Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2259/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu Məhkəməsinin xx.xx.2025-ci iltarixdə 8 (010) -234/2025 saylı işinə baxaraq, qızı X1 üçün yeni indeksasiyada “misli” ilə ödəcəyi təyin olunmuş alimentin miqdarı azaldılması, cavabdehin xeyrinə indiyədək qızı X1 üçün maaşından tutulan sabit aliment kimi 138 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, mülki işə iclasa gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə iş üzrə Cavabdeh «mübahisənin ərazi aidiyyətinin dəyişdirilməsi» barədə vəsatəti daxil olmuşdur. Cavabdeh həmin vəsatətini belə əsaslandırmışdır ki, hazırki iddia ərizəsi iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət edilməməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatdadır. Ona görə də yuxarıda göstərilən iddia ərizəsi Ağcabədi Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Odur ki, məhkəmədən hazırki işin aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə Cavabdeh hazırki vəsatəti təmin edilməli və mülki iş baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, AZEMİS vasitəsi ilə müəyyən olunur ki, iş üzrə Cavabdeh Ağcabədi rayonu, Sarcalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair 2(010)- 2259/2025 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2259/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2259/2025
15.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver