Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2440/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı* iştirakı ilə, İddiаçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh3 və Cavabdeh*nə qarşı (üçüncü şəxs “X2* Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi) “icra qeydinin ləğv edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiаçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh3 və An İmport. Export” Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda Cavabdeh*) qarşı (üçüncü şəxs “X2* Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi) “ “icra qeydinin ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh3 dövlət notariusu vəzifəsini icra edən X5 25 noyabr 202*-ci il tarixli ipoteka saxlayan “X29” MMC-nin borcalan “X2* Təsərrüfatı” MMC-dən və zamin X6 vaxtında ödənilməmiş 30554.5 manat pulun tutulması və tutmanın İddiaçı2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev *2b, mənzil * ünvanında yerləşən əmlaka yönəldilməsi barədə icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı* istefada olan polis zabitidir, Birinci Qarabağ müharibəsi veteranıdır. 29 oktyabr 20*9-cu il tarixində Satıcı-İpoteka saxlayan "xxxx" MMC bir tərəfdən, digər tərəfdən “İpoteka qoyan” - həyat yoldaşı İddiaçı2 və yenə digər tərəfdən “X2* Təsərrüfatı” MMC olmaqla, eyni tarixdə həm də “Satıcı-İpoteka saxlayan” "xxxx" MMC bir tərəfdən, digər tərəfdən isə “X2* Təsərrüfatı” MMC-nin təsisçisi X*7 olmaqla zaminlik müqaviləsi bağlayaraq, ümumi satış limiti *20000 manat təşkil edən malların dəyərinin ödənilməsinin təminatı olaraq ipoteka qoyana məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində yerləşən *2B nömrəli evin * saylı mənzili ipoteka predmeti olaraq qoyulmuş və müvafiq olaraq 0* saylı ipoteka və zaminlik müqaviləsi bağlanılmışdır. Həmin 29 oktyabr 20*9-cu il tarixli ipoteka müqaviləsində “X2* Təsərrüfatı” MMC-nin adından direktor kimi X7 yazılsa da, iddiaçı bu MMC-nin heç vaxt nə direktoru, nə də təsisçisi olmamışdır. İddiaçının o müqaviləni imzalamağına səbəb o olmuşdur ki, onun həyat yoldaşının adına olan mənzil ipoteka qoyulduğundan, onun bu müqavilənin icrasına nəzarət etmək imkanı olsun. İddiaçı və onun həyat yoldaşı İddiaçı2 heç vaxt VÖEN-i olmamış və sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışlar. “X2* Təsərrüfatı” MMC-nin təsisçisi X*7, direktoru isə qardaşı X*0r. Yuxarıdakı müqavilələrin bağlanılmasına səbəb həm də o olmuşdur ki, “X2* Təsərrüfatı” MMC-nin təsisçisi X*7 *6 may 20*9-cu il tarixində icarəçi kimi icarəyə verən vətəndaş X4 Bakı şəhəri * nömrəli Zeytunluq ərazisində yerləşən 689*.6* m2 sahədən ibarət quşçuluq obyektini icarəyə götürmüş, həmin quşçuluq obyektinin fəaliyyətini təmin etmək, yəni onu yem məhsulları ilə təmin etmək məqsədilə 29 oktyabr 20*9-cu il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Bundan əlavə, 25.*0.20*9-cu il tarixində “X2* Təsərrüfatı” MMC-nin təsisçisi X*7, X8 və İddiaçı* arasında öhdəlik müqaviləsi bağlanılmışdır ki, bu müqaviləyə əsasən tərəflərin quşçuluq təsərrüfatı fəaliyyəti üçün öz üzərlərinə götürdükləri öhdəliklər müəyyən edilmişdir. Həmin müqavilələr bağlanıldıqdan sonra, yəni 20*9-cu ilin noyabr ayının *-dən başlayaraq fəaliyyətə başlanılmış və həmin müqavilə üzrə "xxxx" MMC-dən “X2* Təsərrüfatı” MMC-yə müxtəlif vaxtlarda və miqdarlarda, cəmi 250.000 manat dəyərində yem məhsulları verilmiş və bundan “X2* Təsərrüfatı” MMC 225.000 manatını ödəmiş, yekun olaraq 25.000 manatını isə borclu qalmışdır. Sonradan “X2* Təsərrüfatı” MMC ilə icarəyə verən vətəndaş X*2 arasında bağlanılmış *6 may 20*9-cu il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi, icarə haqqı və s. vaxtında verə bilmədiyi səbəbindən müqaviləyə xitam verilmiş və “X2* Təsərrüfatı” MMC oradan çıxarılmış və onun fəaliyyəti dayandırılmışdır. Həmin 25.000 manat borcun ödənilməməsinə səbəb isə o olmuşdur ki, “X2* Təsərrüfatı” MMC icarə yerindən çıxarılandan sonra yerdə qalan 30.000 manat dəyərində olan quşçuluq məhsulunu təsisçi X*7 və digər öhdəlik götürən X* və pulu 29 oktyabr 20*9-cu il tarixli ipoteka müqaviləsi üzrə borcun bağlanılmasına yönəltmək əvəzinə onu mənimsəmişlər. Onlar bu borcu qaytaracaqlarına dəfələrlə söz versələr də, bu vədlərinə əməl etməmişlər. Ona görə də iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına şikayət olunmuş, hazırda Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. 2022-ci il tarixində iddiaçı Bakı şəhəri Yasamal rayon İcra şöbəsində zəng olunaraq şöbəyə dəvət edilmiş və məlum olmuşdur ki, Cavabdeh3 dövlət notariusu vəzifəsini icra edən X*5 25 noyabr 202*-ci il tarixində həmin ipoteka və zaminlik müqaviləsi üzrə ipoteka saxlayan "xxxx" MMC-nin xeyrinə X6 30554.5 manat məbləğində pulun tutulması və tutmanın İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev *2b, mənzil * ünvanında yerləşən əmlaka yönəldilməsi barədə icra qeydi verilmişdir. İddiaçı bu məsələni öyrəndikdən sonra "xxxx" MMC-nin rəhbərliyi ilə görüşmüş, məsələni ona izah etmiş və onlar Yasamal rayon İcra şöbəsinə müraciət edərək icra işinin dayandırılmasını xahiş etmişlər. Bundan sonra iddiaçı X*7 və digər öhdəlik götürən X3 hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş, məsələnin həlli uzandığından ipoteka saxlayan təkrar icra şöbəsinə müraciət etmiş, hazırda iş hərrac keçirilməsi üçün qiymətləndiriciyə göndərilmişdir. Cavabdeh3 dövlət notariusu vəzifəsini icra edən X*5 25 noyabr 202*-ci il tarixində həmin icra qeydi verən zaman “Notariat haqqında” Qanunun və “İpoteka haqqında” Qanunun normalarını pozmuşdur. Belə ki, “İpoteka haqqında” Qanunun 36.*-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İpoteka saxlayan isə iddiaçılara heç vaxt bildiriş göndərməmiş, notariusun icra qeydinin surətini onlar ancaq icra şöbəsindən almışlar. 29 oktyabr 20*9-cu il tarixli ipoteka müqaviləsində Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində yerləşən *2b nömrəli evin * saylı mənzilinin dəyərini 2*0.000 manat dəyərləndirilmişdir ki, hazırda X** 30554.5 manat borcu üçün hərraca çıxarılır.
İddia tələbinə etiraz.
3. Cavabdeh "xxxx" MMC iddia tələbinə etirazla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
4. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və iddiaçının hazırkı iddia tələbini verməsində səbəb tamamilə fərqlidir. İcra qeydi üzrə icra vərəqəsi hazırda Yasamal rayon İcra şöbəsinin icraatındadır. İddiaçı (icra sənədi üzrə borclu) dəfələrlə Cəmiyyətə müraciət edərək ona vaxt verilməsini xahiş etmişdir. İddiaçı icra sənədi üzrə tələbi könüllü icra etmədiyindən məcburi icra tədbirlərinin keçirilməsi barədə icra şöbəsinə müraciətlər edilmişdir. Hazırkı iddia tələbi məhkəmənin icraatında olduğu müddətdə iddiaçı tərəfindən Cəmiyyətə *0.000 manat məbləğində pul ödənilmiş, qalıq məbləğin ödənilməsi üçün iyul ayının sonuna kimi vaxt istənilmişdir ki, evi satılmasın. İddiaçı eyni zamanda özü də dəfələrlə bildirmişdir ki, icra məmurunun təzyiqlərindən qurtulmaq üçün icra qeydini formal olaraq mübahisələndirmişdir. Göründüyü kimi, əgər iddiaçı icra qeydi ilə razı deyildirsə, niyə *0.000 manat ödəniş edirdi? Eyni zamanda borcun tutulması ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Odur ki, iddia tələbi əsassız olduğundan rədd olunması xahiş edilir.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında iddiaçı (eyni zamanda digər iddiaçının nümayəndəsi) İddiaçı* iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.
İş materialları.
7. X*2 (İcarəyə verən) və “X2* Təsərrüfatı” MMC adından X*7 (İcarəçi) arasında notarial qaydada bağlanmış *6.05.20*9-cu il tarixli icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” Bakı şəhər * nömrəli Zeytunçuluq Sovxozunun ərazisində yerləşən 689*.6* m2 sahədən ibarət olan quşçuluq obyektini icarəyə verməyi, “İcarəçi” icarə obyekti Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının *4 noyabr 20**-ci il tarixli, 2335 nömrəli Sərəncamı və *4 noyabr 20**-ci il tarixli, 2335 nömrəli icarə müqaviləsi ilə 49800 m2 torpaq sahəsinə dair icarə müqaviləsi, icarədə olan torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı kompleksinin tikintisinə icazə verilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti başçısının 08 avqust 20*2-ci il tarixli, *2*7 nömrəli Sərəncamı və inşa edilmiş bina və tikililərin istismara qəbul edilməsi haqqında Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş *7 sentyabr 20*3-cü il tarixli, 388 nömrəli akta əsasən X9 məxsus olan və Bakı şəhəri * nömrəli Zeytunçuluq Sovxozunun ərazisində yerləşən 689*.6* m2 sahədən ibarət olan quşçuluq obyektinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrində çıxarış əldə etməklə *9.03.202*-ci ilədək icarə müqaviləsini bağlamağı öhdəsinə götürür.
8. "xxxx" MMC (Satıcı) və “X2* Təsərrüfatı” (Alıcı) MMC arasında bağlanmış 29.*0.20*9-cu il tarixli, * nömrəli malın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, müqaviləyə əsasən, Satıcı müqavilənin qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz hissələri olan razılaşma protokollarında dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş cəmi *20000 manat satış limiti daxilində malları nisyə satmağı, Alıcı isə malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan müvafiq sənədlərə əsasən qəbul edərək, aldığı tarixdən qaimə-fakturalarda göstərilən məbləği 30 gün müddətində dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
9. "xxxx" MMC (Satıcı) və X*7 (Zamin) arasında bağlanmış 29.*0.20*9-cu il tarixli, 0* nömrəli zaminlik müqaviləsindən görünür ki, “Satıcı” ilə “X2* Təsərrüfatı” MMC arasında bağlanmış malın nisyə alğı-satqısına dair 29.*0.20*9-cu il tarixli, 0* nömrəli müqavilə və həmin müqaviləyə əlavələr, eyni zamanda müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokolları ilə əlaqədar olaraq, “Alıcı” “Satıcı” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Alıcı” ilə birlikdə “Satıcı” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. *0. "xxxx" MMC (Satıcı-İpoteka saxlayan), İddiaçı2 (İpoteka qoyan) və “X2* Təsərrüfatı” MMC (Alıcı) arasında bağlanmış 29.*0.20*9-cu il tarixli, 0* nömrəli ipoteka müqaviləsindən görünür ki, “Satıcı-İpoteka saxlayan” malın nisyə alğı-satqısına dair 29.*0.20*9-cu il tarixli, 0* nömrəli müqavilə və həmin müqaviləyə əlavələrin, eyni zamanda müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşma Protokollarının qüvvədə olduğu müddətdə, ümumi satış limiti *20000 manat təşkil edən malların dəyərinin ödənilməsinin təminatı olaraq “İpoteka qoyan”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsində yerləşən *2b nömrəli evin * nömrəli mənzilini ipoteka götürür. **. "xxxx" MMC tərəfindən “X2* Təsərrüfatı” MMC, İddiaçı2, İddiaçı* və X*3 ünvanlanmış *5.*2.2020; 22.02.202* və *9.05.202*-ci il tarixli pretenziyadan görünür ki, “X2* Təsərrüfatı” MMC-nin vaxtı keçmiş əsas kredit borcunun, eyni zamanda müqavilə şərtlərinə əsasən vaxtı keçmiş əsas borc üzrə aylıq 2% vaxtı keçmiş faiz borcunun məbləği barədə məlumat verilmiş və həmin məbləğin tam həcmdə ödənilməsi, əks halda ilk mərhələdə ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldiləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. *2. Cavabdeh3 tərəfindən 25.**.202*-ci il tarixdə verilmiş icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan – "xxxx" MMC-nin tələbi ilə borc alan – “X2* Təsərrüfatı” MMC-dən və Bakı şəhəri *9 saylı notariat ofisində 29.*0.20*9-cu il tarixli, 3M- **35 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş zaminlik müqaviləsinə əsasən, zamin – X6 öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 30554.5 manat əsas borc olmaqla, cəmi 30554.5 manat məbləğində pul tutulması, İpoteka qoyan – İddiaçı2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev *2b, mənzil * ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi təklif edilmişdir. *3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi *2b, mənzil * ünvanında yerləşən, ümumi sahəsi *42 m2 olan mənzil 29.*0.20*9-cu il tarixli, 0* nömrəli ipoteka müqaviləsi üzrə "xxxx" MMCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
İşin faktiki halları.
*4. Satıcı "xxxx" MMC (hazırda Cavabdeh* MMC) və Alıcı “X2* Təsərrüfatı” MMC arasında bağlanmış 29.*0.20*9-cu il tarixli malın nisyə alqı-satqısına dair müqaviləyə əsasən, Satıcı razılaşdırılmış malları *20000 manat satış limiti daxilində Alıcıya satmağı, Alıcı isə aldığı malların dəyərini 30 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. *5. 29.*0.20*9-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, "xxxx" MMC ilə X*7 arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Vaqif Babayev “X2* Təsərrüfatı” MMC-nin nisyə-alqı satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına görə onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. *6. 29.*0.20*9-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, "xxxx" MMC ilə İddiaçı2 arasında həmin tarixli ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyan İddiaçı2 “X2* Təsərrüfatı” MMC-nin nisyə-alqı satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına görə öz mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev *2 b, mənzil * ünvanında yerləşən mənzili ipoteka saxlayan "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Müvafiq yüklülük 0*.**.20*9-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. *7. "xxxx" MMC-nin müraciəti əsasında Cavabdeh3 dövlət notariusu 29.*0.20*9-cu il tarixli nisyə alqı-satqı və zaminlik müqavilələri üzrə “X2* Təsərrüfatı” MMC və X*8 tərəfindən ödənilməmiş 30554.5 manat məbləğində borcun tutulması və tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev *2 b, mənzil * ünvanında yerləşən mənzilə yönəldilməsi barədə 25.**.202*-ci il tarixli icra qeydi vermişdir.
Tətbiq edilən hüquq.
*8. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 26. İpoteka saxlayanın hüquq və vəzifələri. 26.*. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.*.7. bu Qanunun 37.*-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək. Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası. 36.*. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.*. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında * iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.*. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.*-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri. 37.*. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 2* təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi. 38.*. Bu Qanunun 37.*-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması. 39.2. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.*-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir.
*9. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 79. İcra qeydlərinin icra edilməsi üçün təqdim olunması. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin **.09.2000-ci il tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat.
Xİİ fəsil. İcra qeydlərinin aparılması. *6*. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın *69-*-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. *69-*. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 2* təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 2* təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.
2*. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, *56 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” siyahısı.
İ. Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması. *-*. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə *85. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
23. İşin faktiki hallarından görünür ki, İddiaçı2 öz mülkiyyətində olan mənzili "xxxx" MMC-nin (hazırda Cavabdeh* MMC) xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu yüklülük ilə o, “X2* Təsərrüfatı” MMC-nin "xxxx" MMC qarşısında 29.*0.20*9-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat vermişdir. Sonradan müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini iddia edən "xxxx" MMC müqavilə üzrə ödənilməmiş borcun tutulması və tutmanın İddiaçı2 məxsus ipoteka predmetinə yönəldilməsi üçün notariat orqanına müraciət etmiş, bu müraciət əsasında Siyəzən dövlət notariat ofisinin notariusu tərəfindən 25.**.202*-ci il tarixli icra qeydi verilmişdir. Hazırkı iddia ərizəsi ilə iddiaçılar tərəfindən məhz həmin icra qeydi mübahisələndirilmişdir.
24. Müvafiq tələbə mahiyyəti üzrə münasibət bildirməzdən əvvəl, məhkəmə, subyektiv hüquqla bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, ipoteka predmeti olan mənzil İddiaçı2 xüsusi mülkiyyətində olsa da, iş materiallarından görünür ki, müvafiq əmlak 24.02.20*7-ci il tarixdə həmin iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Yenə iş materiallarından görünür ki, İddiaçı2 digər İddiaçı*la *4.03.*984-cü il tarixdə nikaha daxil olmuşdur. Belə olan halda ipoteka predmeti olan əmlakın iddiaçıların birgə nikahı dövründə əldə edilmiş ümumi əmlak olduğu prezumpsiya edilir. Bu vəziyyətdə hazırkı iddia ilə mübahisələndirilən icra qeydi tərəflərin birgə mülkiyyətində olan əmlaka tutma yönəldilməsi ilə bağlı olduğundan hər iki iddiaçının pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət hüququ yaranmışdır.
25. Tələbin mahiyyətinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, iddiaçılar mübahisəli icra qeydinin ləğvinə yönələn tələblərini əsasən iki halla əsaslandırmışlar: *) müvafiq ipoteka müqaviləsi “X2* Təsərrüfatı” MMC-nin adından direktor kimi İddiaçı* tərəfindən imzalansa da, o, heç vaxt bu MMC-nin direktoru olmamışdır; 2) notarius tərəfindən icra qeydi aparılmazdan əvvəl borclunun ünvanına tələbin icra edilmədiyi halda müvafiq icra qeydi aparılacağı barədə bildiriş göndərilməli olduğu halda buna əməl edilməmişdir. Göründüyü kimi, iddiaçılar birinci halda icra qeydinin aparılmasına əsas olmuş ipoteka müqaviləsinin etibarlılığını, ikinci halda isə icra qeydinin qəbulu prosesinin qanunvericiliyin tələblərinə uyğunluğunu mübahisələndirmişlər.
26. Mübahisəli icra qeydinin tərtib edildiyi Cavabdeh3 tərəfindən məhkəməyə icra qeydi ilə bağlı toplanmış notariat işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, mübahisələndirilən icra qeydinin aparılmasına əsas olmuş ipoteka müqaviləsi ipoteka saxlayan "xxxx" MMC; ipoteka qoyan İddiaçı2 və borclu “X2* Təsərrüfatı” MMC tərəfindən imzalanaraq notariat qaydasında təsdiq edilmişdir. Müqavilədən görünür ki, bu müqavilə borclu “X2* Təsərrüfatı” MMC adından onun direktoru kimi İddiaçı* tərəfindən imzalanmışdır. Hazırda İddiaçı* iddia edir ki, o, heç vaxt “X2* Təsərrüfatı” MMC-nin direktoru olmamış, beləliklə, müqaviləni imzalamağa səlahiyyəti çatmamışdır. İddia tələbinin əsaslarından biri kimi istinad edilən bu hal ipoteka müqaviləsinin etibarlılığı məsələsini gündəmə gətirməklə, həmin müqavilə əsasında qəbul edilmiş icra qeydinin etibarlılığı məsələsinə münasibət bildirilməsinə zərurət yaratmışdır.
27. İş materiallarında olan müvafiq notariat işi materiallarından görünür ki, “X2* Təsərrüfatı” MMC-nin *00 % payla təsisçisi X*6 tərəfindən verilmiş *0.*0.20*9-cu il tarixli, 24 nömrəli əmrlə İddiaçı* MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Yenə iş materiallarında olan “X2* Təsərrüfatı” MMC-nin nizamnaməsinin 5.*-ci bəndindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Direktor tərəfindən həyata keçirilir. Nizamnamənin 5.2-ci bəndində isə direktorun səlahiyyətləri sadalanmışdır ki, bu səlahiyyətlərdən biri də direktorun öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki hüquqi müqavilələr, vəkalətnamələr verməsi (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açması, maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam verməsidir. Bu baxımdan *0.*0.20*9-cu il tarixdən etibarən MMC-nin direktoru vəzifəsinə təyin edilmiş İddiaçı* 29.*0.20*9-cu il tarixli ipoteka müqaviləsini “X2* Təsərrüfatı” MMC adından imzalamaq səlahiyyəti olmuşdur. Məhkəmə, ipoteka müqaviləsinin etibarlılığının əsas müqavilədən (öhdəliyi yaradan nisyə alqı-satqı müqaviləsi) asılılığını nəzərə alaraq, onu da qeyd edir ki, eyni səlahiyyət 29.*0.20*9-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin alıcı “X2* Təsərrüfatı” MMC-nin direktoru kimi İddiaçı* tərəfindən imzalanması zamanı da keçərli olmuşdur. Odur ki, məhkəmə, imza səlahiyyəti ilə bağlı iddia ərizəsində istinad edilmiş halın (*) mübahisəli icra qeydinin ləğvi üçün əsas təşkil etmədiyi nəticəsinə gəlir.
28. İddiaçıların icra qeydini mübahisələndirərkən istinad etdiyi digər hal (2) isə icra qeydinin qəbulu zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi ilə bağlıdır. Belə ki, iddiaçılar tərəfindən iddia edilmişdir ki, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildiriş ünvanlarına göndərilməmişdir.
29. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş qanunvericilik normalarından göründüyü kimi, ipoteka predmetinə tutma yönəldilməsindən əvvəl ipoteka saxlayan tərəfindən qanunvericiliyin müəyyən etdiyi bir sıra imperativ tələblərə riayət edilməlidir. Belə ki, *) ipoteka saxlayan “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları özündə əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməlidir; 2) Bu bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq və bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks etdirilməlidir; 3) İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında * iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilməli və iki nüsxədə qeydiyyat orqanına verilməlidir; 4) İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəfin tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verə bilməsi üçün 2* təqvim günü gözləməlidir; 5) Yalnız bu müddət ərzində məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir.
30. Hazırkı işdən isə görünür ki, ipoteka saxlayan "xxxx" MMC tərəfindən bu tələblərə lazımınca riayət edilmədən müvafiq icra qeydinin verilməsi üçün notariat orqanına müraciət edilmiş, notarius isə qanunvericiliyin yuxarıda qeyd edilmiş imperativ tələblərinə əməl edilməməsinə baxmayaraq, mübahisəli icra qeydini tərtib etmişdir. 3*. Belə ki, məhkəməyə təqdim edilmiş notariat işi materiallarından görünür ki, ipoteka saxlayan "xxxx" MMC tərəfindən ipoteka qoyan İddiaçı2, nisyə alqı-satqı müqaviləsi üzrə borclu “X2* Təsərrüfatı” MMC-yə, həmin MMC-nin direktoru kimi müqaviləni imzalamış İddiaçı* və bu müqavilənin icrasına zamin durmuş Vaqif Babayevə ünvanlanmış *5.*2.2020-ci il, 22.02.202*-ci il və *9.05.202*-ci il tarixli pretenziya məktubları notariat ofisinə təqdim edilmişdir. Lakin bu pretenziyalardan heç birində yuxarıda (§ 29) istinad edilmiş məlumatlar tam olaraq əks etdirilməmişdir. Belə ki, pretenziyaların heç birində müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edilərək tutma yönəldilən ipoteka predmeti barədə məlumata yer verilməmişdir. Bundan əlavə, müvafiq bildiriş sifarişli poçt vasitəsilə ipoteka qoyan İddiaçı2 göndərilməli olduğu halda, bu pretenziyalardan yalnız birinin (*9.05.202*-ci il tarixli) “X2* Təsərrüfatı” MMC və Vaqif Babayevə çatdırıldığını təsdiq edən poçt xəbərnamələri notariat işinə əlavə edilmiş, ipoteka qoyan İddiaçı2 hər hansı bildiriş göndərildiyini təsdiq edən heç bir sənəd notariusa təqdim edilməmişdir. Daha sonra, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması üçün ipoteka saxlayanın ərizəsi və qeydiyyat orqanının ərizəni qəbul etdiyini təsdiq edən hər hansı sənəd də təqdim edilən notariat işində aşkar edilməmişdir. İpoteka qoyan İddiaçı2 bildirişin çatdırıldığını təsdiq edən sənəd olmadığından onun bu bildirişdən məhkəməyə şikayət verə bilməsi üçün qanunla nəzərdə tutulmuş 2* günlük müddətin gözlənilibgözlənilmədiyini müəyyən etmək isə ümumiyyətlə mümkün olmamışdır.
32. Lakin məhkəməyə təqdim edilmiş notariat işi materiallarından görünür ki, vəzifəsi etibarilə bu halları yoxlamağa və yalnız qanunvericiliyin yuxarıda istinad edilmiş imperativ tələblərinə dəqiqliklə riayət edildiyindən əmin olduqdan sonra ipoteka predmetinə tutma yönəldilməsi haqqında icra qeydi verməyə borclu olan notarius, bütün bu nöqsanlara əhəmiyyət vermədən mübahisəli icra qeydini qəbul etmiş, bununla da iddiaçıların ipoteka predmeti üzərində olan hüquqlarını pozmuşdur.
33. Məhkəmə, son olaraq, iddiaya etiraza münasibət bildirərək qeyd edir ki, icra qeydinin mübahisələndirilməsindən sonra bu icra qeydinin verilməsinə əsas olmuş borc üzrə müəyyən ödəniş edilməsi hazırkı iddianın təmin edilməsini istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, iddia ərizəsinin əsaslandırıcı hissəsindən də görünür ki, iddiaçılar "xxxx" MMC-yə olan borcu mübahisələndirmirlər, onların iddiası həmin MMC tərəfindən ipoteka predmetinə tutma yönəldilərkən yuxarıda qeyd edilmiş prosedurlara əməl edilməməsi və nəticədə ipoteka predmetinə münasibətdə hüquqlarından məhrum olmaları ilə əlaqədardır ki, məhkəmə, artıq yuxarıda əsaslandırılmış səbəblərdən bu iddianı haqlı saymışdır.
34. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh3 notariusu tərəfindən qəbul edilmiş mübahisəli icra qeydi ləğv edilməlidir.
Məhkəmə xərci.
35. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddialar üçün ödənilməli olan rüsum məbləğinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh*) və Cavabdeh3ndən tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
36. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh3 notariat ofisinin dövlət notariusu vəzifəsini icra edən X*5 tərəfindən verilmiş 25.**.202*-ci il tarixli icra qeydi ləğv edilməli, ödənilmiş *00 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh* və Cavabdeh3ndən müştərək qaydada tutularaq, rüsumu ödəmiş İddiaçı2 ödənilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh3 dövlət notariusu vəzifəsini icra edən X*5 tərəfindən verilmiş 25.**.202*-ci il tarixli ipoteka predmetinə (ipoteka qoyan İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, ev *2b, mənzil *) tutmanın yönəldilməsinə dair icra qeydi ləğv edilsin. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh* və Cavabdeh3ndən müştərək qaydada tutularaq, rüsumu ödəmiş İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva