Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-215/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı “son haqqhesabın və məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aramızda bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra cavabdeh tərəfindən ona son haqq-hesabın düzgün hesablanıb ödənilməsi ilə bağlı ödənilməli olduğu iki ayın maaşı 1400 manat və 608 manat ödənilməmiş məzuniyyət pulunun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, işdən çıxdıqdan sonra şirkət tərəfindən ona son haqq-hesab vərəqəsi verilməli olduğu halda, ona heç bir sənəd verilməmişdir. Həmçinin, onun qeyd olunan şirkətdə 9 il iş stajı olduğu halda, orada 5 il göstərilib və 4 il qeyd olunmayıb. Bundan əlavə, ekspert rəyi ilə və rəydə göstərilən son haqq-hesab zamanı ödənilməli olan məbləğlə razıdır, lakin məhkəməyə müraciət etməsi ilə əlaqədar ona dəymiş maddi ziyanın da qarşılanmasını istəyir. Buna görə də o, bütün qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Nümayəndə2 bildirdi ki, ekspert rəyində qeyd olunan məbləğ ilə tamamilə razıdır və rəyə qarşı heç bir etirazı yoxdur. Buna görə də iddianın həmin hissədə, 81,12 manat məbləğində pulun tutulması hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı 03.05.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığınız müraciətə X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən Sizinlə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə 18.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən öz xahişinizlə xitam verildiyi məlum olmuşdur. Eyni zamanda, əmək müqavilənizə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq-hesabınız sonuncu iş günü işəgötürən tərəfindən Sizə ödənilməmişdir. Bu səbəbdən cəmiyyətin sədri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq 03.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunmuşdur. Əlavə olaraq, cəmiyyətin rəhbərinə son haqq-hesabınızın ən qısa zamanda hesablanıb ödənilməsini təmin edilməsi ilə bağlı **********6 nömrəli 03.05.2021ci il tarixli məktub göndərilmişdir. 03.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokoldan görünür ki, vətəndaşlar İddiaçı və X2 Cavabdeh MMC-də müraciətlərinə baxılarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunmuşdur. Bununla da Cavabdeh MMC-nin sədri X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı son haqq/hesab cədvəlindən görünür ki, ödəniləcək məbləğ 81,11 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli, 9/9041 №-li ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərdə İddiaçı 08.05.2014-cü il tarixli, D098K saylı, 06.04.2015-ci il tarixli, D038K saylı, 01.11.2018-ci il tarixli, S1037K saylı və 06.04.2020-ci il tarixli, 113/M/İ saylı məzuniyyət əmrlərinə əsasən Cavabdeh MMC-nin hesabına, 16.09.2020-ci il tarixli 420/M saylı, 19.10.2020-ci il tarixli, 482/M saylı və 02.11.2020-ci il tarixli, 520/M saylı əmrlərə əsasən isə öz hesabına məzuniyyətdə olmuşdur. Belə olan halda İddiaçı istifadə etmədiyi 6 məzuniyyət günü və bir iş gününə düşən orta gəliri 13,52 manat məbləğində müəyyən edilməklə, ona son haqq-hesab zamanı ödənilməli olan məbləğin 81,12 (6x13,52=81,12) manat olması müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172.4-ci maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, cəmiyyətin sədri X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq 03.05.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunmuşdur. Cavabdeh barəsində inzibati tənbeh tətbiq etmə ilə bağlı qərar işə baxılan dövrdə qüvvədə olub və cavabdeh tərəfindən mübahisələndirilməyib. Belə olan halda, məhkəmə həmin halı tərəflər arasında sübut edilmiş hal kimi qəbul edir və hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Lakin, ödənilməmiş son haqq-hesabın hesablanması xüsusi bilik tələb etdiyindən, məhkəmə mühasibat ekspertizası təyin edilib. Ekspert rəyində məcburi iş buraxmaya görə hesablanmalı olan məbləğ 81,12 manat müəyyən edilir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 81,12 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Buna görə də iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Həmçinin, Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum cavabdehdən tutularaq İddiaçı verilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 81,12 (səksən bir manat on iki qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdehndən tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-215/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-215/2022
29.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver