Məhkəmə qərarları › İş №2(010)-2267/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2267/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2267/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X8 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat ofisi və Cavabdeh2 qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Bakı şəhəri 24 saylı notariat ofisi və Cavabdeh2 qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 28-in X27 məxsus olan 1/2 hissəsinə dair (keçmiş ünvan 1) atası X20 ilə Cavabdeh2 arasında alğı-satqı müqaviləsinin xx.xx.1981-ci il tarixdə bağlanmış hesab edilməsi və həmin əmlaka mülkiyyət hüququnun tanınmasım barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X20 ilə anası X16 18 iyun 1976-cı ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra onlar Bakı şəhərində ev almaq niyyəti ilə atası X20 və X33 arasında 4200 manat (rubl) müqavilə bağlanır, həmin müqavilə ilə yaranmış öhdəliyə görə anası X26 ünvan 1-in (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 28) 1/2 hissəsini 4200 manat qarşılığında xx.xx.1977-ci il tarixdə DNK-da alğı-satqı müqaviləsi ilə X22 almışdır və buna uyğun olaraq 21/İX/1977-ci il tarixli çıxarış əldə olunmuşdur. ünvan 1-in (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 28) oktyabr 1962-ci il tarixli texniki pasportuna əsasən, X23 əri Qurbanov Əliyə məxsus olmuş, o, 27 avqust 1975-ci il tarixdə vəfat etmişdir. X33 20 avqust 1981-ci il tarixdə ölmüşdür. Sonuncu öldükdən sonra Qurbanov Əli və X4rı olan Cavabdeh2 anasının “Yeddi mərasimi”ndə, yəni 27 avqust 1981-ci il tarixdə şahidlərin iştirakı ilə anası X6 1/2 əmlaka görə atası X9 3000 rubl aldığını təsdiq edən yazılı əqd bağlamışdır. Cavabdeh2 əlyazma əqddə göstərildiyi kimi Tula vilayəti, Aleksen şəhəri 5, Veresayev küçəsi, ev 14, mənzil 41 ünvanında yaşadığından oraya təcili dönməli olduğunu, döndükdən sonra sənədləşməni tamamlayacağını, yəni alğı-satqı müqaviləsini notarial qaydada həyata keçirəcəyini söz versə də, buna əməl etməmişdir. Həmin gündən hazırkı dövrə qədər X23 mülkiyyətində olmuş 1/2 hissə də o və ailəsi tərəfindən istifadə edilmişdir. Hətta mərhumlar – X23 və Qurbanov Əlinin ölüm haqqında şəhadətnamələrinin əsilləri, ünvan 1-in (Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 28) oktyabr 1962-ci il tarixli texniki pasportun əsli və digər sənədlərin əsilləri hazırda ondadır. Bundan başqa 2003-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X30 ilə cavabdeh Mustafayeva (Novruzova) Badam İbrahim qızı arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, ev 28-in 30 m2, 12.2 m2 yaşayış otaqları, 7.4 m2, 8 m2, 3.5 m2 və 12 m2 köməkçi sahəsi yerləşən hissəyə dair alqı-satqı əqdi bağlanmış hesab edilmişdir. Evin digər 1/2 hissəsi isə X23 adına açıq saxlanılmışdır. Yuxarıda qeyd olunduğu kimi açıq qalan hissədə hazırda o və ailəsi yaşayır və pasport qeydiyyatındadırlar. Həmçinin alğı-satqı müqaviləsinə dair məlumatların əldə olunması üçün cavabdeh 24 saylı Notariat ofisinə müraciət etsə də, fərdi yaşayış evini və mülkiyyət hüququnu əldə etməyə imkan verilməmiş, vərəsələrin dairəsi və onlara dair məlumatlar gizli saxlanmışdır. Əqdi imzalamış şəxs Cavabdeh2 yas mərasimlərindən sonra əqdin notarial qaydada bağlanmasını üzərinə götürsə də, o, buna əməl etməmiş və ölkəni tərk etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, Bakı şəhəri 24 saylı notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

İş materialları.

5. Bakı Nikah Evi (Səadət Sarayı) tərəfindən xx.xx.1976-cı il tarixdə verilmiş İ-JQ seriyalı, 396486 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 və X16 arasında xx.xx.1976-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1797 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir.

6. Bakı şəhəri Orconikidze rayon (Suraxanı rayonu) qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 298971 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanov Əli xx.xx.1975-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 371 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Orconikidze rayon (Suraxanı rayonu) qeydiyyat şöbəsi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİ-JQ seriyalı, 318811 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.1981-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 387 nömrə ilə qeyd edilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 280949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 643 nömrə ilə qeyd edilmişdir.

9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 179888 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 400 nömrə ilə qeyd edilmişdir.

10. X34 və X16 arasında xx.xx.1977-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, X34 ünvan 1 ünvanında 490 m2 torpaq sahəsində yerləşən xx.xx.1977-ci il tarixində Bakı şəhəri Texniki İnventarlaşma Bürosu tərəfindən verilmiş Bakı şəhəri üzrə qeyri-bələdiyyə tikililərinin reyestri kitabında (№ 3, səhifə 420) qeydə alınmış çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə X28 məxsus olan sahəsi 12.4 m2 olan 1 yaşayış otağından və sahəsi 24 m2 olan 1 köməkçi otaqdan ibarət olan evin 1/2 hissəsini X3. X34 bu müqavilə imzalandığı zaman alıcı X7 10000 rubl pul almışdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-509/2003 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X30 ilə cavabdeh X16 arasında Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Ə.Bəkirli küçəsi, 28 saylı evin 30 m2, 12.2 m2 yaşayış otaqları, 7.4 m2, 8 m2, 3.5 m2 və 12 m2 köməkçi sahəsi yerləşən hissəyə dair alqı-satqı əqdi bağlanmış hesab edilmiş, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə X21 adına Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Ə.Bəkirli küçəsi, 28 saylı evin 30 m2, 12.2 m2 yaşayış otaqları, 7.4 m2, 8 m2, 3.5 m2 və 12 m2 köməkçi sahəsi yerləşən hissəsinə qeydiyyat vəsiqəsinin verilməsi tapşırılmış və həmin evin digər 1/2 hissəsi X24 mülkiyyətində saxlanılmışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi X17 xüsusi mülkiyyətindədir, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1/2 hissədə X17 adına xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydə alınmış və 1/2 hissədə isə X25 adına açıq saxlanılmışdır.

13. Cavabdeh2 tərəfindən xx.xx.1981-ci il tarixdə tərtib olunmuş əlyazmadan görünür ki, Tula vilayəti, Aleksen şəhəri, 5, Veresayev küçəsi, ev 14, mənzil 41 ünvanında yaşayan Cavabdeh2 aşağıda qeyd olunan şahidlərin (Məmmədov Tağı və Yarəhmədov Yarəhməd) iştirakı ilə X9 vəfat etmiş anası Şmarina Pavlovnanın əmlakından istifadəsinə görə 3000 rubl məbləğində vəsait aldığını öz imzası ilə təsdiq etmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X14 ünvanlanmış xx.xx.2014-cü il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, 28 saylı evin 1/2 hissəsi xx.xx.1977-ci ildə X15 adına qeydiyyatdan keçmişdir, lakin evin X18 məxsus 1/2 hissəsi Suraxanı Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-509/2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmişdir.

15. Bakı şəhəri X13 İcraiyyə Komitəsi Bakı şəhəri X5 Bürosu tərəfindən xx.xx.1977-ci il tarixdə verilmiş (kitab № 3; səhifə 420) Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1/2 hissədə X10 adına, 1/2 hissədə isə X23 adına qeydə alınmışdır.

16. Cavabdeh2yeviç tərəfindən X14 verilmiş xx.xx.1981-ci il tarixdə notariat qaydasında verilmiş etibarnamədən görünür ki, Cavabdeh2iç həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək də daxil olmaqla bir sıra səlahiyyətləri X14 etibar etmişdir.

İşin faktiki halları.

17. İddiaçı X20 və X15 birgə nikahından doğulmuşdur.

18. Mustafayeva (nikahdan əvvəlki soyad) Badam İbrahim qızı və X34 arasında xx.xx.1977-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, ünvan 5 ünvanında 490 m2 torpaq sahəsində yerləşən, X28 məxsus olan, sahəsi 12.4 m2 olan 1 yaşayış otağı və sahəsi 24 m2 olan 1 köməkçi otaqdan ibarət olan evin 1/2 hissəsi X1. Evin 1/2 hissəsi X19 adına qeydiyyatda qalmışdır.

Tətbiq edilən hüquq.

19. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.1965 – xx.xx.1999-cu il tarixlərdə qüvvədə olmuşdur).

Maddə 43. Əqdin notariat formasının məcburiliyi və buna riayət edilməməsinin nəticələri. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Maddə 229. Yaşayış evinin alqı-satqı müqaviləsinin forması. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən on gün keçənədək qeydə alınmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

21. İşin hallarından görünür ki, Bakı şəhəri, Serebrovski qəsəbəsi, Trubnaya baza, ev 28 (ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi xx.xx.1977-ci il tarixli alqısatqı müqaviləsi əsasında Pelaqeya Şmarina tərəfindən Badam Mustafayevaya satılmışdır. Badam Mustafayeva öz mülkiyyətində olan həmin 1/2 hissəni Nurani Cəbiyev adlı başqa bir şəxsə satmış, məhkəmə qətnaməsi ilə onlar arasındakı alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir.

22. Hazırda İddiaçı iddia edir ki, həmin evin 1/2 hissəsi Pelaqeya Şmarina tərəfindən Badam Mustafayevaya (iddiaçının anası) satıldıqdan sonra qalan 1/2 hissə Pelaqeya Şmarinanın mülkiyyətində qalmış, mülkiyyətçi Pelaqeya Şmarinanın vərəsəsi olan oğlu Cavabdeh2 1981-ci ildə həmin hissəni iddiaçının atası Hikmət Novruzova satmışdır. Lakin onlar arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmamış, Cavabdeh2 bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlərinin Hikmət Novruzova etibar edilməsinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə vermiş, həmçinin “iltizam” başlıqlı əlyazma sənəd imzalayaraq anasının əmlakına görə Hikmət Novruzovdan 3000 rubl məbləğində pul aldığını təsdiqləmişdir.

23. Göründüyü kimi, tərəflər arasındakı münasibətlərin 1981-ci ildə yarandığı iddia edilir. Hansı ki, həmin vaxt Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.1965 – xx.xx.1999-cu il tarixlərdə qüvvədə olmuş) qüvvədə olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda hazırkı mübahisəyə artıq qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

24. Yuxarıda (§ 19) istinad edilmiş həmin Məcəllənin 229-cu maddəsinə əsasən, Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.

25. Göründüyü kimi, tərəflər arasında münasibətlərin yarandığı dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə, tərəflər arasında yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanması zamanı bu müqavilənin notariat qaydasında təsdiq edilməsi qanunvericiliyin imperativ tələbi olmuşdur. Buna uyğun olaraq, həmin Məcəllənin 43-cü maddəsində qeyd edilmişdir ki, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Bununla belə, istinad edilən maddənin növbəti bəndində qeyd edilmişdir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

26. Hazırkı iş üzrə İddiaçı iddia tələbi də elə bununla bağlıdır. Belə ki, o, atası Hikmət Novruzovla Cavabdeh2 arasında fərdi yaşayış evinin 1/2 hissəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsini xahiş edir.

27. Yuxarıda istinad edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 43-cü maddəsinin tələbinə görə, bu cür – notariat qaydasında təsdiq edilməli olan, buna baxmayaraq təsdiq edilməmiş əqdlərin məhkəmə tərəfindən bağlanmış hesab edilməsi üçün üç şərtə riayət edilməlidir: 1. Bunu tələb edən tərəf əqdi tamamilə və ya qismən icra etmiş olmalı; 2. Digər tərəf əqdin notariatda təsdiq edilməsindən boyun qaçırmalı; 3. Əqd qanuna zidd olmamalıdır.

28. Məhkəmə hesab edir ki, hazırkı işdə bu şərtlərin hər birinə riayət edildiyindən müvafiq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi mümkündür. Belə ki, iş materiallarından görünür ki, müvafiq əqd iddiaçının atası Hikmət Novruzov tərəfindən icra edilmiş, əqdin predmeti olan əmlak üçün alıcı tərəfindən Cavabdeh2 vəsait ödənilmişdir. Bu zaman Cavabdeh2 tərəfindən Hikmət Novruzova bütün əmlakının üzərində sərəncam vermə səlahiyyətinin də daxil olduğu bir sıra səlahiyyətlərin sonuncuya etibar edilməsinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə də verilmişdir. Bundan əlavə, yaşayış evinin texniki pasportu, tikinti reyestrindən çıxarışının əsli iddiaçıdadır. O da qeyd edilməlidir ki, müvafiq etibarnamədə Cavabdeh2 Tula vilayətində (Rusiya Federasiyası) yaşaması göstərilmişdir. Belə olan halda əqdin notariat qaydasında təsdiq edilməmə səbəbinin cavabdehin ölkə xaricində yaşaması ilə bağlı olması nəticəsinə gəlmək mümkündür. Digər tərəfdən, bağlanmış əqd daşınmaz əmlakın alqı-satqısı ilə bağlı olmaqla qanuna zidd olmamışdır.

29. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin X29 məxsus 1/2 hissəsinin İddiaçı atası X2 dair Cavabdeh2 ilə aralarında xx.xx.1981-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, müvafiq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə müqavilə üzrə alıcı X12 həmin əmlak üzərində mülkiyyət hüququ yaranacağından bu hüquq məhkəmə qətnaməsi ilə tanına bilməz. Çünki hazırkı vəziyyətdə Hikmət Novruzovun əmlak üzərindəki mülkiyyət hüququnun əsasını məhkəmə qətnaməsi yox, artıq bağlanması təsdiqlənən alqı-satqı müqaviləsi təşkil edir. Bununla belə, məhkəmə müvafiq müqaviləni təsdiqləməklə Hikmət Novruzovun əmlak üzərində mülkiyyət hüququnu faktiki olaraq tanımış olduğundan iddianı təmin edilmiş hesab edir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin X29 məxsus 1/2 hissəsinin X2 dair Cavabdeh2 ilə aralarında xx.xx.1981-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin X29 məxsus 1/2 hissəsinin X2 dair Cavabdeh2 ilə aralarında xx.xx.1981-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar