı olaraq Cavabdeh ilə razılaşaraq 175 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X16 Azərbaycan Respublikası Mülki Prosesual məcəllənin 53-cü maddəsinə əsasən, iddianın azaldılmasına dair ərizə verərək bildirmişdir ki, İddiaçı iddia tələbindən imtina etdiyi üçün, qarşılıqlı iddia üzrə tələb etdiyi 350 manat aliment məbləğini azaldaraq hər iki uşağın saxlanması üçün 18.05.2021-ci il tarixdən hesablanaraq 175 manat aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cabadehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia baxılmamış saxlanılmalı, qarşılıqlı iddia isə təmin edilməlidir. Mülki işin materiallarında olan: İş materiallarına əlavə edilmiş Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.03.2018-ci il tarixli AZ-İ seriyalı 358935 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin sürətinə əsasən İddiaçı ilə X17 aralarında olan nikah 01 avqust 2017-ci il tarixdə nikahı ləğv edilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında 07 mart 2018-ci il tarixdə 73 sayla qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərin soyadı Qurbanov, arvadın isə Petryakova kimi qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-T seriyalı 143515 nömrəli, 27.07.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X14 05.02.2010-cu il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 iyul 2010-cu il tarixdə 1946 sayla qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında X17 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-T seriyalı 143514 nömrəli, 27.10.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X13 10.06.2008-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 oktyabr 2009-cu il tarixdə 2650 sayla qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında X17 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-T seriyalı 143516 nömrəli, 15.05.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X15 03.10.2011-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 may 2012-ci il tarixdə 1408 sayla qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında X17 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 avqust 2017-ci il tarixli 2(010)-6764/2017 saylı qətnaməyə əsasən, iddiaçı X12 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddia təmin edilmiş, İddiaçı X17 ilə cavabdeh İddiaçı arasında 03 may 2007-ci ildə Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 467 №-si ilə qeyd edilmiş nikah pozulması, 10 iyun 2008-ci il təvəllüdlü X13, 05 fevral 2010-cu il təvəllüdlü X14 və 03 oktyabr 2011-ci il təvəllüdlü X15 boşanmadan sonra iddiaçı X12 yanında qalması və cavabdeh İddiaçı X12 xeyrinə 10 iyun 2008-ci il təvəllüdlü X13 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 136,60 (yüz otuz altı manat 60 qəpik) manat, 05 fevral 2010-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 136,60 (yüz otuz altı manat 60 qəpik) manat və 03 oktyabr 2011-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 136,60 (yüz otuz altı manat 60 qəpik) manat miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 fevral 2021-ci il tarixli 2(010)-264/2021 saylı qətnaməyə əsasən, ilk iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı qarşı valideylik hüququndan məhrumetmə tələbi barədə ilkin iddia ərizəsi təm edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, 05 fevral 2010-cu il təvəllüdlü X14 qarşılıqlı iddia üzrə İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2017-ci il tarixli 2(103)-10880/2017 saylı qətnaməyə əsasən, iddiaçı X12 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6764/2017 saylı 01 avqust 2017-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti edilməmişdir və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-6764/2017 saylı 01 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Asan 4 tərəfindən verilmiş 11.03.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı 07 may 2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar «Uşaq hüquqları haqqında» qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Məhkəmə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Göstərilən qərarda məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumu, tərəfərin alimentin məbləği barədə qarşılıqlı mövqeyini, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə qarşılıqlı iddianı təmin edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birgə nikahdan olmuş 03.10.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğdə 175 manat aliment qət edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia baxılmamış saxlanılmalı, qarşılıqlı iddia təmin edilməli, cavabdeh İddiaçı 03.10.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X8 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddiaçı X8 aliment tutulması üçün ilkin müraciəti 03 may 2021-ci il tarixdə olduğundan məhkəmə hesab edir ki, məhz həmin tarixdən alimentin tutulması hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabeh qarşılıqlı iddia üzrə iddiaçı X2rşı aliment tələbinə dair ilkin iddia baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qarşılıqlı iddia təmin edilsin. Birgə nikahdan anadan olmuş 03.10.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 may 2021-ci il tarixdən hesablanaraq hər ay ümumilikdə 175 manat sabit pul məbləgində aliment ilkin iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X8 xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İlkin iddia üzrə iddiaçı qarşlılıqlı iddia üzrə cavabdeh İddiaçı 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar