Məhkəmə qərarları › İş №2(010)-2329/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2329/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2329/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.06.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06.01.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 29.06.2009-cu il təvəllüdlü X5 adlı bir uşaqları olmuşdur. Cavabdehlə birgə yaşamaqları, ailə münasibətlərini davam etdirmək mümkün olmamışdır. 17.04.2014-cü il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 (010)-47932014 saylı qətnaməsi ilə nikahları ləğv edilmişdir. Daha sonra isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli 2 (010)-2015/2021 saylı qətnaməsinə əsasən birgə nikahdan olmuş 29.06.2009-cu il təvəllüdlü X2 onun yanında saxlanması müəyyən olunmuşdur. Cavabdeh ilə nikahları pozularkən qızı X5 onunla yaşamış və uşağın anasına verilməsi mümkün olmamışdır. Uşağın onun yanında qalması müəyyən olunduqdan sonra da onunla yaşayır və onun hər bir ehtiyacını o, ödəyir. Həmin vaxtdan etibarən cavabdeh heç bir aliment ödəməmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia tələbi ilə razı olmadığını bildirərək, onun kredit öhdəliyinin olmasını, ağır şəraitini, anasının köməkliyi ilə dolanmasını, sabit qazancının olmamasını nəzərə alaraq ondan hər ay 50 manat məbləğində alimenin tutulmasını və aliment tutularkən iddiaçının ona borclu olduğu 766 manatın əvəzləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: -Suraxanı Rayon Məhkəməsinin 2(010)-4793/2013 saylı, 17.04.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 11 nömrəli qeydlə 06.01.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 29 iyun 2009-cü il təvəllüdlü X2 anası - Cavabdeh yanında qalması və İddiaçı 29 iyun 2009-cü il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə 22 aprel 2014-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının və başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. - Suraxanı Rayon Məhkəməsinin 2(010)-2015/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia tələbinin təmin edilməsi, birgə nikahdan doğulmuş 29.06.2009-cu il təvəllüdlü X2 ilk İddiaçı yanında qalması, ilk İddiaçı Suraxanı Rayon Məhkəməsinin 17.04.2014-cü il tarixli, 2(010)-192/2014 saylı qətnaməsinə əsasən 29.06.2009-cu il təvəllüdlü X1 üçün ödəməli olduğu alimentdən azad edilməsi, qətnamə üzrə verilmiş icra sənədinə əsasən yığılmış aliment bocunun silinməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh Suraxanı Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2(010)-4973/2019 saylı qətnaməsi üzrə yığılmış aliment borcundan azad edilməsi qət edilmişdir. - 21.06.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, X3 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m olan mənzil Cavabdeh kirayəyə verilmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahlarından bir övladları doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4793/2013 saylı, 17.04.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan doğulmuş 29.06.2009-cu il təvəllüdlü X2 Cavabdeh yanında qalması müəyyən edilmişdir. Daha sonra isə Suraxanı Rayon Məhkəməsinin 2(010)-2015/2021 saylı, 04.11.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş azyaşlının anası Cavabdeh alınaraq atası İddiaçı verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələb edir. Məhkəmə ilk öncə etiraz ərizəsinə münasibətdə qeyd edir ki, cavabdeh Cavabdeh ondan birgə nikahdan doğulmuş 29.06.2009-cu il təvəllüdlü X1 üçün hər ay 50 manat məbləğində aliment tutulmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, hazırki dövrdə qeyd olunan aliment məbləği azyaşlının dolanışıq meyarlarına cavab verə bilməyəcəyindən qeyd olunan məbləğdə aliment təyin edilməsi azyaşlının mənafeyi baxımından məqsədəuyğun hesab edilə bilməz. Məhkəmə hazırki iddia tələbini isə qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəllənin 78.1-ci maddəsində isə göstərilmişdir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını tələb etsə də, lakin Cavabdeh daimi qazanc mənbəyinin və başqa gəlirinin olmasını sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin cavabdehin aylıq qazancının ¼ hissəsi miqdarında tutulması əsaslı deyildir. Çünki, cavabdehin stabil aylıq gəlirinin olub-olmaması məlum deyil, eləcə də, həmin gəlir varsa belə, onun miqdarı məhkəməyə bəlli deyildir. Ona görə də, məhkəmə azyaşlının mənafeyini nəzərə alaraq aliment məbləğini təyin edərkən ölkə üzrə cari ildə uşaqlar üçün yaşayış minimumu həddini əsas götürür. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan azyaşlının saxlanılması üçün minimum yaşayış həddinə uyğun məbləğ seçilməlidir. Tərəflərin birgə nikahından doğulmuş 29.06.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin təyin edilməsi qanunauyğun və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddia ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 18.04.2022-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Musayeva Səkı̇ nə Akı̇ f qızından 18.04.2022-ci il tarixdən hesablanmaqla 29.06.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 50 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar