Məhkəmə qərarları › İş №2(010)-2392/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2392/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2392/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin və uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması. İddia tələbinin dəlilləri İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı bir övladı var. Cavabdehlə ailə qurduqdan sonra cavabdehin qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində cavabdehin valideynləri ilə birlikdə yaşamışdır. İlk vaxtlar cavabdehlə ailə münasibətləri yaxşı olmuş, lakin sonradan cavabdehin iddiaçıya və ailəsinə qarşı münasibəti dəyişməyə başlamışdır. Cavabdeh heç bir əsaslı səbəb olmadan iddiaçını və azyaşlı uşağını yaşadığı evdən qovmuşdu. İddiaçı hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin kirayədə yaşadığı evdə yaşamalı olmuşdur.. Cavabdeh iddiaçını və azyaşlı uşağını evdən qovduğu gündən bu günə kimi nə iddiaçı ilə, nədəki uşağı ilə maraqlanmamışdı. Cavabdeh bu günə kimi uşağın saxlanmasında iddiaçıya heç bir maddi yardım etmir. Dəfələrlə uşağın saxlanması üçün cavabdehə müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdı. İddiaçı işləmədiyindən övladının saxlanmasında çətinlik çəkir. Uşağın günü-gündən artan bütün tələbatlarını valideynləri güclə ödəyirlər. Cavabdeh ailəyə nə maddi, nədə ki, mənəvi olaraq baxmır. Cavabdehlə uşağın saxlanmasına dair aralarında heç bir saziş yoxdur. Cavabdehlə aralarında olan rəsmi nikah pozulmamışdır. Məsələnin həlli ilə bağlı ilk olaraq Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya prosesində iştirak etmədi. İddiaçı da uşağın saxlanması üçün cavabdehdən aliment tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən birgə nikahdan olan uşağın saxlanması alimentlə yanaşı və uşaq üç yaşına çatana kimi əlavə xərc də tələb edir. Cavabdehin alimenti və əlavə xərci ödəməyə maddi imkanı var. Belə ki, cavabdeh hazırda hərbidə işləyir və aylıq gəliri hardasa 1200 manat təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, o, hərbiçidir və 730 manat məbləğində əmək haqqı alır. O, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün aylıq əmək haqqının 1/4 hissəsi miqdarında aliment verməyə razıdır. Lakin iddianın “uşağın 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimntin iddiaçının xeyrinə tutulması” hissəsini qəbul etmir. Belə ki, o, hər ay 500 manat məbləğində kredit ödəyir. İş materialları 4 saylı Bakı “AsAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü ildə doğulmuşdur və valideynləri Cavabdeh ilə İddiaçıdır. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00397 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı təsvir etdiyi “aliment və əlavə pul xərci tutulması” tələbinə dair mübahisəsi üzrə Cavabdeh ilə mübahisəni davam etdirə bilməmişdir. İşin faktiki halları İddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, Cavabdeh birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin və uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını istəyir. Cavabdeh iddianı qismən təmin edilməsini, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay aylıq gəlirinin ¼ hissəsi miqdarında aliment ödəməyə razı olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 27-ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. "Uşaq hüquqları haqqında " Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Həmin Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmənin mövqeyi İddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı övladı anadan olmuşdur. Hazırda iddiaçı, Cavabdeh birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancın və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin və uşaq 3 yaşına çatanadək hər ay 200 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını istəyir. Cavabdeh iddianı qismən təmin edilməsini, xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay aylıq gəlirinin ¼ hissəsi miqdarında aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə zamanı müəyyən edir ki, Cavabdeh hərbiçidir və 730 manat məbləğində əmək haqqı alır. Məhkəmə uşağın qayğısına qalmaq, uşağını saxlamaq hər bir valideynin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcu olmasını, təyin olunmuş alimentin uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, o cümlədən normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasına, fiziki cəhətdən inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və sair xidmət etməsini, uşağın azyaşlı olmaqla gündəlik tələbatını nəzərə alaraq, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq cavabdehdən övladlarının saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə müəyyən edir ki, iddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə vermişdir. İddianın "xx.xx.2023-cü il təvəllüdlü X2 üç yaşına çatanadək iddaçı İddiaçı saxlanılması üçün onun xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsi" hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, AR AM-in 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Göründüyü kimi, qeyd olunan normanın tələbinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfdən aliment ödəməsini, yalnız keçmiş ərdən həmin tərəfin aliment ödəməyə zəruri vəsaitə malik olduğu halda məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı sözügedən tələblə məhkəməyə müraciət etsə də, cavabdehin həmin əlavə xərcləri ödəmək üçün zəruri vəsaitə malik olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən övladı - xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Sözügedən normadan irəli gələrək məhkəmə qeyd edir ki, bu qətnamə dərhal icra olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar