Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2374/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X4 və 07.09.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment və uşaqlara baxmaq üçün 200 manat sabit məbləğin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldırması barədə ərizə təqdim edərək, Cavabdeh birgə nikahdan doğulmuş 06.09.2013-cü il təvəllüdlü X4 və 07.09.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 20.11.2012ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli 2(012)-373/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 06.09.2013-cü il təvəllüdlü X4 və 07.09.2015-ci il təvəllüdlü X3 adlı iki övladı dünyaya gəlmişdir. Həmin qətnaməyə əsasən hər iki uşağın ananın himayəsində saxlanılması qət edilmişdir. İddiaçı heç yerdə işləmir, qazanc yeri də yoxdur. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində Xüsusi Xilasetmə Xidmətində işləyir. Əlavə olaraq onun Bakı şəhəri Babək prospektində "Sultan" çay evinin yanında avtomobil ehtiyat hissələrinin satış mağazası var. Cavabdehin maaşından əlavə kifayət qədər yaxşı gəliri də var. Uşaqlardan böyüyü məktəbə gedir. Onun məktəbə hazırlanması, dərsləri, tərbiyəsi ilə məşğul olmağa, sağlam və mədəni yetişmələrinə maddi vəsait lazımdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək cavabdehdən 06.09.2013-cü il təvəllüdlü X4 və 07.09.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bir valideyn olaraq övladlarının qayğısına qalacaq, hətta aralarında olan nikah pozulanadək uşaqlara təkbaşına baxdığını bildirərək əmək haqqının 1/3 hissəsinin tutulmasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: - Bakı şəhər Abşeron Rayon Məhkəməsinin 2(012)-373/2021 saylı 05.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 20.11.2012-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1675 №-si ilə qeyd edilmiş nikah pozulmuş, 06.09.2013-cü il təvəllüdlü X4 və 07.09.2015-ci il təvəllüdlü X3 boşanmadan sonra İddiaçı (ananın) himayəsində qalmışlar. -AR Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilaetmə Xidməti Cevik Xilasetmə İdarəsinin 28.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh AR Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilaetmə Xidməti Cevik Xilasetmə İdarəsində xilasedici vəzifəsində işləyir və aylıq əmək haqqı 561,14 manat alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Həmin Məcəllənin 76.1.2. 2-ci madəsinə görə uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Məhkəmə cavabdeh tərəfin aliment məbləğini əmək haqqısının 1\3 hissədə tutulması barədə etirazını yetkinlik yaşına çatmayanların hüquq və mənafeləri baxımından qəbuledilən hesab etmir. Belə ki, cavabdehin aylıq əmək haqqısı 561 manat, 14 qəpik təşkil edir. Bu məbləğin 1/3 hissəsi 187 manat edir ki, bundan da hər uşağa 93.50 manat aliment miqdarı qalır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, hər uşağa 93,50 manat aliment təyin edilməsi yetkinlik yaşına çatmayanların mənafeləri baxımından və maddi hüquq normalarının tələbləri baxımından qəbuledilməzdir. Çünki, təyin ediləcək aliment məbləği uşağın əvvəlki həyat şəraitinə uyğun və ya ona yaxın həyat şəraitinin təmin edilməsi məqsədini güdür və bu yöndə aliment ödəməli olan valideynin rəsmi qazancının olmaması və ya az olması heç bir halda azyaşlının üstün hüquqlarının pozulmasına səbəb olmamalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən, onun iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 175 manat məbləğində təyin edilməsini ədalətli və qanuna uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə iddiaçıdan uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını ədalətli, əsaslı və qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plemunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericilyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin tutulması, iddiaçı tərəfin ərizəsi məhkəməyə daxil olduğu tarixdən, başqa sözlə 06.04.2021-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin tutulması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və AR MPM-nin yuxarıda qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə… Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 06.04.2021-ci il tarixdən hesablanmaqla 06.09.2013-cü il təvəllüdlü X4 və 07.09.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin.Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən apellyasiya şikayəti verilməsi alimentə aid hissədə onun icrasını dayandırmır Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2374/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2374/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver