Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2325/2020 17.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ HakimMəmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşıalimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2009-cu il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa sabit pul məbləğində 170 manat, cəmi 340 manat alimentin tutularaq iddiaçıya verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, xx xxxxxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər, birgə nikahlarından xx xxxxxx 2009-cu il tarixdə X5 və xx xxxx 2012-ci il tarixdə X6 dünyaya gəlmişlər. Cavabdeh iddiası əsasında xx xxxxx 2015-ci ildə Yevlax Rayon Məhkəməsinin qətnaməsi əsasında iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X4 arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli nikah pozulmuş, azyaşlı X5 və X6 yetkinlik yaşına çatana kimi analarının, yəni onun himayəsində saxlanılmışdır. Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq azyaşlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ona verilməsi qət edilmişdir. Daha sonra, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alınması qət edilmişdir. Hazırkı məbləğ uşaqların saxlanılması üçün yetərli deyildir. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun hazırda digər nikahdan da 1 övladının olduğunu, ina görə də, hər uşağa 170 manat ödəyə bilməyəcəyini bildirdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. Beləliklə, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında rəsmi nikah mövcud olmuş, birgə nikahdan onların iki övladları vardır. Sonradan nikah məhkəmə qaydasında pozulmuş, cavabdehdən hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı aliment məbləğinin artırılaraq hər uşağa görə 170 manat müəyyən edilməsini xahiş edir. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(010)-4953/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2016-cı il tarixindən başlayaraq, hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin alınması və İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinin tələbinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşaq üçün aliment valideynin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manata çatmışdır. Ona görə də bir uşağın saxlanılması üçün təyin edilən alimentin miqdarı 2020-ci il üçün nəzərdə tutulmuş uşaqlar üçün yaşayış minimumuna uyğun olmalıdır. Məhkəmə hazırkı işdə alimentin artırılaraq 170 manat müəyyən edilməsini azyaşlının hüquq və mənafeləri baxımından qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağı saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini də qəbuledilən hesab etmir. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə alimentin artırılaraq 170 manat həddində müəyyən edilməsini məqsədə və qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)- 4953/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulmuş alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 170 manat olmaqla, hər ay cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul tutularaq dövlət büdcəsinə keçirilsin. Artırılmış aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2325/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2325/2020
17.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver