Məhkəmə qərarları › İş №2(010)-2481/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2481/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2481/2023 25.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "ipoteka müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-49 reyestr nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi. İddia tələbinin dəlilləri İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, ev 8də yaşayır, öhdəsində azyaşlı övladı var. Yaşadığı fərdi yaşayış evi hal-hazırda iddiaçının istifadəsindədir, məhkəmə qətnamələri əyani sübutdur. İddiaçı çox çətinliklə cavabdehə olan borcunu tamamı ilə ödəmiş, heç bir borcu qalmamış, beləliklə də bağlanmış 3M-49 nömrəli ipoteka müqaviləsi ləğv edilməlidir. Tərəflərin izahatları İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabeh Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, kassasiya məhkəməsi əsassız qətnamə çıxarmışdır. İş materialları xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Cavabdeh ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 172,16 kv.m. olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,0258 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə əmlakını 48 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Cavabdeh xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri İddiaçı və Cavabdeh razılığına əsasən 50.000 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(103)-2066/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)- 2920/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları üzrə 15 iyul 2019-cu il tarixli, Y-188 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş cəmi 45 manat pulun cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli 2(102)- 4300/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2066/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-248/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 6 sentyabr 2022-ci il tarixli 2(102)-4300/2022 nömrəli qərarından Cavabdeh və vəkili X1 verdikləri əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilməsi qərara alınmışdır. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDK və RPHŞ-si 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli Nümayəndə ünvanladığı məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 52 saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmə qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Nəzərinə çatdırılmışdır ki, ipotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Müraciətinə əlavə olunan məhkəmə qərarı ilə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair öhdəlik qoyulmamışdır. Əlavə olaraq bildirilmişdik ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Tarif Şurasının müvafiq qərarına əsasən ipotekanın dövlət qeydiyyatının ləğvi ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Tətbiq edilən hüquq İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi İşin faktiki hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli 2(103)-6411/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 43000 manat məbləğində borc, 61 manat ödənilməmiş dövlət rüsumu və 500 manat məbləğində xidmət haqqının Cavabdeh xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı məxsus ipotekaya qoyulmuş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1 -ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinin ilkin satış qiyməti ana bazar qiyməti ilə qiymətləndirilərək açıq hərrcdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı Cavabdeh olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdeh İddiaçı qaytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı və Nümayəndə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1 ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsindən məcburi çıxarılmasına göstəriş verilmişdir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinə göndərilmiş, hərracın keçirilməsi icra qurumu tərəfindən "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə həvalə olunmuşdur. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçirilmiş, hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y- 188 saylı protokola və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqaviləyə əsasən həmin mənzil 34425 manata Cavabdeh tərəfindən əldə olunmuşdur. Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Birgə iddiaçılar İddiaçı və Nümayəndə cavabdeh "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı hərracın nəticələrinin, protokolun və alğısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

1. İddiaçı cavabdehlər "Əmlak İxtisaslaşdılrıİmış Hərrac Mərkəzi” MMC-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y-188 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)2920/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(103)-2066/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)- 2920/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları üzrə 15 iyul 2019-cu il tarixli, Y-188 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətinə qaytarılması, iddia ərizəsi və apellyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş cəmi 45 manat pulun cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və onun arvadı Nümayəndə tərəfindən Cavabdeh xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2020-ci il tarixli, 05.03.202l-ci il tarixlərdə ümumilikdə 47606 manat (19000 + 4000 + 2000 + 4606 + 8000 + 10000) pul ödənilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh həmin pul vəsaitindən 20600 manat hissəsini aldığını, bundan əlavə 27000 manat pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh bank hesabına ödənildiyini, həmin pul vəsaitinin onun bank hesabında olduğunu bildirmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018- ci il tarixli 2(103)-6411/2018 saylı icra vərəqəsində cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan cəmi 43561 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən artıqlaması ilə iddiaçıya ödənilmişdir. O cümlədən həmin pul vəsaitinin bir hissəsi hərrac keçirilməmişdən əvvəl ödənilmişdir. İpoteka predmeti olan mənzilə tutma yönəldilməsində əsas məqsəd cavabdeh İddiaçı Cavabdeh olan borcunun ödənilməsini təmin etmək olmuşdur. Həmin məqsədə çatıldığından, cavabdehə məxsus olan mənzilin açıq hərracda satılmasına, həm də dəyərindən xeyli aşağı qiymətə satılmasına zərurət olmamışdır. Belə ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirilmədiyinə görə onun ləğvi üçün əsas mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2022-ci il tarixli 2(102)- 4300/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-2066/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə borclu İddiaçı kreditor Cavabdeh qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün tərəflər arasında xx.xx.2016-cı il tarixində ipoteka müqaviləsi bağlanmışdır. İşin faktiki hallarından həmçinin görünür ki, yuxarıda sözügedən kredit müqaviləsi üzrə öhdəlik borclu İddiaçı tərəfindən icra edildiyindən və ona xitam verildiyindən həmin öhdəliyin icrasının təmini üsulu kimi çıxış edən ipotekaya da xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış olan xx.xx.2016-cı il tarixli, 3M-49 reyestr nömrəli ipoteka müqaviləsinin qüvvədə saxlanılması üçün hər hansı bir əsas qalmamışdır.

Məhkəmənin gəldiyi nəticə Qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq və iş üzrə sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-49 reyestr nömrəli ipoteka müqaviləsi ləğv edilməlidir. Məhkəmə izah edir ki, İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təmini üsulu kimi çıxış edən ipotekaya (xx.xx.2016-cı il tarixli, 3M-49 reyestr nömrəli ipoteka müqaviləsi) xitam verilməsini müəyyən edən hazırki qətnamə ipotekanın dövlət qeydiyyatının ləğvi üçün əsasdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 3M-49 reyestr nömrəli ipoteka müqaviləsi ləğv edilsin. İddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin təmini üsulu kimi çıxış edən ipotekaya (xx.xx.2016-cı il tarixli, 3M-49 reyestr nömrəli ipoteka müqaviləsi) xitam verilməsini müəyyən edən hazırki qətnamə ipotekanın dövlət qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar