Məhkəmə qərarları › İş №2(102)-1999/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1999/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1999/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçılar İddiaçı1 Sayiş oğlu, İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Sayiş oğlu və İddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, sonuncu ilə ünvan 1 ünvanda yerləşən 23 nömrəli mənzilin əvvəlk i mülkiyyətçisi arasında 1994-cü ildə 35 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı1 qeyd olunan mənzilə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edildikdən və məhkəmə baxışına təyin edildikdən sonra İddiaçı1 Sayiş oğlu tələbini dəyişdirərək, xdə yerləşən mənzilin alınması üçün 1994-cü il tarixdə onun tərəfindən tam şəkildə ödənilmiş 450 000 (dörd yüz əlli min) manatın bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin cavabdehdən alınara q ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim S.Miriyeva) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, xdə yerləşən iddiaçının (İddiaçı1 Sayiş oğlu) şəxsi vəsaiti hesabına alınan mənzilin, yəni onun vəsaiti hesabına tam şəkildə ödənilmiş 450 000 AZM (dörd yüz əlli min) manat məbləğin bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin Cavabdeh alınaraq müştərək qaydada İddiaçı1 Sayiş oğlu və İddiaçı2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator, həmin qətnamənin ləğv, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətləri apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. İddiaçılar İddiaçı1 Sayiş oğlu və İddiaçı2 məhkəmə iclas ında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfində verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X2 Bakı şəhəri Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ev 1, mənzil 23-ün mülkiyyətçidir. Eyni məlumat Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli arayışla təsdiqlənir. İddiaçı1, həmin mənzilin alınması üçün vəsaitin onun tə rəfindən tam şəkildə ödənildiyi bildirlməklə, 450.000 manatın bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, sözügedən mənzili özü almış və pulunu da özü ödəmiş, sonradan isə məcburi köçkün düşmüş bacısının ailəsinə vermişdir ki, mənzildən istifadə etsinlər. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi haqqında ərizə vermişdir. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetin i dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Hazırkı işdə iddiaçılar əvvəlcə cavabdehin adına olan alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsini və İddiaçı1 mənzilə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, sonradan isə mənzilin alınması üçün vəsaitin İddiaçı1 tərəfindən tam şəkildə ödənildiyi bildirlməklə 450.000 manatın bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin cavabdehdən alınaraq İddiaçı1 ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən irəli sürülmüş iddianın həm predmeti, həm də əsası sonradan dəyişdirilmiş və məhkəmələr tərəfindən İddiaçı1 pul tələbinə baxılaraq qətnamə çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi pul tələbinə dair iddianın təmin olunması haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən öz qətnaməsini Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurma yan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Baxılan işdə isə cavabdehin iddiaçılara qarşı təqsirli şəkildə hüquqazidd (qeyri-hüquqi) əməl törətməsinin nədən ibarət olması əsaslandırılmamış, bu hallara dair sübutlar təqdim edilməmişdir. Kollegiya bildirir ki, iddia başqa əsasla təmin edildiyi halda belə tələbin hansı faktiki və hüquqi əsaslara (borc müqav iləsinə və ya başqa əqdə, yaxud qanundan irəli gələn digər öhdəliyə) söykəndiyi sübut edilməlidir. Mülki Prossesual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin ərizə ilə bağlı qeyd etmişdir ki, “mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçılar cavabdehlə yaxın qohum münasibətlərində olmaqla sonuncu tərəfindən onların hüquqlarının pozulacağını əvvəllər güman etməmişlər və yalnız bu barədə daxili qənaətə gəl dikdən sonra cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bilmişlər və iddia müddətini keçirmədən məhkəmədə iddia qaldırmışlar.” Kollegiya mübahisə üzrə iddia müddətinə dair yuxarıdakı əsaslandırmanı kifayət və qənaətbəxş hesab etməyərək bildirir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədin ə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında g östərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci və 373.2-ci maddələrinə görə, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Odur ki, hazırkı işdə məhkəmə tərəfindən əsas götürülən iddia tələbi dəqiqləşdirilməklə, əvvəlcə belə tələbə iddia müddətinin tətbiq edilib-edilmədiyi aydınlaşdırılmalı, tətbiq edildiyi halda tələbin xarakterindən asılı olaraq ona hansı növ iddia müddətinin şamil olunduğu, iddiaçının öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt (qanunda nəzərdə tutulan müddətin axımın başlanması anı) işin faktiki hallarına uyğun şəkildə müəyyən edilərək onlara müvafiq hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına riayət edilmədiyi üçün kassasiya şikayəti təmin edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmalı və iş yenidən apellyasiya baxışına qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar