Məhkəmə qərarları › İş №2(010)-2489/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2489/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2489/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə rəsmi ailə münasibətlərindən anadan olmuş 05.07.2011-ci il təvəllüdlü X1 və 16.08.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sabit pul məbləğində 175 manat, ümumilikdə 350 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddia tələbindən görünür ki, iddia uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tutulması ilə bağlıdır. Bu halda məhkəməyə ilk növbədə, uşaqların doğum haqqında şəhadətnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri təqdim edilməli idi. Nəzərə alınmalıdır ki, bu sənədlərin əsli iddiaçıda olmasa belə doğum haqqında məlumatın doğumun dövlət qeydiyyatını həyata keçirən orqandan əldə edilməsi mümkün idi. Hazırkı işdə isə bu sənədlərin heç birini iddia ərizəsinə əlavə etməyən iddiaçı iddia ərizəsinin xahiş hissəsində göstərmişdir ki, müvafiq sənədlərin əslini məhkəmə prosesi zamanı təqdim edəcəkdir. Məhkəmə tərəfindən məhz bu hal nəzərə alınaraq iddia ərizəsi icraata qəbul edilmişdir. Lakin ərizənin icraata qəbulundan keçən bir aya yaxın müddət ərzində məhkəmənin nə hazırlıq, nə də birinci baxış iclasında iştirak etməyən iddiaçı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.12-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Bu Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar