Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2243/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas katibliyi, İddiaçı, İddiaçının vəkili X18 və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “alimentdən azad edilmə” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2016-cı il tarixdən əmək haqqında və həyatında ciddi dəyişmələrin olmasını nəzərə alaraq iki uşağa görə qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları xx.xx.2015-ci il tarixində pozulmuş və bu barədə Suraxanı rayon VVADQ Şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən iki övladları – xx.xx.2007-ci ildə X10, xx.xx.2012-ci il tarixdə isə X12 anadan olmuşdur. xx.xx.2015-ci ildə məhkəmə qaydasında nikah pozulduqdan sonra uzun məhkəmə mübahisəsində uşaqlar azyaşlı olduqlarına görə məhkəmənin qərarı ilə cavabdehə verilmişdir. xx.xx.2014-cü il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də hər ay hər uşağa görə 72 manat olmaqla, cəmi 144 manat aliment tutularaq Rəhimova (İsmayılova) Nurlana Şükür qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-149/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnamə çıxarmışdır. Aliment təyin olunduğu xx.xx.2014-cü il tarixdən xx.xx.2016-ci il tarixədək AMEA-nın X2 220 manat əmək haqqı olan elmi işçi vəzifəsində çalışmışdır. xx.xx.2016-cı ildən Azərbaycan Respublikası Dövlət İqtisad Universitetində 1300 manat əmək haqqı olan X11 texniki şöbə müdiri vəzifəsində çalışır. Ona kəsilən alimenti qaydasında ödəmiş, uşaqları ilə mütəmadi maraqlanmış, onunla istirahət günlərində vaxt keçirmələrini təmin etmişdir. xx.xx.2015-ci il tarixdə yenidən ailə həyatı qurmuşdur. Bu evlilikdən xx.xx.2016-cı il təvəllüdlü X13 dünyaya gəlmişdir. Bu evlilik çox uğurlu olduğundan birinci evlilikdən olan övladlarının hər həftənin istirahət günlərini onlarla keçirmələrini təmin etmişdir. Övladları bu qayğını, sevgini gördükdə analarına qayıtmaq istəməmişlər. Himayəsində üç nəfər (həyat yoldaşı, 3 yaşlı oğlu və birinci evlilikdən olan qızı) var. Buna baxmayaraq, cavabdehdə qalan övladına görə və keçmiş qətnaməyə əsaslanaraq Yasamal rayon icrası əmək haqqından 45% olmaqla cavabdehin xeyrinə aliment tutulması qərarını vermişdir. Onun, cavabdehdən olan qızının və yeni qurduğu ailənin yaşaması üçün heç bir imkanı qalmamışdır. Bu onun ailəsinə qarşı ədalətisizlikdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, xx.xx.2018-ci il tarixdən uşaqlardan biri onun yanında qalsa da ondan aliment tutulur. Odur ki, məhkəmədən həmin tarixdən sonra ona təyin edilmiş alimentdən azad olunması və borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X18 bildirdi ki, xx.xx.2018-ci il tarixinindən etibarən uşaqlardan biri iddiaçıda, biri cavabdehdə qalır. Yəni həmin tarixdən etibarən tərəflərin birbirləri qarşısında aliment öhdəlikləri yoxdur. Buna baxmayaraq, iddiaçı hələ də aliment ödəyir və ona aliment borcu hesablanmışdır. O, qeyd etdi ki, artıq onlar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, bu ərizəyə uyğun olaraq məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ona təyin edilmiş alimentdən 2018-ci ilin 01 iyun tarixindən etibarən azad olunması və həmin qətnamə əsasında 2018-ci ilin 01 iyun tarixindən bu günədək hesablanılmış borc məbləğlərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbu etməyərək bildirdi ki, 2018-ci iln iyun ayından uşaqlardan biri iddiaçının, biri onun yanındadır. İddiaçının yığılmış aliment borcu isə iki uşağa görə deyil, onun yanında qalmayan bir uşağa görə yığılmışdır. İddiaçı hesab edir ki, 2018-ci ilin iyun ayından, uşaqlardan biri onun yanında qalmağa başlayandan ikisinin də bir-birinə qarşı aliment öhdəliyi yoxdur. Lakin iddiaçı özü ondan digər uşağa görə aliment tələb edir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X14 arasında xx.xx.2006-ci ildə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, iddia qalan hissədə təmin edilməmiş, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X5 boşanmadan sonra cavabdeh X6 yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də hər ay hər uşağa görə sabit pul məbləğində 72 manat olmaqla, sabit pul məbləğində cəmi 144 manat miqdarında alimentin X6 xeyrinə tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-5315/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “xx xxxxxx 2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək alimentin əmək haqqında uyğun sabit pul məbləğində tutulmasını və xx.xx.2018-ci il tarixdən övladlarından biri onunla yaşadığı üçün ləğv olunması” tələbi barədə iddiası təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-334/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın anadan alınması” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2005/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh tərəfinndən verilmiş kassasiya şikayəti təmin ediməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-717/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 123 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2016-cı il tarixindən Azərbaycan Dövlət İstisad Universitetində informasiya-kommunikasiya texnologiyaları mərkəzində direktor müavini, xx.xx.2017-ci il tarixdən isə Elektron idarətetmə mərkəzinin texniki xidmət şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı işlədiyi dövrdən xx.xx.2019-cu il tarixinidək hesablanmış əməkhaqqı və mükafat arayışda göstərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və probasiya Şöbəsi tərəfindən X9 verilmiş xx.xx.2019cu il tarixli, xx/xx-23242/3 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı, xx.xx.2015-ci il tarixlin icra sənədi xx.xx.2016-cı il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün borcludan hər ay cəmi 144 manat və hər ay aylıq qazancının 1/3 hissəsi qədər alimentin tutulması üçün xx.xx.2015-ci il tarixdə Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. 2018-ci ilin iyun ayından etibarən uşaqlardan biri atanın himayəsində olduğundan, aliment borcu həmin tarixdən bir uşağa görə hesablanmaqla bu günə olan borc 9305.83 manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra və probasiya Şöbəsi tərəfindən X9 verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-23242/3 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iki azyaşlı uşağın saxlanılması üçün borclu İddiaçı aylıq qazancının 1/3 hissəsi, eləcə də hər ay hər uşağa görə 72 manat pul tutularaq tələbkar Cavabdeh ödənilməlidir. xx.xx.2018-ci il tarixədək icra sənədində göstərilən qaydada həmin tarixdən xx.xx.2012-ci il təvəllüdlü X1 üçün borclu İddiaçı aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bu günə olan borcu 4442 manat təşkil edir. Bakı şəhəri Yasamal rayon İcra və probasiya Şöbəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, xx/xx-23242/3 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən iki azyaşlı uşağın saxlanılması üçün aylıq qazancının 1/3 hissəsi, eləcə də hər ay hər uşağa görə 72 manat pul tutularaq tələbkar X9 ödənilməlidir. xx.xx.2018-ci il tarixədək icra sənədində göstərilən qaydada həmin tarixdən bir uşağa görə aylıq qazancının 1/4 hissəsi və 72 manat sabit pul məbləğində aliment hesablanmaqla bugünə olan borc 4442 manat təşkil edir. Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 210 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2019-cu il tarixindən Bakı Slavyan Universiteti nəzdində Məktəb-lisey kompleksində təhsil alır. Hal-hazırda 8-ci sinifə oxuyur. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2012ci il təvəllüdlü X12 doğulmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-149/2015 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən, birgə nikahdan doğulmuş hər iki uşağın boşanmadan sonra anaları X6 yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay aylıq qazancının üçdə bir hissəsi və eləcə də hər ay hər uşağa görə sabit pul məbləğində 72 manat olmaqla, sabit pul məbləğində cəmi 144 manat miqdarında alimentin X6 xeyrinə tutulması, aliment tutulmasının əvvəlinin xx.xx.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Bundan sonra, İddiaçı Cavabdeh qarşı “uşaqların anadan alınaraq ataya verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilsə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək uşaqlardan biri – xx.xx.2007-ci il təvəllüdlü X4 anadan alınaraq ataya verilməsi qət edilmiş, bu qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı “alimentin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən xx.xx.2016-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əmək haqqında uyğun sabit pul məbləğində tutulmasını və xx xxxx 2018-ci il tarixdən övladlarından biri onunla yaşadığı üçün ondan alimentin tutulmasının ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5315/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İndi isə İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xx.xx.2016-cı il tarixdən əmək haqqında və həyatında ciddi dəyişmələrin olmasını nəzərə alaraq iki uşağa görə qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı müxtəlif tarixlərdə iki dəfə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizələr təqdim etmişdir. Bunlardan ilkində iddiaçı məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aliment ödənişi üzrə 2018-ci ilin 14 iyun tarixindən etibarən ona hesablanmış aliment ödənişlərindən azad olunması və hesablanılmış 4442 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci belə ərizədə isə iddiaçı məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-149/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi isə ona təyin edilmiş alimentdən xx.xx.2018-ci il tarixdən etibarən azad edilməsi və həmin qətnamə əsasında xx.xx.2018-ci il tarixindən bu günədək hesablanılmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı və iddiaçının vəkili öz ərizələrini belə əsaslandırmışdır ki, 2018-ci ilin iyun ayından etibarən tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardan biri atanın, biri ananın yanındadır. Bundan başqa, ata İddiaçı ikinci evliliyindən bir uşağı daha var. Uşaqları saxlamaq isə tək atanın deyil, hər iki valideynin öhdəliyidir. Bu mənada hesab etmişlər ki, uşaqlardan biri iddiaçıda, biri cavabdehdə olduğundan bir uşağın iddiaçıya verildiyi tarixdən etibarən valideynlərin ikisinin də birbirinə qarşı heç bir aliment öhdəliyi yoxdur və bu tarixdən etibarən iddiaçı aliment ödəməkdən azad edilməli, alimentə görə hesablanmış borc onun hesabından silinməlidir. İddiaçı tərəfindən verilmiş hər iki ərizədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə istinad edilsə də məhkəmə hesab edir ki, bu ərizələrdən heç biri həmin maddənin tələblərinə cavab vermədiyindən onların məhkəmə tərəfindən qəbul edilməsi mümkün deyil. Belə ki, MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı). İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizələrin hər ikisində həm iddianın predmeti, həm də əsası dəyişdirildiyindən ərizələr məhkəmə tərəfindən qəbul edilmir. Hazırkı iddia tələbinin predmetini isə iddiaçının alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı tələbi təşkil edir. İddia tələbinin əsası isə iddiaçının xx.xx.2016-cı il tarixdən etibarən əmək haqqı məbləğində dəyişikliyin baş verməsi (əmək haqqının artması), bu səbəbdən də maaşın 1/3 hissəsi və hər uşağa görə 72 manat məbləğində tutulan alimentin məbləğinin dəyişdirilərək, iki uşağa görə əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmasının müəyyən edilməsidir. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, o, xx.xx.2016-cı il tarixdən aylıq maaşı 1300 manat olan işdə çalışır. Yəni, onun maaşı alimentin təyin edildiyi dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığından maaşından 1/3 hissədə pul tutulması uşaqların saxlanılması üçün kifayətdir, əlavə sabit məbləğ tutulmasına ehtiyac yoxdur. Göründüyü kimi iddiaçının hazırkı tələbi alimentin sabit məbləğdə ödənilən hissəsindən azad edilməsinə yönəlmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. İlk növbədə ona görə ki, iddia ərizəsində qeyd ediləndən fərqli olaraq hazırda iddiaçı iki uşağa görə deyil, bir uşağa görə aliment ödəyir. Belə ki, Yasamal rayon İcra və probasiya Şöbəsi tərəfindən həm iddiaçıya, həm də cavabdehə ünvanlanmış məktublardan görünür ki, xx.xx.2018-ci il tarixdən, yəni uşaqlardan birinin iddiaçıya verildiyi tarixdən etibarən İcra Şöbəsi tərəfindən bir uşağın saxlanması üçün iddiaçının aylıq qazancının 1/4 hissəsi və 72 manat məbləğində aliment tutulur. Yəni iddiaçaı artıq iki ildən çoxdur ki, iki uşaq üçün deyil, bir uşağın saxlanması üçün aliment ödəyir ki, bu da maaşının 1/4 hissəsi və 72 manat sabit məbləğ şəklində müəyyən edilir. İddiaçı isə ondan iki uşağa görə 1/3 hissə aliment tutulmasını tələb edir. Yəni iddiaçı mahiyyət etibarilə bir uşağa görə ödədiyi alimentin dəyişdirilərək iki uşağa görə ödənilməsini istəyir. Məhkəmə hesab edir ki, istənilən bu cür tələb əsassızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, iddiaçıdan öz yanında olan uşağın saxlanması üçün cavabdehin xeyrinə aliment tutulması yolverilməzdir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı iddia alimentin azaldılması tələbi kimi başa düşülə bilməz, çünki iddiaçı bir uşağa görə yox, iki uşağa görə aliment ödəməyi tələb etməklə mahiyyət etibarilə alimenti azaltmaq yox, artırmaq istəmişdir. Hazırkı tələb yalnız, alimentin sabit məbləğdə ödənilən hissəsindən azad edilməyə yönəlmiş tələb kimi qəbul edilə bilər ki, iddiaçı bu tələbini də kifayət qədər əsaslandıra bilməmiş, bununla bağlı zəruri və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə yalnız iş yerindən aylıq vəzifə maaşı ilə əlaqədar arayış təqdim etmişdir ki, həmin arayış da bir il bundan əvvəlki tarixə verildiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçının başqa evlilikdən uşağının olmaması və bu uşağa görə aliment ödəməsi də alimentin sabit məbləğdə ödənilən hissəsinin azaldılmasının mütləq əsası deyil. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin sabit məbləğdə ödənilən hissəsindən azad edilmə tələbinə dаir iddia təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentdən azad edilmə” tələbinə dаir iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2243/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2243/2020
06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver