Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2424/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı2 İddiaçı: İddiaçı1 Sayiş oğlu Cavabdeh: Cavabdeh İddia tələbi: “450.000 manat məbləğində pulun tutulması” Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 nümayəndəsi və eyni zamanda İddiaçı2, İddiaçı1 vəkili Hüseynov Kamandar Əbülfəz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6968/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfində verilmiş 13.07.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X2 ünvan 1 ünvanı üzrə tam mülkiyyətçidir. -ünvan 2ixli, *** saylı məktubundan görünür ki, ünvan 4 “xxxx” Bank ASC tərəfindən 05 may 2005-ci il tarixdə 35 saylı Notariat kontoru vasitəsi ilə rəsmiləşdirilmiş müqavilə əsasında bankda girovda olmuş və həmin mənzilin qeydiyyat vəsiqəsinin notarial ofisində saxlanılması bildirilmişdir. -25 noyabr 2018-ci il tarixli notar ial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X4 yazaraq bildirir ki, ünvan 3 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 öz ailəsi ilə yaşayır.Cavabdeh qeyd edilən evin sahibi kimi tanımır və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə yaşamamış və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmamışdır. İddiaçı2 və ailə üzvləri hal-hazırda ünvan 4 ünvanında yerləşən mənzildə yaşayır və 1994-cü il tarixdən bu günədək mənzilin kommunal xidmətləri İddiaçı2 və onun ailə üzvüləri tərəfindən ödənildiyi bildirilmişdir. -20 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X8 bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 və ailəsi yaşayır. Cavabdeh qeyd edilən evin sahibi kimi tanımır və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə yaşamamış və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmamamışdır. İddiaçı2 və ailə üzvləri hal-hazırda ünvan 4 ünvanında yerləşən mənzildə yaşayır və 1994-cü il tarixdən bu günədək kommunal xidmətləri İddiaçı2 və onun ailə üzvləri tərəfindən ödənilməsi bild irilmişdir. -20 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X1 bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 və ailəsi yaşayır. Cavabdeh qeyd edilən evin sahibi kimi tanımıram və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə yaşamayıb və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmayıb. İddiaçı2 və ailə üzvləri hal-hazırda ünvan 4 ünvanında yerləşən mənzildə yaşayır və 1994cü il tarixdən bu günədək kommunal xidmətləri İddiaçı2 və onun ailə üzvüləri tərəfindən ödə nilməsi bildirilmişdir. -20 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədə İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 qonşusu X3 bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil faktiki olaraq İddiaçı2 sahibliyində və istifadəsindədir. Həmin mənzil İddiaçı2 atası İddiaçı1 Sayiş oğlunun vəsaiti hesabına alınmışdır. 1994-cü ildən qeyd edilən mənzildə İddiaçı2 və ailəsi yaşayır. Cavabdeh qeyd edilən evin sahibi kimi tanımır və ümumiyyətlə qeyd edilən mənzildə yaşayan görməmişdir. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildə yaşamamış və İddiaçı1 Sayiş oğlu, İddiaçı2 və ailə üzvləri ilə birgə təsərrüfat aparmamışdır. İddiaçı2 və ailə üzvləri hal-hazırda ünvan 4 ünvanında yerləşən mənzildə yaşayır və 1994-cü il tarixdən bu günədək kommunal xidmətləri İddiaçı2 və onun ailə üzvüləri tərəfindən ödənilməsi bildirilmişdir. -Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Suraxanı rayon sektorunun 17 may 2019-cu il tarixli, 2334 saylı arayışından görünür ki, İddiaçı1 Sayiş oğlu həqiqətən də Zəngilan rayonundan məcburi köçkündür, ünvan 6 ünvanında 1995-ci il tarixdən 01.05.2006-cı il tarixədək məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1 Sayiş oğlu və İddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 1, 23 saylı mənzilin əvvəlki mülkiyyətçisi ilə 1994-cü il tarixdə 35 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız h esab edilməsi, həmin ünvana verilmiş mülkiyyət hüquqlarının 13.07.1994-cü il tarixli qeydiyyat vərəqəsinin ləğv edilməsi və İddiaçı1 Sayiş oğlunun adına mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edildikdən və məhkəmə baxışına təyin edildikdən sonra İddiaçı1 Sayiş oğlu tələbini dəyişdirərək, X. ünvanında yerləşən mənzilin alınması üçün 1994-cü il tarixdə onun tərəfindən tam şəkildə ödənilmiş 450 000 (dörd yüz əlli min) manatın bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia təmin olunaraq, X. ünvanında yerləşən iddiaçının (İddiaçı1 Sayiş oğlu) şəxsi vəsaiti hesabına alınan mənzilin, yəni onun vəsaiti hesabına tam şəkildə ödənilmiş 450.000 (dörd yüz əlli min) manat məbləğin bu günə olan Azərbaycan Respublikası manatına indeksasiya edilərək dəyərinin Cavabdeh alınaraq müştərək qaydada İddiaçı1 Sayiş oğlu və İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.S.Səmədov (sərlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) 14.11.2019-cu il tarixli, 2(103)-***13/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılmışdır. Qətnamədən cavabdeh Cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərZ.Ə.Əliyev (sərlik edən və məruzəçi), G.A.Quliyev və İ.R.Xələfov) 17.06.2020-ci il tarixli, 2(102)-1999/2020 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.11.2019-cu il tarixli, 2(103)-***13/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Ə.Məhərrəmova (sərlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) 19.10.2020-ci il tarixli, 2(103)-6968/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 sa ylı, 22 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçılar İddiaçı1 Sayiş oğlunun və İddiaçı2 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfi ndən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və eyni zamanda İddiaçı2 və İddiaçı1 vəkili Hüseynov Kamandar Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı1 və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq ed ilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -373.1-ci və 373.2-ci maddələrinə görə ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. -375-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (a ğır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma hə mçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya inst ansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, habelə əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 mənzilin alınması üçün pul vəsaiti verdiyinə dair heç bir sübut təqdim etməmiş, iddia tələbini yalnız şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, MPM-in 81ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instans iyası məhkəməsi hesab etmişdir ki, iddiaçıların irəli sürdüyü dəlillər əsaslı olmuş olsa idi belə, onun tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçların iddiasının faktiki əsası kimi istinad etdiyi müqavilə 1994-cü ildə bağlanmışdır. İddiaçılar isə yalnız 04.12.2018-ci il tarixdə hazırkı iddia tələbləri ilə çıxış etmişlər. Müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdi r. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6968/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2424/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2424/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver