Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2424/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X6 18 yaşı tamam olan günə qədər sabit pul məbləğində 235 manat alimentin və uşağın 3 yaşı tamam olan günə qədər 80 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin əsaslandırıldığı hallar. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə iş yoldaşı olmuşdur, qeyri-rəsmi münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X8 adlı bir övladları var. Münasibətləri normal olsa da, sonradan münasibətləri kəskinləşdiyindən onlar artıq bir yerdə yaşamırlar. Öz övladına özü baxır. Onun maddi dəstəyini ata – anası ödəyir. Cavabdeh bir valideyn kimi öz borcunu yerinə yetirməkdən boyun qaçırır. Artıq o hesab edir ki, onun hərəkətləri qanuna zidd olmaqla yanaşı həmdə ədalətsizlikdir. Buna görə də məhkəməyə müraciət edərək uşağa görə onun saxlanılması üçün atasından aliment almaq qərarına gəlmişdir. Qarşılıqlı iddia ərizəsi xx.xx.2024-cü il tarixində Cavabdeh nümayəndəsi və vəkili Vəkil “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin təmin olunmamasını, xx.xx.2022-ci il təvəllüdlü X6 atası olmadığına dair, xx.xx.2022-ci il təvəllüdlü X7 verilmiş doğum haqqında akt qeydində dəyişikliyin edilməsinə və xx.xx.2022-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydinin soyad qrafasında “Qasımov”, ata adı qrafasında “Vüsal” adının çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, icraatda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 2(010)-2424/2024 saylı mülki iş vardır. Bir müddət öncə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə faktiki nikah münasibətləri olmuşdur. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona bu münasibətdən övladı olduğunu demiş, onun saf niyyətindən istifadə edib onu inandıraraq, eyni zamanda onun şərəf və ləyaqətinə xələl gətirmək hədəsi ilə təhdid edərək xx.xx.2022-ci il tarixdə dünyaya gətirdiyi uşağa onun atalıq verməyini tələb etmişdir. O, həmin zaman ona inanmış, həmin uşağın onun övladı olduğunu zənn etmiş, bu səbəbdən həmin uşağın doğum haqqında şəhadətnaməsində ata adı qrafasında onun adının, soyad qrafasında isə onun soyadının yazılmasına etiraz etməmişdir. Xüsusilə vurğulayır ki, daha sonra qərəzsiz mənbədən əldə etdiyi məlumatlara əsasən ona məlum olmuşdur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müxtəlif şəxslərlə faktiki nikah münasibətlərində olmuşdur. Bu isə xx.xx.2022-ci il təvəllüdlü X6 həqiqətən də onun övladı olub-olmaması xüsusatında onu əsaslı şübhəyə salmışdır. Cari gündə isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “aliment” tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat məbləğində alimentin, eyni zamanda xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşına çatanadək 80 manat məbləğində alimentin ondan tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə ödənilməsini tələb etmişdir. Bununla o, sadəcə maddi vəsait əldə etməyə çalışır. Nəticə etibarilə isə onun qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Odur ki, yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə müvafiq məhkəmə tibbi ekspertizasının keçirilməsinə, xx.xx.2022-ci il təvəllüdlü X6 onun oğlu olub-olmamasının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması nöqteyi-nəzərindən ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunauyğun hesab edir. Tərəflərin izahatları. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, aliment tələb edir. Analıq məzuniyyətindədir. Atası ürəyindən əməliyyat olunub. Uşaq çox balacadır deyə baxçaya da qoya bilmir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Mediasiya Şurası Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “X3 iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında MŞB/16-00705 nömrəli mediasiya işi açılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş X3 İddiaçı iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, AZ-İV seriyalı, 958818 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) 22 dekabr 2022-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 750 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 6 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13- 556/2024 saylı məktubu ilə 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il təvəllüdlü X6 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli AZ-İV 958818 seriya və nömrəli doğum haqqında şəhadətnamənin verilmə əsasını təşkil edən sənədlərin surətləri mülki işə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 9105 1 0750 22022023 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində Cavabdeh, ana haqqında məlumat hissəsində İddiaçı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli, 958818 nömrəli atalığın müəyyən edilməsi haqqında akta əsasən, uşağın soyadı Qasımov olaraq dəyişdirilmiş, ata qrafasında Cavabdeh əlavə olunmuşdur. İddiaçı tərəfindən 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, uşağın soyadının X4 yazılması xahiş edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik hüquqi şəxsi Bakı şəhəri Baş Səhiyyə Mərkəzi 8 nömrəli Uşaq Poliklinikasının xx.xx.2023-cü il tarixli, 142 nömrəli arayışından görünür ki, X4 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuş, 8 nömrəli Uşaq Poliklinikasında qeydiyyatdadır, heç bir xəstəliyi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin **********93 nömrəli doğum haqqında tibbi şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 atası barədə məlumat hissəsində heç bir məlumat əks olunmamışdır. 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin arayışından görünür ki, X4 xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuş, bu barədə 22 fevral 2023-cü il tarixdə 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 750 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X5, anası: İddiaçı göstərilmiş və qeyd edilmişdir ki, doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İş materiallarında olan 9105 5 0312 18122023 nömrəli atalığı müəyyən etmək haqqında aktın qeydindən görünür ki, valideynlərin birgə razılığı əsasında ərizə təkrar verilmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə ünvanlanmış atalığın müəyyən edilməsi haqqında ərizədən görünür ki, tərəflərin birgə ərizəsi əsasında doğum haqqında akt qeydində uşağın soyadının X8 yazılması və doğum haqqında yeni şəhadətnamə verilməsi xahiş edilmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli, AZ-İV seriyalı, 859609 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası X5, anası İddiaçı) 22 dekabr 2022-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 750 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3315 1 0051 19081995 nömrəli doğum haqqında aktın qeydində xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh ilə bağlı məlumatlar əks olunmuşdur. İş materiallarında olan 2322 1 0268 16111989 nömrəli doğum haqqında aktın qeydində xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ilə bağlı məlumatlar əks olunmuşdur. 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 464249 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 dekabr 2022-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 312 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin 315/2024-MTBŞ nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, genetik test nəticəsində ata ilə uşaq arasında tam şəkildə uyğunluq aşkarlanmışdır və Cavabdeh ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olması təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizəsinə əsasən, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh icraatda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsinə dair” qarşılıqlı iddia tələbinin baxılmamış saxlanılması xahiş edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2424/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ərizəsi təmin edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi ...44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur... Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd ...46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.... Maddə 47. Atalığa, analığa dair mübahisə açma 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Maddə 48. Nikahda olmayan şəxslərdən olmuş uşaqların hüquq və vəzifələri Bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi ...84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;.. Maddə 85. Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququ 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad;... Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.3. aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. ...119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri: 13-cü maddəsi: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsi: ...valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi: Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.1.2 Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah münasibətləri mövcud olmamış və tərəflərin qeyri-rəsmi münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. 6 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 464249 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsi ilə Cavabdeh 22 dekabr 2022-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 312 nömrə ilə qeyd edilmişdir. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbi ilə məhkəməyə ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin ilkin iddia üzrə cavabdehdən tutulmasını tələb etmişdir. Tələbin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı bu uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə münasibətlərindən doğulmuş uşağa da şamil edilməlidir. Məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 2024-cü il tarixdə uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Alimentin məhkəməyə müraciət edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 16(010)-86/2024 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınmaqla) Cavabdeh tutulması məqsədəuyğundur. İlkin iddia üzrə tələbin digər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı övladı xx.xx.2022-ci il təvəllüdlü X6 3 yaşı tamam olan günə qədər 80 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR Ailə Məcəlləsinin 84 və 85-ci maddələrinə istinadən, tərəflər arasında nikah münasibətləri mövcud olmadığından iddiaçı ümumi uşağın doğulduğu gündən 3 il ərzində aliment almaq hüququna malik deyildir. Həmin qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız nikah münasibətləri mövcud olan və yaxud mövcud olmuş şəxslərə (ər-arvad, keçmiş ər-arvad) birbirini saxlamaq vəzifəsi və nikah dövründə və ya pozulduqdan sonra aliment almaq hüququ şamil edilir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında nikah münasibətləri mövcud olmadığından tələb bu hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il təvəllüdlü X8 tərəflərin qeyri-rəsmi münasibətlərindən doğulduğuna görə, uşaq ilk olaraq anasının soyadı ilə, yəni “X4” kimi qeydiyyata alınmış, daha sonra tərəflərin birgə razılığı və ərizəsi əsasında qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi ilə “X8” kimi qeydiyyata alınmışdır. Qanunvericiliyin tələbinə əsasən, uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə isə onu vurğulayır ki, Cavabdeh razılıq verildiyi vaxtda uşağın həqiqi atası olub-olmamasından xəbərdar olmağı iş materialları ilə müəyyən edilmir. Lakin, sonra Cavabdeh İddiaçı tərəfindən aldadılması əsası ilə İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bu məsələyə dair mübahisə yarandığından məhkəmə işi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsinin rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X6 bioloji atası olması təsdiq edilmişdir. Məhkəmə ekspertiza rəyi ilə razılaşır və hesab edir ki, rəyə tənqidlə yanaşması üçün əsaslar mövcud olmadığından, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X6 valideyni olması iş materialları ilə tam sübut edilir. Bu xüsusatla məhkəmə, həmçinin, qeyd edir ki, atalıq ilə bağlı uşağın qeydiyyatına dair tələblər: xx.xx.2022-ci il təvəllüdlü X7 verilmiş doğum haqqında akt qeydində dəyişikliyin edilməsi və xx.xx.2022-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydinin soyad qrafasında “Qasımov”, ata adı qrafasında “Vüsal” adının çıxarılması təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X6 18 yaşı tamam olan günə qədər sabit pul məbləğində 235 manat aliment xx.xx.2024-cü il tarixdən hesablanmaqla (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 16(010)-86/2024 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınmaqla) tutularaq, İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X6 18 yaşı tamam olan günə qədər sabit pul məbləğində 235 manat məbləğində aliment xx.xx.2024-cü il tarixdən hesablanmaqla (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 16(010)-86/2024 saylı qərardadı ilə tutulan müvəqqəti aliment nəzərə alınmaqla) tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ödənilməmiş 48,2 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-2424/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2424/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver