Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-25/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı və Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və ünvan ər evi-uşaq bağçasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti üçüncü şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və ünvan ər evi-uşaq bağçasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 20*0-cu ildən hal-hazıradək alınmamış əmək haqqının müəyyən hissəsinə, yəni 0.25-ə görə kompensasiyanın hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər Bakı şəhəri İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərmiş, hal-hazırda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 269 saylı Körpələr evi və uşaq bağçasının və adı çəkilən idarələrin rəhbərliyi tərəfindən onun hüquqları pozulmuş, dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Belə ki, o, pedaqoji fəaliyyətə 04.09.*992-ci ildə Sabirabad rayon uşaq musiqi məktəbində fortepiano müəllimi, 09.*0.2002-ci ildən isə Suraxanı rayonu 269 saylı körpələr evi uşaq bağçasında musiqi rəhbəri kimi fəaliyyətə başlamış və hal-hazırda davam etdirir. 20*0-cu ilə qədər 269 saylı körpələr evi-uşaq bağçasında 4 qrup *3.**.20*0-cu ildən isə Təhsil Nazirliyinin 290 saylı əmrinə əsasən 5-ci qrup əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.*996-cı il tarixli, 6* nömrəli qərarı ilə təsdiq edilmiş büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatları cədvəlinə uyğun olaraq məktəbəqədər uşaq müəssisələrinin xərclər smetasında musiqi rəhbərinin əməyinin ödənilməsi uşaq bağçalarının hər qrupuna və körpələr evi uşaq bağçalarının 2 yaş və daha böyük və daha böyük yaşdan olan qruplarının hər birinə 0.25 stavka əlavə əmək haqqı xərci tutulmuşdur. Lakin 20*0-cu il tarixində yazılmış arxiv məktubundan görünür ki, 269 saylı körpələr evi-uşaq bağçasının həmin dövrdə rəhbəri işləmiş Xalidə Əhmədova tərəfindən Əmək Məcəlləsinin *6-cı maddəsinin tələblərinə zidd ayrı-seçkiliyə yol verilmiş, fəaliyyətini tam həcmdə yerinə yetirməsinə baxmayaraq, yuxarı təşkilata təsərrüfat müdiri və tibb bacısının əmək haqqlarının qaldırılması üçün vəsatət qaldırmış, onun əmək haqqında heç bir əlavə edilməmişdir. Bakı şəhəri Məktəbəqədər Təhsil müəssisələri və Uşaq evləri İdarəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bir neçə dəfə müraciət etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən 269 saylı körpələr evi-uşaq bağçasının müdiri Nailə Hümbətovanın ünvanına daxil olmuş cavab məktubunda *5.09.2022-ci il tarixdən etibarən 2022-2023-cü tədris ili üzrə komplektləşdirmə zamanı ünvan ər evi uşaq bağçasının ştatında musiqi rəhbərinin əməyinin ödənilməsi *.25 ştat vahidi kimi nəzərdə tutulacağı qeyd edilmişdir. Lakin sentyabr ayında alınmış maaşda heç bir dəyişiklik baş verməmişdir. Beləliklə, bütün bunlarla əlaqədar dəfələrlə edilmiş müraciətlərə məhəl qoyulmamış və ona qarşı edilmiş qanun pozuntuları aradan qaldırılmamış və işlədiyi əmək haqqının bir hissəsi - 0.25 ödənilməmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X6 iddianı qəbul etməyərək qeyd etdi ki, tərəflərindən mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh ünvan ər evi-uşaq bağçasının nümayəndəsi X3 iddianın təmin edilib-edilməməsi ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, hər bir halda mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəni məhkəməyə təqdim etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *0.03.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən məsələlərə dair tələb olunan müvafiq sənədlər müəssisə rəhbərliyi tərəfindən tam təqdim edilmədiyi üçün araşdırma aparılması mümkün olmamış və qeyd edilən məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış *2.0*.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan ər evi-uşaq bağçasının ştat cədvəlinə uyğun olaraq, musiqi rəhbəri vəzifəsi üzrə *.25 ştat vahidi nəzərə alınaraq 562.50 manat əməkhaqqı hesablanmış, həmin hesablanmış məbləğdən 98.57 manat vergi və digər tutulmalar edildikdən sonra 2022-ci ilin dekabr ayının ödəniş cədvəlinə əsasən 463.93 manat məbləğində vəsait kart hesabına köçürülmüşdür.
9. Bakı şəhəri Suraxanı rayonu 269 saylı körpələr evi-uşaq bağçası tərəfindən tərtib edilmiş arayışın surətindən görünür ki, İddiaçı 2022-ci il üzrə yekun gəlirlərinin (əmək haqqı və digər gəlirlər) ümumi məbləği 5502.43 manat təşkil etmişdir. *0. Bakı şəhəri Suraxanı rayonu 269 saylı körpələr evi-uşaq bağçası tərəfindən qəbul edilmiş 05.0*.20**-ci il tarixli, 4 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı bağçanın musiqi rəhbəri vəzifəsi üzrə 05.0*.20**-ci il tarixdən yeni qrupun açılmasına əsasən *.0 ştat vahidi iş yükü ilə işləməsi əmr edilmişdir. **. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatından daxil olmuş xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil müəssisələri və uşaq evləri idarəsinin sənədləri arasında Suraxanı rayon 269 nömrəli körpələr evi-uşaq bağçasının 20*4-202*-ci illərə dair əmək haqqı cədvəlləri arasında * stavkada musiqi rəhbəri vəzifəsində işləyən İddiaçı adına yazılmış maaşlar cədvəl şəklində göstərilmişdir. Həmçinin qeyd edilmişdir ki, Bakı şəhər Məktəbəqədər Təhsil müəssisələri və uşaq evləri idarəsinin 20*0-20*3-cü ilə dair əmək haqqı cədvəlləri və Bakı şəhəri Suraxanı rayon 269 №-li körpələr evi-uşaq bağçasının sənədləri ayrıca fond kimi Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. *2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən *6.*2.2024-cü il tarixdə verilmiş 9/4293 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı 20*4-cü ildən 2022-ci ilədək ödənilmiş əmək haqqı barədə Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş arxiv arayışına əsasən, Bakı şəhəri Suraxanı rayon körpələr evi-uşaq bağçasında musiqi rəhbəri vəzifəsində işləyən İddiaçı 20*4-cü ildən 2022-ci ilədək *.25 stavka ilə əmək haqqı aşağıdakı kimi müəyyən edilmişdir: *. 20*4-cü il üzrə 2300.26 manat məbləğində (ödənilib – *840.05 manat, 0.25 stavka ilə ödənilməlidir – 2300.06 manat, fərq 460.0* manat), 2. 20*5-ci il üzrə 2342.04 manat məbləğində (ödənilib – *873.63 manat, 0.25 stavka ilə ödənilməlidir – 2342.04 manat, fərq 468.4* manat), 3. 20*6-cı il üzrə 2564.64 manat məbləğində (ödənilib – 205*.7* manat, 0.25 stavka ilə ödənilməlidir – 2564.64 manat, fərq 5*2.93 manat), 4. 20*7-ci il üzrə 2635.40 manat məbləğində (ödənilib – 2*44.*2 manat, 0.25 stavka ilə ödənilməlidir – 2635.40 manat, fərq 49*.28 manat), 5. 20*8ci il üzrə 2920.75 manat məbləğində (ödənilib – 2336.60 manat, 0.25 stavka ilə ödənilməlidir – 2920.75 manat, fərq 584.*5 manat), 6. 20*9-cu il üzrə 4308.73 manat məbləğində (ödənilib – 3500.*8 manat, 0.25 stavka ilə ödənilməlidir – 4308.73 manat, fərq 808.55 manat), 7. 2020-ci il üzrə 5497.*0 manat məbləğində (ödənilib – 4472.68 manat, 0.25 stavka ilə ödənilməlidir – 5497.*0 manat, fərq *024.42 manat), 8. 202*-ci il üzrə 5535.74 manat məbləğində (ödənilib – 4503.59 manat, 0.25 stavka ilə ödənilməlidir – 5535.74 manat, fərq *032.*5 manat) İşin faktiki halları.
*3. İddiaçı 09.*0.2002-ci il tarixdən ünvan ər evi-uşaq bağçasında musiqi rəhbəri işləyir. *4. ünvan ər evi-uşaq bağçasının 05.0*.20**-ci il tarixli əmrinə əsasən, bağçanın musiqi rəhbəri İddiaçı əmrin verildiyi tarixdən * vahid iş yükü ilə işləməsi qərara alınmışdır. *5. 2022-ci ilin sentyabr ayından etibarən İddiaçı *.25 ştat vahidi ilə əmək haqqı ödənişi həyata keçirilir.
Tətbiq edilən hüquq.
*6. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
Maddə *54. Əmək haqqı. *. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
2. Bu Məcəllənin *6-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə *56. Əməyinin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi. *. Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Maddə *57. Əməyin ödənilməsi sistemi və növləri.
3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə *58. Əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydaları.
2. Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə *95. İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar. d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; Maddə *97. İşçiyə dəymiş maddi ziyanın ödənilməsinə baxılma qaydası *. İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və *5 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.
2. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Maddə 287. Fərdi əmək mübahisələri anlayışı. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi. Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti. *. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar. *. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 297. Fərdi əmək mübahisələrinin həllini tənzim edən qanunvericilik. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
*7. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 372. İddia müddəti anlayışı. 372.*. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi. 375.*. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması. 377.*. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
*8. “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.*996cı il tarixli, 6* nömrəli qərarı.
7. Məktəbəqədər təhsil müəssisələrinin smetasında aşağıdakılara əlavə əmək haqqı xərci nəzərdə tutulur. a) musiqi rəhbərlərinin əməyinin ödənilməsi uşaq bağçalarının hər qrupuna və körpələr evi-uşaq bağçalarının 2 yaş və daha böyük yaşdan olan qrupların hər birinə 0,25 stavka hesabı ilə.
*9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *85. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. *85.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından görünür ki, İddiaçı 09.*0.2002-ci ildən iş üzrə cavabdeh ünvan ər evi-uşaq bağçasında musiqi rəhbəri işləyir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı iddia etmişdir ki, onun əməkhaqqı 0.25 stavka əlavə ilə hesablanmalı olmasına baxmayaraq, bu əlavə hesablanmamış, nəticədə işəgötürən tərəfindən ona maddi ziyan vurulmuşdur. Bu səbəbdən o, hazırkı iddia ərizəsi ilə müvafiq dövr üçün əməkhaqqına ödənilməmiş əlavələri tələb etmişdir. Cavabdeh tərəf isə öz növbəsində iddianı qəbul etməmiş, həmçinin iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürdüyünü iddia etmiş, məhkəməyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizə təqdim etmişdir. 2*. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəf mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə iddianın əsaslılığı ilə bağlı halları iddianı rədd etsə belə araşdırmalıdır. Belə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).
22. Yuxarıda da istinad edilmiş “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.*996-cı il tarixli, 6* nömrəli qərarının 7 (a) bəndinə əsasən, musiqi rəhbərlərinin əməyinin ödənilməsi uşaq bağçalarının hər qrupuna və körpələr evi-uşaq bağçalarının 2 yaş və daha böyük yaşdan olan qrupların hər birinə 0,25 stavka hesabı ilə əlavə əməkhaqqı nəzərdə tutulur. İş materiallarından görünür ki, İddiaçı 05.0*.20**-ci il tarixdən həmin bağçada * vahid iş yükü ilə musiqi rəhbəri kimi işləyir. Yenə iş materiallarından görünür ki, sözügedən bağçada iki yaş və daha böyük yaşdan olan uşaq qrupları var. Bu isə o deməkdir ki, iddiaçının həqiqətən də iddia etdiyi kimi Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş əməkhaqqına 0.25 stavka hesabı ilə əlavəni almağa hüququ olmuşdur.
23. Cavabdeh tərəfindən onun bu hüququnun pozulub-pozulmaması məsələsinə gəldikdə isə yenə iş materiallarına istinadla qeyd edilməlidir ki, iddiaçıya Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq əlavə 0.25 stavka nəzərə alınmaqla, ümumilikdə *.25 stavka hesabı ilə əməkhaqqı ödənilməsinə 2022-ci ilin sentyabr ayından etibarən başlanmışdır. Belə ki, iddiaçıya daha əvvəl *.25 stavka hesabı ilə əməkhaqqı ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sənədlərdən isə müvafiq əlavənin yalnız 2022-ci ilin sentyabr ayından etibarən nəzərə alındığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müvafiq dövr üçün iddiaçının əməkhaqqına əlavə almaq hüququ pozulmuşdur.
24. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçıya əmək haqqının, eləcə də ona əlavələrin hesablanması və ödənilməsi iddiaçının iş yeri olan ünvan ər evi-uşaq bağçasının səlahiyyətində olmadığından bağça bu iş üzrə iddiaya cavab verməli olan şəxs deyil. Odur ki, iddianın həmin cavabdehə qarşı olan hissədə təmin edilməsi istənilən halda istisna edilir.
25. Hüququn pozulması ilə bağlı nəticəyə gəldikdən sonra iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Əmək Məsəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər.
26. Hazırkı işdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Məhkəməyə müraciət etmişdir. Hansı ki, həmin tarixdə onun əməkhaqqına əlavə ilə bağlı hüququnun pozulması artıq on ildən uzun müddətdir ki, davam edirdi və aydındır ki, həmin vaxtdan da iddiaçı bu pozuntunu bilirdi (bilməli idi). Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir və bu da cavabdeh tərəfin ərizəsi əsasında iddianın rədd edilməsi üçün əsasdır.
27. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya on ildən uzun bir müddətdə haqqı çatan əməkhaqqına əlavə ödənilməmiş, bununla da işçi kimi iddiaçının hüquqları pozulmuşdur. Lakin iddiaçı hüquqlarının pozulduğunu bildiyi (bilməli olduğu) gündən bir il müddətində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Odur ki, iddia təmin edilə bilməz.
Məhkəmə xərcləri.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.*.*-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduğundan iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən dövlət rüsumu ödənilməmişdir.
30. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Bu rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat məbləğində müəyyən edilmişdir. 3*. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən müvafiq ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməli, 200 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
33. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və ünvan ər evi-uşaq bağçasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti üçüncü şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddia təmin edilməsin. 200 (iki yüz) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu *42595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 2*0005, VÖEN *40*55507*, Müxbir hesab AZ4*NABZ0*360***********3944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN *70032662*, hesab AZ 34CTRE**********000208850* nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva