Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-227/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Alakhverdiyev Arazın iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi “Hyundai Elantra” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 780 (yeddi yüz səksən manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 810,40 (səkkiz yüz on manat 40 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi cavabdeh X2 məxsus “İsuzu Saz” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində hərəkət edərək manevr etmə qaydasını pozaraq sol zolaqda hərəkət edən “Hyundai Elantra” markalı, 99 LP 792 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığortalar haqqında qanunun 63-cü maddələrinə əsasən Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin YPXA-nin TP 287490 saylı X4 Haqqında Qərarında öz əksini tapmışdır. xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Elantra" markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə 780 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 047611 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti 780 manat sığorta ödənişi həyata keçirmişdir. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 780 (yeddi yüz səksən manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Alakverdiyev Araz iddia tələbini müdafiə edərək tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, cavabdehlər məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: 847611 saylı sığorta aktından görünür ki, Xəlilov Ruslan “İsuzu Saz” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini (faydalanan şəxs əhmədov Ruslan Əli oğlu) xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətə 55.000 manata sığortalamışdır. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, X5 ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış “Hyundai Elantra” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 780.00 manat təşkil edir. Nəqliyyat vasitələrini yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Hyundai Elantra” markalı, ** LP *** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərərin 780 manat məbləğində müəyyən edilməsi müəyyən edilmişdir. TP 287490 saylı xx.xx.2018-ci il tarixli X4 haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən «İSUZU SAZ AVTOBUS MİCROAVTOBUS» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən X1 adında qeydiyyatdadır. xx.xx.2018-ci il tarixli ödəmə tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC-ti tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə 46795.00 manat məbləğində ödəniş etmişdir. İşin faktiki halları “İsuzu Saz” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Cavabdeh idarə etdiyi X2 məxsus “İsuzu Saz” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisə törədərək “Hyundai Elantra” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsində (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC “Hyundai Elantra” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə tərəfindən ödənilmiş 780 (yeddi yüz səksən manat 0 qəpik) manat məbləğində sığorta ödənişinin Cavabdeh tutularaq ona verilməsini tələb edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“İcbari sığortalar haqqında” Qanun 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi “İsuzu Saz” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta”sı növü ilə sığortalanmışdır. Cavabdeh idarə etdiyi X2 məxsus “İsuzu Saz” markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisə törədərək “Hyundai Elantra” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsində (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hazırda İddiaçı Sığorta Şirkəti ASC “Hyundai Elantra” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə tərəfindən ödənilmiş 780 (yeddi yüz səksən manat 0 qəpik) manat məbləğində sığorta ödənişinin Cavabdeh tutularaq ona verilməsini tələb edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya münasibətini bildirməmişdir. Məhkəmə müəyyən edir ki, yuxarıda qeyd edilən hadisə nəticəsində “Hyundai Elantra” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomaşına 780.00 manat məbləğində zərər dəymiş və həmin məbləğ "xxxx" Sığorta Şirkəti ASC tərəfindən avtomaşının sahibinə ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 780 manat həcmində subroqasiya hüququ yaranmışdır.
Məhkəmənin gəldiyi Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişi müqabilində 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişi müqabilində 780 (yeddi yüz səksən) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova