Məhkəmə qərarları › İş №2(010)-2201/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2201/2020

08.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2201/2020 08.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir olunun sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi x4 İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsinə dair idia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları Nizami rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə Bakı şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İ № 239343 nömrəli “Nikahın pozulması haqqrhda Şəhadətnamə” verilmişdir. Birgə nikahdan 26.09.2007-ci il təvəllüdlü x11 və 20.12.2009-cu il təvəllüdlü x9 adlı uşaqları vardır. Uşaqları hər ikisi iddiaçının himayəsindədirlər. Cavabdehlə aralarında aliment ödənilməsi barədə saziş yoxdur. Uşaqların təlim-tərbiyəsi ilə iddiaçı məşğul olur. Nikahın pozulması zamanı cavabdehlə şifahi razılaşdıq ki, uşaqlara baxmağı öhdəsinə götürür və ona görə də iddiaçı məhkəmədə aliment müəyyən olunması tələbini qoymamışdır. Lakin nikahları pozulduqdan az sonra cavabdeh Almaniyaya getdi. O, bir müddət iddiaçıya pul göndərirdi. Sonradan pul da göndərmədi. 2018-ci il iyul ayından iddiaçıya uşaqların saxlanması üçün heç bir köməklik göstərməmişdir. Son bir il səkkiz ay ərzində iddiaçıya heç bır köməklik göstərmir, uşaqların maddi vəziyyəti, müalicəsi və digər problemləri ilə maraqlanmır. İddiaçının daimi iş yeri yoxdur, ona görə də uşaqların bütün ehtiyaclarını tam ödəmək iqtidarında deyil, iddiaçı valideynlərinin köməkliyi ilə dolanır. Əvvəllər xaricdə olduğu üçün iddiaçı cavabdehdən maddi köməklik tələb edə bilmirdi, aralarında olan şifahi razılaşmaya görə hesab edir və gözləyirdi ki, ölkəyə qayıtdıqdan sonra uşaqların ehtiyaclarının ödənilməsinə kömək edər. Ona görə də rəsmi qaydada aliment tələbi ilə müraciət etməmişdir. Lakin 8 aya yaxındır ki, cavabdeh respublikaya qayıtmasına baxmayaraq birgə nikahlarından olan uşaqlar haqqında heç fikirləşmir. Əksinə, özü haqqında fikirləşir və yeni ailə qurmuşdur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu iddia ərizəsi birinci dəfə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 26.09.2007-ci il təvəllüdlü x7 və 20.12.2009-cu təvəllüdlü x1 üçün onlar yetkinlik yaşına çatana qədər hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə, əvvəlki dövr üçün ödənilməmiş alimentin 2018-ci il üçün 6ay x160 man.x2 uşaq=1920 manat, 2019-c il üçün 11ay x 170 man. X 2 uşaq=3740 manat olmaqla, cəmi 5660 manat pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi x8 iddia ərizəsində göstərilənləri uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında Azərbaycan Respublikası 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin azaldılmasına dair ərizə verərək, iddia ərizəsində qoyulmuş iddia tələbinin 2-ci hissəsinin, yəni əvvəlki illər üçün aliment ödənilməsi hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmçinin iddia tələbinin digər hissəsində, o cümlədən iddia ərizəsi birinci dəfə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 26.09.2007-ci il təvəllüdlü x7 və 20.12.2009-cu təvəllüdlü x1 üçün onlar yetkinlik yaşına çatana qədər hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq iddiaçı - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, vəkilin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 03 mart 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən E.A.Nuriyev) Cavabdeh ilə Əliyeva (Əzimova) Nuriyyə Məhəmməd qızı arasında nikah 2006-cı il noyabrın 18-də Bakı şəhər Nizami rayon VVADQ şöbəsində bağlanmış və 919 No-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 26 sentyabr 2007-ci il təvəllüdlü x11 və 20 dekabr 2009-cu il təvəllüdlü x16 anası x3 himayəsində qalması müəyyən edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nizami Rayon VVADQ şöbəsi tərəfindən 16 oktyabn 2007-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 001737 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətində görünür ki, x11 26 sentyabr 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında x6 qeyd edilmişdir Mülki işin materiallarında olan “Bakı Nikah Evi” tərəfindən 08 may 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 433984 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, x9 20 dekabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “x14” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. "x14" Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. "x14" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “x14” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “x14” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“x14” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsinə,hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla gündəlik tələbatının artmasını və uşaqlar üçün yaşayış minimumu, qanunvericiliyin göstərilən müddəalarını, tərəflərin qarşılıqlı mövqeyini, cavabdehin alimentin ödənilməsinə razı olduğunu, rəhbər tutaraq məhkəmə iddianı təmin edilərək, Cavabdeh uşaqların saxlanılması üçün sabit pul məbləğdə alimentin qət edilməsini məqsədəmüvafiq hesab edir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağa 170 (yuz yetmiş) manat sabit pul məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26.09.2007-ci il təvəllüdlü x7 və 20.12.2009-cu təvəllüdlü x5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizsinin ilk dəfə verildiyi vaxtdan tutulmasına dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı aliment ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qərardadına əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi x12 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, aliment tələbinə dair ərizənin qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmiş və iddiaçının nümayəndəsinin ərizəsi əsasında həmin iddia baxılmamış saxlanılmışdır. Hal-hazırda verilmiş iddiaya dair mülki işin materiallarından müəyyən olunur ki, İddiaçı aliment tutulması ilkin müraciəti 12 mart 2020-ci il tarixdə olduğundan məhkəmə hesab edir ki,məhz həmin tarixdən alimentin tutulması hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Bu Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, məbləğlər arasında fərq nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumucavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlə birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 26.09.2007-ci il təvəllüdlü x7 və 20.12.2009-cu təvəllüdlü x1 üçün yetkinlik yaşına çatanadək onların hər biri üçün hər ay 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçı x2 xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva Edilməs i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar